“Manat möhkəmlənsə, məhsullarımızın qiyməti də düşəcək” - “Azersun Holding”
Iqtisadiyyat
Oxunub: 2 062
10 fev 2017 | 16:12
“Manat möhkəmlənsə, məhsullarımızın qiyməti də düşəcək” - “Azersun Holding”














2015-ci il fevral ayının 21-də Mərkəzi Bank manatın ABŞ dolları və avroya olan kursunu yenidən müəyyənləşdirmiş, ilk devalvasiya qərarını qəbul etmişdi

Nəticədə dollara nisbətən manat 33 faiz ucuzlaşmışdı. Həmin il dekabrın 21-də isə ikinci devalvasiya oldu və dollara nisbətən manat təqribən 55 faiz ucuzlaşdı. O dövrdən başlayaraq manat “üzən məzənnə” siyasətinin tətbiqi nəticəsində hər gün yumşaq şəkildə devalvasiyaya uğramaqda davam etdi.

Nəhayət bu son günlər milli valyuta dollar qarşısında möhkəmlənməyə başlayıb.

Bu gün Mərkəzi Bankın Neft Fondu ilə birgə keçirdiyi hərracda manatın məzənnəsi 1,7301 səviyyəsində müəyyən olunub.

Maraqlı məqam odur ki, xarici valyuta cüzi bahalaşan kimi ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində ən böyük payı olan şirkətlərdən “Azersun Holding” MMC-nin məhsullarının qiyməti də qalxır. Amma bir neçə gündür manatın möhkəmlənməkdə davam etməsinə baxmayaraq, şirkətin istehsalı olan məhsulların qiymətində enmə görmürük.

“Azersun Holding”in İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.

Şirkət rəsmisi qeyd edib ki, valyuta bazarda hansı məzənnə qiymətinə satılırsa, “Azersun Holding” xaricdən məhsulu həmin valyuta ilə alır.

“Xammal ehtiyatı tədarük edirik. Həmin xammalın üzərinə daşınma xərcləri, enerji qiymətləri və s. gəldikdən sonra məhsulun qiyməti müəyyənləşdirilir”.

A.Səfərov deyib ki, qiymətlərin aşağı olması şirkətin marağındadır:

“Bizim hazırda istehsal etdiyimiz məhsulun xammalını bugünki məzənnə ilə almamışıq. Qiymətlərin aşağı olması bizim maraq dairəmizdədir. Çünki daha çox məhsul satmaqla daha çox işçi çalışdırmaqla fəaliyyət göstərmiş olarıq. Siz media populizmi ilə şirkətlərə pressinq edib qiymətləri ucuzlaşdırmaq niyyətindəsizsə, bu, yol deyil”.

“Azersun” rəsmisi bildirib ki, manatın möhkəmlənməsi uzunmüddətli olacaqsa, təbii olaraq məhsulların qiymətinə də təsir edəcək:

“Amma dolların ucuzlaşaması 2-3 gün davam edəcəksə, məzənnə qalxıb-enəcəksə, qiymətlərin tənzimlənmə amilinə təsir göstərməyəcək.

İlk devalvasiyadan sonra biz bir müddət gözlədik, qiymətləri qaldırmadıq, məhsulu maya dəyərinə təklif etdik. Amma sonra sabitlik yaranmadığından qiymətləri qaldırmaq məcburiyyətində qaldıq”.
Bu gün, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Bu gün, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Bu gün, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Bu gün, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Bu gün, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Bu gün, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Bu gün, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Bu gün, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Bu gün, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Bu gün, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Bu gün, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Bu gün, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Bu gün, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Bu gün, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Bu gün, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Bu gün, 10:38
Prezident onları təltif etdi - FOTO
Bu gün, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Bu gün, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Bu gün, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Bu gün, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
Dünən, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
Dünən, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
Dünən, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
Dünən, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
Dünən, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
Dünən, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR