Dağıstandakı qiyama görə Azərbaycanda bahalaşma gözlənilir

Artıq yaranmış qıtlıq qiymətlərə təsir edib və bir sıra gündəlik tələbat malları, o cümlədən ərzaq məhsulları, tərəvəz bahalaşıb
Dağıstanda TIR sürücülərinin martın 27-dən bəri “Platon sistemi”inə etiraz olaraq başlatdıqları tətil Azərbaycandan Rusiyaya və geriyə yükdaşımalara ciddi zərbə vurub.
Bu barədə virtualaz.org-a situasiya ilə tanış olan mənbə deyib. Mənbənin bildirdiyinə görə, günlərdir Dağıstanda tətil edən sürücülərin girovuna çevrilmiş Azərbaycan dövlət nömrə nişanlı TIR-lardan cəmi 10-u bu respublika ərazisini keçə bilib. O da “Rosqvardiya”nın BTR-lərinin və avtomatlılarının müşaiyət etdiyi karvanın tərkibində. “Bu, Bakının vəziyyətə hökumət səviyyəsində müdaxiləsindən və Moskva ilə danışıqlardan sonra mümkün olub”-mənbə deyib.
Xatırladaq ki, bundan əvvəl Rusiya KİV-ləri Dağıstanda saxlanılan Azərbaycan maşınlarından 50-nin polisin və “Rosqvardiya”nın müşaiyəti ilə Moskva istiqamətində hərəkət etdiyini, qalan maşınların hələ də Yaraq Qazamalar kəndi yaxınlığında gözlədiyini bildirirdi. Lakin ötən gün Dağıstandan qayıdan mənbəmiz deyir ki, əslində Azərbaycan maşınlarının sayı cəmi 10 olub. “Onları BTR-lər, avtomatlılar müşaiyət edirdi, dağıstanlı sürücülər hədələdi ki, geri qayıdanda həmin maşınlara divan tutacaqlar”-Azərbaycandan Rusiyaya yükdaşımalarla məşğul olan mənbə deyib.
Həmin mənbə deyir ki, Azərbaycandan Rusiayya pomidor göndərmək istəyən müştərilərindən biri yükün TIR-larla daşınmasının mümkün olmadığını görərək onu sərnişin avtobusunun yük yerində keçirməyə çalışıb. Bunun üçün pomidorun hər kiloqramına 200 rubl təklif edib. Lakin Azərbaycandan Rusiyaya sərnişin daşıyan avtobus sürücülərindən heç kim yükü götürməyə risk etməyib.
Dağıstanda “dalnoboyşklər”in qiyamının nəticəsi olaraq nəinki Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının daşınması çətinləşib. Eləcə də Rusiyadan Azərbaycana ərzaq və digər tələbat mallarının idxalında problemlər yaranıb. Hazırda Bakının supermarketlərində Rusiya istehsalı olan ərzaq məhsullarının azalması müşahidə olunur. Topdansatış mağazalarında deyirlər ki, Rusiyadan mal gətirilməsi dayandığı üçün anbarlarda da mal tükənməkdədir. Dağıstandan yaranmış vəziyyət o cümlədən Avropa ölkələrindən Azərbaycana Rusiya üzərindən avtomobil nəqliyyatı ilə yükdaşımalarda problem yaradıb.
Elə Dağıstanın özündə də ərzaq məhsullarının qıtlaşması və bahalaşması başlayıb. “Molodyoj Dagestana” qəzetinin yazdığına görə hazırda bu respublikaya həm xaricdən, həm Rusiya federasiyasının digər subyektlərindən mal gətirilməsi praktiki olaarq dayanıb. Topdansatış ərzaq bazalarının işçiləri deyirlər ki, anbarlarda mal tükənməkdədir. Əgər tətil daha bir neçə gün davam etsə onlar mağazalara verməyə mal tapmayacaqlar. Artıq yaranmış qıtlıq qiymətlərə təsir edib və bir sıra gündəlik tələbat malları, o cümlədən ərzaq məhsulları, tərəvəz bahalaşıb.
Todansatış bazalarından birinin sahibi Maqomedxan Hacıyev deyib ki, Dağıstana tərəvəz əsasən Azərbaycan və İrandan daşınır. Hazırda isə təchizat dayandığından anbarlarda mal tükənmək üzrədir. “Hazırda TIR-larla təchizat dayanıb. Ancaq kiçiktutumlu maşınlarla-“Qazel”lərlə mal gətrilir. O da qiymətə təsir edir”-Hacıyev deyir.
Dağıstanlı sürücülər isə deyirlər ki, onların tələbləri yerinə yetirilməyənə qədər aksiyanı dayandırmayacaqlar.

Dünən, 16:00
Azərbaycanda yağ kəskin BAHALAŞDI
Dünən, 14:10
Aztəminatlı ailələrə şad xəbər
Dünən, 13:20
Şuşa, Xankəndi və Laçında kanat yoluna nə qədər vəsait xərclənib?
Dünən, 13:16
Dövlət büdcəsindən ən çox vəsait bu sahələrə xərclənib
Dünən, 13:01
Dövlət mülkiyyətində olan əmlak və torpaq sahəsi ilə bağlı ciddi dəyişiklik
Dünən, 12:29
Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı - Foto
Dünən, 12:25
Silahı gizlətməyin, polisə təhvil verin! - Çağırış
Dünən, 12:20
Gəmidəkilərin nəşləri tapıldı
Dünən, 12:16
Bakıda hoteldə ölüm hadisəsi
Dünən, 11:23
Hacı Əliyev millinin böyük məşqçisi oldu
Dünən, 11:00
Ata-oğulun öldüyü hadisənin - Təfərrüatı
Dünən, 10:49
Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir
Dünən, 10:45
Millimiz San Marinoya qarşı
Dünən, 10:40
Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
Dünən, 10:26
Ankaradan açıq mesaj: sərhədin taleyi Azərbaycan...
Dünən, 10:15
Bu əraziyə şortiklə getmək qadağan edildi
Dünən, 09:58
Trampdan İranla bağlı MÜHÜM AÇIQLAMA
Dünən, 09:36
Kirayə ev axtaranları bahalı payız gözləyir — AÇIQLAMA
Dünən, 09:30
Şadlıq evinin qarşısında səs-küy salanlar sərxoş olub: Polis insidentin qarşısını alıb
Dünən, 09:23
Türkiyənin YENİ möhtəşəm silahı – Azərbaycanın da olacaq
Dünən, 09:00
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
8-06-2026, 16:00
Fransa Cənubi Kiprdə qoşun yerləşdirəcək - Saziş bu gün imzalanır
8-06-2026, 15:30
"Gözləməyin, dərhal qaçın" - Dağıdıcı zəlzələ ilə bağlı ŞOK XƏBƏRDARLIQ
8-06-2026, 13:39
Paşinyan seçkini qazandı: Əsas döyüş isə indi başlayır
8-06-2026, 12:53
Yeni cərimə: Bu qaydaları pozanlar 50 min manatadək cərimələnəcəklər
8-06-2026, 12:48
Azərbaycanın Portuqaliyada səfirliyi təsis ediləcək
8-06-2026, 12:39
Sosial mediaya qoşulmada yaş senzi - DETALLAR