ƏHALİYƏ XƏBƏR: NOVRUZA QƏDƏR DOLLAR 2 MANATI AŞACAQ

Dolların manata olan məzənnəsi üçün 1.90 və ya 2 manat həddi interval olacaq. Yəqin ki, Novruz bayramına kimi Mərkəzi Bank çalışacaq ki, rəsmi məzənnə 2 manat həddini ötməsin".
"Dolların ucuzlaşması, manatın möhkəmlənməsi və ya sabitləşməsi müvəqqəti xarakter daşıyır. Bu ilin əvvəlindən bir qayda olaraq manata təzyiq az olur. Bunun da səbəbi büdcə vəsaitlərinin hələ ki, iqtisadiyyata yönəldilməsi ilə bağlıdır".
Bu barədə bakipost.az-a açıqlamasında iqtisadçı ekspert Samir Əliyev deyib. Onun sözlərinə görə, büdcə vəsaitləri əsasən sosial xərclərə ayrılır: "Yəni fevraldan başlayaraq investisiya xarakterli vəsaitlər iqtisadiyyata yönəldilir. Bundan sonra manata təzyiq artmağa başlayıb. Mən düşünürəm ki, manatın möhkəmlənməsi və ya sabitləşməsi müvəqqəti xarakter daşıyır.
Nəzərə alaq ki, Neft Fondu hərraca əvvəlkindən az - 25 milyon dollar çıxarır. Halbuki əvvəl daha çox çıxarırdı. Yəni bu gün tələbat ödənmədiyi bir halda hərraca çıxarılan dolların həcminin azaldılması onu deməyə əsas vermir ki, artıq dollara tələbat tam ödənilib. Hələ ki, Azərbaycanda dollar təminatı yeganə olaraq Neft Fondu tərəfindən həyata keçirilir. Digər mənbələr olmadığı üçün bu gün artıq Neft Fondunun çıxardığı vəsaitin həcmi bazara təsir göstərir. Biz diqqət yetirsək görərik ki, 2016-ci ildə dollar manata nisbətdə 13 faiz, yanvar ayında isə 8 faiz bahalaşıb".
Samir Əliyev deyib ki, hazırda yumşaq ucuşlaşma gedir: "Neft Fondundan ayrılan vəsait imkan verir ki, Mərkəzi Bank borc öhdəliklərini yerinə yetirsin. Bura daha çox Beynəlxalq Bankın, dövlətin borcları daxildir. Bunu ona görə edir ki, bazara müdaxilə olmasın. Bazardan geri dollar alınmasın. Bazarda sırf banklar tərəfindən tələbat yaranıb. Yəni bir tərəfdən büdcə xərcləmələrinin olmaması, digər tərəfdən idxalın çox az olması. Hələ ki, idxal başlamayıb. Düşünürəm ki, bunun özü də dollara tələbatı azaldıb".
İqtisadçı hesab edir ki, manat 1.90 və ya 1.95 həndəvərində, hətta 2 manat psixoloji həddində sabitləşə bilər: "Yəqin ki, bir müddətdən sonra biz yenidən manatın ucuzlaşmasını görəcəyik. Düzdür müəyyən bir dövrdə manatın sabitləşməsi labüddür. Ən azı bu ola bilsin ki, manat 1.90 və ya 1.95 həndəvərində, hətta 2 manat psixoloji həddində sabitləşə bilər. Amma bu, müvəqqəti xarakter daşıyır. Proses daha çox manatın ucuşlaması istiqamətində gedəcək. Ən əsası yaxın dövrlərdə, ən azı 2017-ci ildə kəskin devalvasiya olmayacaq. Amma manatın ucuzlaşması prosesi davam edəcək. Təbii ki, bu yumşaq şəkildə olacaq".
Samir Əliyev qeyd edib ki, dolların əhəmiyyətli dərəcədə ucuşlaması gözlənilmir: "Məsələn, 2016-ci ildə devalvasiyada 1.55-dən sonra dollar 1.49-a qədər ucuzlaşdı. Bu ucuşlaşma müvəqqəti oldu. İndi də ola bilsin ki, dollar 1.80 səviyyəsinə kimi ucuşlaşsın. Amma düşünmürəm ki, bu uzun müddətli olacaq. Hətta mən 1.80-a düşməsinə belə şübhə ilə yanaşıram. Əgər bu baş verəcəksə qısa müddətli olacaq.
Dolların manata olan məzənnəsi üçün 1.90 və ya 2 manat həddi interval olacaq. Yəqin ki, Novruz bayramına kimi Mərkəzi Bank çalışacaq ki, rəsmi məzənnə 2 manat həddini ötməsin".
Dünən, 16:00
Azərbaycanda yağ kəskin BAHALAŞDI
Dünən, 14:10
Aztəminatlı ailələrə şad xəbər
Dünən, 13:20
Şuşa, Xankəndi və Laçında kanat yoluna nə qədər vəsait xərclənib?
Dünən, 13:16
Dövlət büdcəsindən ən çox vəsait bu sahələrə xərclənib
Dünən, 13:01
Dövlət mülkiyyətində olan əmlak və torpaq sahəsi ilə bağlı ciddi dəyişiklik
Dünən, 12:29
Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı - Foto
Dünən, 12:25
Silahı gizlətməyin, polisə təhvil verin! - Çağırış
Dünən, 12:20
Gəmidəkilərin nəşləri tapıldı
Dünən, 12:16
Bakıda hoteldə ölüm hadisəsi
Dünən, 11:23
Hacı Əliyev millinin böyük məşqçisi oldu
Dünən, 11:00
Ata-oğulun öldüyü hadisənin - Təfərrüatı
Dünən, 10:49
Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir
Dünən, 10:45
Millimiz San Marinoya qarşı
Dünən, 10:40
Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
Dünən, 10:26
Ankaradan açıq mesaj: sərhədin taleyi Azərbaycan...
Dünən, 10:15
Bu əraziyə şortiklə getmək qadağan edildi
Dünən, 09:58
Trampdan İranla bağlı MÜHÜM AÇIQLAMA
Dünən, 09:36
Kirayə ev axtaranları bahalı payız gözləyir — AÇIQLAMA
Dünən, 09:30
Şadlıq evinin qarşısında səs-küy salanlar sərxoş olub: Polis insidentin qarşısını alıb
Dünən, 09:23
Türkiyənin YENİ möhtəşəm silahı – Azərbaycanın da olacaq
Dünən, 09:00
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
8-06-2026, 16:00
Fransa Cənubi Kiprdə qoşun yerləşdirəcək - Saziş bu gün imzalanır
8-06-2026, 15:30
"Gözləməyin, dərhal qaçın" - Dağıdıcı zəlzələ ilə bağlı ŞOK XƏBƏRDARLIQ
8-06-2026, 13:39
Paşinyan seçkini qazandı: Əsas döyüş isə indi başlayır
8-06-2026, 12:53
Yeni cərimə: Bu qaydaları pozanlar 50 min manatadək cərimələnəcəklər
8-06-2026, 12:48
Azərbaycanın Portuqaliyada səfirliyi təsis ediləcək
8-06-2026, 12:39
Sosial mediaya qoşulmada yaş senzi - DETALLAR