Tarif Şurasından “terror”: Aİ-92″ və dizel də qalxır, çörək 1 manat olacaq - Ajiotaj
Iqtisadiyyat
Oxunub: 9 537
1 fev 2017 | 20:05
Tarif Şurasından “terror”: Aİ-92″ və dizel də qalxır, çörək 1 manat olacaq - Ajiotaj













“Aİ-92″ markalı benzinin və dizel (L-62) yanacağının Tarif Şurası tərəfindən müəyyənləşdirilir

Politika.Az-ın İqtisadiyyat Şöbəsinin xəbərinə görə, Tarif Şurası da 2013-cü il dekabrın 3-də “Aİ-92″ markalı benzinin pərakəndə satış qiymətini hər litr üçün 70 qəpik müəyyənləşdirib.

Dizel yanacağının 1 litri isə 60 qəpikdən satılır. Bu növ benzinin və dizel yanacağında qiymət artımına gedəcəyi real görünür.

Fevralın 1-dən Azərbaycana idxal olunan benzinin qiymətində artım baş verib. Məlumata görə, “Aİ-95 Premium” markalı benzinin yeni qiyməti 1,15 AZN, “Super Aİ-98” markalı benzininki isə 1,20 AZN müəyyənləşib.”

İdxal benzinin qiymətini artırmaqla yerli istehsalın bahalaşmasına zəmin yaradılır. Super markalı idxal benzinin qiyməti yerli istehsal olan dizel yanacağınızı qiymətindən 2 dəfə, A-92 markalı benzinin qiymətindən isə 1,71 dəfə yüksəkdir.

Eyni zamanda manatın ucuzlaşması davam etdikcə bu fərq daha da yüksələcək. Bu isə yaxın zamanlarda inhisarçı şirkət tərəfindən istehsal etdiyi məhsulun qiymətinin artırılmaq məqsədilə Tarif Şurasına müraciəti üçün yeni əsaslar yaradır.

Çünki inhisarçı şirkətin idxal benzinin bahalaşmasından sonra A-92 benzinə tələbatın artdığını əsas götürməklə, yerli istehsal olan A-92, Dizel, LPC markalı yanacağın qiymətini bahalaşdıracağı ehtimalı böyükdür.

Politika.Az-ın İqtisadiyyat Şöbəsinin xəbərinə görə, dizel və A-92 bahalaşacağı halda “Azərsun” holdinq başda olmaqla bütün istehsalçıların ərzaq məhsullarının bir daha qiymətini qaldıracağı qaçılmazdır. Hətta çörəyin 1 manat olacağı gözləniləndir.

Bununla yanaşı, son günlər manatın ABŞ dollarına nisbətən sürətlə ucuzlaşması, yerli yanacaq istehsalının dollar ifadəsində cari qiymətlərinin qonşu ölkələrlə müqayisədə aşağı düşməsinə və onlar arasında fərqin artmasına şərait yaradır.

Beləliklə də ölkələrarası müqayisə də qiymətin bahalaşmasına əlavə arqumentlər yaradır. Odur ki, yaxın zamanlarda bütün növ markada olan benzinin qiymət bahalaşması gözləniləndir.

Bahalaşma barədə detallı yazdığımız səhih informasiyalar təsdiqini tapır. Dövlət Statistika Komitəsi ölkəni bürüyən qiymət artımının tam rəqəmlərini açıqlayıb.
Bu isə ölkədə yoxsullaşmanı daha da artıracaq, evinə ət və toyuq almaq istəyənlərin sayını kəskin şəkildə azaldacaq.

Politika.Az-ın İqtisadiyyat Şöbəsinin xəbərinə görə, ölkədə durmadan bahalaşma davam edir. Ölkəyə idxal olunan məhsulların qiymətində artım daha fantastik müşahidə olunur.

Mağaza sahiblərinə qeyri-rəsmi tapşırıq gəlib. Onlara göstəriş verilib ki, qiymət artımı sakit və mərhələli şəkildə həyata keçirilsin. Bununla da əhalidə panika və ajiotaj yaranmasın.

Nəticə etibarı ilə istehlakçı hər gün mağazaya daxil olanda yeni tariflərlə qarşılaşır. Bu baxımdan qarşıdakı günlərdə iş yerlərinin açılması, səyyar ticarətə şərait yaradılması, struktur islahatlarını gerçəkləşdirməsi nəzərdə tutulur.

Eyni zamanda valyutadəyişmə məntəqələrinin fəaliyyətini bərpa edilməsi nəzərdən keçirilir, piştaxta alverinin genişlənməsinə yer verilməsi müzakirə olunur, taksi və restoran xidmətinə sərbəstlik verilməsi planlaşdırılır.
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR