Banklarda dollardan İMTİNA: Manat yoxa çıxıb
Iqtisadiyyat
Oxunub: 11 013
9 apr 2017 | 00:56
Banklarda dollardan İMTİNA: Manat yoxa çıxıb












Natiq Cəfərli: “Bunun yeganə səbəbi inzibati qaydada Mərkəzi Bankın bazara müdaxilə edərək manat dövriyyəsini azaltmasıdır”

Dollar sürətlə ucuzlaşdığından bir sıra bankların dollar almaqdan imtina etdikləri bildirilir.Müştərilər, dollar satmaq istəsələr də banklar almaqdan imtina edirlər.Əməkdaşların bir sıra banklarda apardığı araşdırma zamanı məlum oldu ki, bəzi banklar valyuta tablosunun alışını, bəziləri satışını, bəziləri isə ümumiyyətlə, alış və satışını söndürüb. Dolları limitlə alan banklar isə, ümumiyyətlə, alışdan imtina edib. Ekspertlərin qənaətincə, bankların dollar alışından imtina etmələri dolların sürətlə ucuzlaşması və manat qıtlığından irəli gəlir.Dollar sürətlə düşdüyündən, banklar ziyan etməmələri üçün alış qiymətini satış qiymətindən xeyli aşağı təyin etməyə də çalışırlar.Həmçinin dollara ehtiyacı olan sahibkarlar da daha ucuz alış etmək gözləmə mövqeyindədirlər.

Banklarda dollardan İMTİNA: Manat yoxa çıxıb

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, bankların dollar almamasının kökündə kursun dəyişməsi amili dayanmır:

“Bəlkə də dünyada yeganə ölkə Azərbaycandır ki, dollar almaqdan imtina edən bankı var. Çünki dünyada dolların indeksinin, FES-in il ərzində dolların kursunu daha 3 faiz artıracağı barədə gözləntilər olduğu bir dövrdə və ölkələrarası normal iqtisadi münasibətlərin qurulduğu bir vaxt yerli bankların bu cür addım atması anlaşılan deyil. Azərbaycanda problem manat qıtlığıdır.Mərkəzi Bank başqa normal addım ata bilmir, ancaq sərt pul siyasəti ilə manatın dövriyyəsini azaldıb.Bu Azərbaycan iqtisadiyyatına orta və uzunmüddətli vadidə problemlər yarada biləcək yanaşmadı.Mərkəzi Bank manat kütləsini azaltmaqla banklara ya manat vermir, ya da əllərində olan pul kütləsini hərraclarda yığır.Ona görə də hazırda banklarda yaranan problem manatla bağlıdır. Dolların alışından imtina etmək bununla bağlı ola bilər. Dolların ucuzlaşması o demək deyil ki, Azərbaycanda bunun üçün hansısa iqtisadi zəmin var.

Heç nə dəyişməyib, iki devalvasiya vaxtı Azərbaycan necə idisə, indi də elədir.Yəni, nə xarici ticarətdə bir üstünlüyümüz var, nə də əsas məhsulumuz olan neftin ixracatında və hasilatında artım var. Qeyri-neft sektoruna ümid edirdik, orada da ciddi bir dəyişiklik yoxdur.Azərbaycanda və ətraf bölgələrdə əks prosesin getdiyi bir vaxtda, fundamental heç bir iqtisadi dəyişiklik olmadan dolların ucuzlaşması iqtisadi səbəblərdən asılıdır.Yeganə səbəb inzibati qaydada Mərkəzi Bankın bazara müdaxilə edərək manat dövriyyəsini azaltmasıdır.Bu addım məzənnəyə, inflyasiyaya müsbət təsir göstərsə də, ticarət dövriyyəsinə, iqtisadi aktivliyə ciddi zərbə vurur.İqtisadi aktivliyin və pul dövriyyəsinin azalması bir müddət sonra bankların çöküşünə səbəb olacaq.Çünki bankların əlində olan əsas əmtəə pul kütləsidir, onlar pul dövriyyəsindən qazanır.Yəni, kredit verib onları toplamalıdır.Hazırda banklar heç bir pul əməliyyatlarını edə bilmir.Ticarət dövriyyəsinin azalması yoxsulluğun artması üçün ciddi zəmin yaradıb.Mərkəzi Bankın atdığı bu addım iqtisadiyyatı iflic vəziyyətinə salacaq.Bütün səbəblər inzibati və müvəqqətidir”.

Ekspertin sözlərinə görə son bir ildə manat kütləsi iki dəfə azalıb: “Azərbaycanda 11.9-12 milyard manat nağd pul dövriyyəsi var idi. İndi bu göstərici 6.7 milyarda düşüb.

Bu qədər azalma təbii ki, öz təsirini göstərəcək.Mərkəzi Bankın və Vergilər Nazirliyinin yeni dəyişiklikləri əsasında müştəri ay ərzində 15 min manatdan artıq nağd pulu banklardan çıxara bilməz.Yəni, müştərinin öz pulunu özünə vermirlər.Bu da böyük biabırçılıqdı.Bu tipli sovetdənqalma qərarlarla məzənnəni saxlamaq istəyirlər.Amma anlamırlar ki, bu, Azərbaycanda iqtisadiyyatın depressiyaya düşməyinə səbəb olur.Obrazlı desək, Azərbaycanda iqtisadiyyatın halsızlaşması prosesi gedir”.
Bu gün, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Bu gün, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Bu gün, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Bu gün, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Bu gün, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Bu gün, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Bu gün, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Bu gün, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Bu gün, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Bu gün, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Bu gün, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Bu gün, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Bu gün, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Bu gün, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Bu gün, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Bu gün, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Bu gün, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi