Manat güclənir, marketlərdə isə qiymətlər yenə bahalaşır - Siyahı
Iqtisadiyyat
Oxunub: 10 583
16 apr 2017 | 09:30
Manat güclənir, marketlərdə isə qiymətlər yenə bahalaşır - Siyahı













Manat dollara qarşı güclənsə də, bazarlardakı qiymətlər dəyişməz olaraq qalmaqdadır

Marketlərdə qiymətlər dəyişməyib.

Yəni, ərzaq və gündəlik tələbat malları dekabrın sonlarında neçəyə satılırdısa, indi də alıcılara həmin qiymətə təklif olunur. Bəzi marketlərdə cüzi qiymət enmələri müşahidə olunsa da, bir sıra mağazalarda bunun əksini görmək olar.

Dolların manata qarşı ucuzlaşmasından sonra ərzaq məhsullarının qiymətində hər hansı nəzərəçarpacaq ucuzlaşma yoxdur.

Hətta bir sıra məhsulların qiyməti bahalaşıb. Hətta yuyucu toz, toyuq əti, kolbasa və digər ət məhsullarının qiymətində bahalaşma da müşahidə olunmaqdadır.

Adıçəkilən məhsullar son on gün ərzində 10-12 faiz bahalaşıb. Hətta yerli istehsal olan qatıq və digər ağartı məhsullarının da qiymətində 10 faiz nisbətində bahalaşma var.

Belə ki, əvvəl 1,35 qəpik olan 100 qramlıq xama indi alıcılara 1 manat 48 qəpiyə təklif olunur. Günəbaxan və kərə yağları isə nisbi bahalaşıb. Bahalaşma 5-7 faiz arasında dəyişir.

Ulus.Az-ın verdiyi məlumata görə, iqtisadi gərginlik 2017-ci ildə də davam edəcək. Hətta ola bilsin ki, bu gərginlik daha sərt formada olsun. 2017-ci ildə iqtisadiyyatda əsas problem makro iqtisadi sabitliklə bağlı olacaq. Hökumət qarşısında bir sıra vəzifələr duracaq ki, bunları həll etmək çox vacib olacaq. Əsas vəzifə inflyasiya ilə bağlı olacaq.

2017-ci ildə yüksək inflyasiya ölkənin makro iqtisadi sabitliyinə problem yaradacaq. Bu, qiymətlərin qalxmasına səbəb olacaq.

Həmçinin maaşların qiymət artımına adekvat olmadığı aydın şəkildə hiss olunacaq. Bu da sosial gərginlik yaradacaq və əhalinin sosial vəziyyətinin pisləşməsinə gətirib çıxaracaq.

Bu prosesin yumşaq yoxsa kəskin olacağı həm hökumətin davranışından, həm də maliyyə, xüsusən də valyuta bazarındakı vəziyyətdən asılı olacaq.

2017-ci ildə daha bir neçə bank bazarı tərk edəcək. Bu tərk etmə ola bilsin ki, birləşmə şəklində olsun. Yəni hansısa banklar birləşsin, ya da lisenziya geri alınsın. Ümumilikdə, bank sektoru getdikcə kiçilir. İqtisadiyyat kiçildiyinə görə bankların gəlirləri azalır, xərcləri artır.
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Dünən, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Dünən, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Dünən, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Dünən, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Dünən, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Dünən, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Dünən, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Dünən, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Dünən, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Dünən, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Dünən, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Dünən, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
6-05-2024, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
6-05-2024, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
6-05-2024, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
6-05-2024, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
6-05-2024, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
6-05-2024, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
6-05-2024, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
6-05-2024, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi