Baş bankir müjdəsi: 1 dollar 2, 50 manat olmayacaq, amma Elman Rüstəmov hər danışanda… - Fakt
Iqtisadiyyat
Oxunub: 19 140
28 yan 2017 | 05:51
Baş bankir müjdəsi: 1 dollar 2, 50 manat olmayacaq, amma Elman Rüstəmov hər danışanda… - Fakt











Mərkəzi Bankın İdarə Heyətinin sədri Elmar Rüstəmov tam üzən məzənnəyə keçiddən sonra 1 dolların 2 manat 50 qəpik ola biləcəyinə dair yayılan məlumatlara münasibət bildirib

Politika.Az xəbər verir ki, Elman Rüstəmov unikal.org-a danışıb. Deyib ki, bu gün dolların manata nisbəti üzən məzənnə ilə müəyyən edilir:

“Amma mən 1 dolların 2 manat 50 qəpik olmasını proqnozlaşdırmıram. Yəni, bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Hesab etmirəm ki, dollar 2 manat 50 qəpik olacaq”.

E.Rüstəmov həmçinin bildirib ki, bu gün dolların məzənnəsi təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrinin milli valyutasına nisbətdə bahalaşıb.

Paradoksal vəziyyət ondan ibarətdir ki, həmişə baş bankir devalvasiya olmayacağı, daha artıq manatın ucuzlaşmayacağını deyəndə əksinə baş verir. Bu dəfə də AMB sədrinin söylədikləri qorxulu bir hiss yaradır. Ekspertlər də 1 dolların 2 manat 50 qəpik olacağını bildirirlər.

Politika.Az xəbər verir ki, iqtisadı Vüqar Bayramov bildirmişdi ki, Mərkəzi Bank "üzən məzənnə”yə keçdiyini elan etsə də, mövcud siyasətin bazara təsir imkanları məhduddur: “Yenə də rəsmi məzənnə var. Rəsmi məzənnə ilə bazar məzənnəsi arasında 4 faizlik marj tətbiq edilir.

Belə olan təqdirdə bazarın məzənnəyə təsir imkanları məhdudlaşır. Bu isə "qara bazar”ın daha da genişlənməsinə gətirib çıxarır.

Təəssüf ki, bu gün "qara bazar”da 1 dolları almaq üçün 1 manat 92 qəpik ödəmək lazım gəlir. Bu da ondan xəbər verir ki, əslində "qara bazar”da bankların təklif etdiyi, amma satmadığı məzənnə arasında kəskin fərq var”.

Politika.Az xəbər verir ki, iqtisadçının sözlərinə görə, hazırda manatın real bazar dəyərini də müəyyənləşdirmək çox çətindir:

"Nəzərə almaq lazımdır ki, hərraclarla bağlı məlumatlar qapalıdır, yalnız ayın yekununda açıqlanır. Məlumatlar ictimaiyyətə elan olunmadığı üçün yenə də bazar dəyərinin müəyyənləşdirilməsində çətinliklər var. Əslində Mərkəzi Bank hər bir hərracdakı məlumatları ictimaiyyətə şəffaf şəkildə elan etməlidir.

Bizim qiymətləndirmələrimiz göstərir ki, liberal məzənnə siyasətinə keçid baş verərsə, 1 dollar 2 manat 20 qəpiklə 2 manat 50 qəpik arasında dəyişə bilər.

Bu, Mərkəzi Bankın prosesə hansı səviyyədə hazırlaşmasından asılı olacaq. Mərkəzi Bank müxtəlif metodlardan istifadə edib bazar təklifi yaradaraq, əks dollarlaşma prosesinə start verəcəksə, o zaman manat nisbətən az dəyər itirəcək”.
Dünən, 16:00
Azərbaycanda yağ kəskin BAHALAŞDI
Dünən, 14:10
Aztəminatlı ailələrə şad xəbər
Dünən, 13:20
Şuşa, Xankəndi və Laçında kanat yoluna nə qədər vəsait xərclənib?
Dünən, 13:16
Dövlət büdcəsindən ən çox vəsait bu sahələrə xərclənib
Dünən, 13:01
Dövlət mülkiyyətində olan əmlak və torpaq sahəsi ilə bağlı ciddi dəyişiklik
Dünən, 12:29
Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı - Foto
Dünən, 12:25
Silahı gizlətməyin, polisə təhvil verin! - Çağırış
Dünən, 12:20
Gəmidəkilərin nəşləri tapıldı
Dünən, 12:16
Bakıda hoteldə ölüm hadisəsi
Dünən, 11:23
Hacı Əliyev millinin böyük məşqçisi oldu
Dünən, 11:00
Ata-oğulun öldüyü hadisənin - Təfərrüatı
Dünən, 10:49
Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir
Dünən, 10:45
Millimiz San Marinoya qarşı
Dünən, 10:40
Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
Dünən, 10:26
Ankaradan açıq mesaj: sərhədin taleyi Azərbaycan...
Dünən, 10:15
Bu əraziyə şortiklə getmək qadağan edildi
Dünən, 09:58
Trampdan İranla bağlı MÜHÜM AÇIQLAMA
Dünən, 09:36
Kirayə ev axtaranları bahalı payız gözləyir — AÇIQLAMA
Dünən, 09:30
Şadlıq evinin qarşısında səs-küy salanlar sərxoş olub: Polis insidentin qarşısını alıb
Dünən, 09:23
Türkiyənin YENİ möhtəşəm silahı – Azərbaycanın da olacaq
Dünən, 09:00
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
8-06-2026, 16:00
Fransa Cənubi Kiprdə qoşun yerləşdirəcək - Saziş bu gün imzalanır
8-06-2026, 15:30
"Gözləməyin, dərhal qaçın" - Dağıdıcı zəlzələ ilə bağlı ŞOK XƏBƏRDARLIQ
8-06-2026, 13:39
Paşinyan seçkini qazandı: Əsas döyüş isə indi başlayır
8-06-2026, 12:53
Yeni cərimə: Bu qaydaları pozanlar 50 min manatadək cərimələnəcəklər
8-06-2026, 12:48
Azərbaycanın Portuqaliyada səfirliyi təsis ediləcək
8-06-2026, 12:39
Sosial mediaya qoşulmada yaş senzi - DETALLAR