Yağ, qənd, ət bahalaşır... Deputat monopoliyaya üsyan etdi, nazirlik hərəkətləndi - Təcili
Iqtisadiyyat
Oxunub: 46 565
14 fev 2017 | 20:09
Yağ, qənd, ət bahalaşır... Deputat monopoliyaya üsyan etdi, nazirlik hərəkətləndi - Təcili








Politika.Az-ın ölkədə gedən bahalaşma barədə hər gün verdiyi məlumatlar rəsmi qurumları hərəkətə keçirdi; Bazarlarda və supermarketlərdə qida məhsulları kəllə çarxa qalxıb...

Əhali nisyə dəftərlərini doldurur. Hətta dövlət qurumlarında işləyənlər də gedişatdan narazıdır. Onların aldığı əmək haqqı ay ərzində dolanışığa çatmır. İqtisadi vəziyyətin pisləşməsi və dolanışığın çətinləşməsi insanları nisyə mal almağa məcbur edir.

Dükanlarda, apteklərdə nisyə dəftərlərinin sayı artır və yoxsulluq səviyyəsinin yüksəldiyi müşahidə olunur. Artıq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarına nəzarət tədbirlərini davam etdirir, daha çox tələb olunan istehlak malları üzrə təhlillər aparılır.

Nazirlikdən verilən məlumata görə, aparılan monitorinqlər göstərir ki, yumurtanın satış qiyməti bu ilin 1 yanvarına nisbətən 25%-dək azalıb.

Hazırda yumurtanın satış qiyməti 12-15 qəpik arasında dəyişir. Bununla yanaşı, son günlər unun da ucuzlaşması müşahidə olunur.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti intensiv nəzarət tədbirlərini davam etdirir.

Xəbərdarlıq edir ki, süni qiymət artımına və sui-istifadə hallarına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş ciddi tədbirlər görüləcək.

Politika.Az xəbər verir ki, millət vəkilləri də bahalaşmaya üsyan edirlər. Deputat Əli Məsimli qeyd edib ki, qiymətlər durmadan artır: “Neçə gündür ki, manat bahalaşır, dollar isə ucuzlaşır. Bəs niyə ərzaq məhsullarının qiymətləri gün-gündən qalxır?”.

O, bu məsələdə işbazları və monopolistləri ittiham edib. Onun sözlərinə görə, qiymət bahalaşması Azərbaycan dövlətinin qarşıya qoyduqları hədəfə ziddir:

"Mən dəqiq məlumatlar bildirirəm ki, manat bahalaşsa da, yağın, şəkərin, qəndin, ətin qiyməti ucuzlaşmır, əksinə qalxır. Manat ucuzlaşıb dollar bahalaşanda, işbazlar bəhanə gətirirdilər ki, bu, onlara ciddi zərbə olur, ona görə qiymət artımına gedirlər. Bəs, indi nə baş verir? Bu məsələyə ciddi müdaxilə edilməlidir və təcili tədbirlər görülməlidir”.

Ölkədə ağartı məhsullarının qiyməti durmadan qalxır. Bunun artıq qarşısıalınmaz bir prosesi çevrildiyi müşahidə edilir.

Günbəgün artan qiymətlər əhalinin gəlirlərinə tərs mütənasibdir. Bu nəzarətsizlik bir xaos və anarxiya yaradıb. Nəticədə istehsalçılarla satıcılar qiymətlərdə istəklərini reallaşdırır.

İstehlakçılar isə hər gün yeni tariflərlə qarşılaşır. Əhalinin gündəlik tələbatı olan qatıq, süd, şor, xama, mayonez bahalaşması ondan xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nəzarətindən kənarda qalıb.

Bu proses davamlı xarakter alarsa, növbəti mərhələdə bəzi idxal mallarının satışı dayana, qıtlıq baş verə bilər. Manat dollar qarşısında növbəti dəfə dəyərdən düşərsə, ərzaq məhsullarının qiyməti qalxacaq. Bahalaşma qaçılmaz olacaq.


Yağ, qənd, ət bahalaşır... Deputat monopoliyaya üsyan etdi, nazirlik hərəkətləndi - Təcili
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu