Mərkəzi Bank liberal məzənnəyə keçir? — Vüqar Bayramovdan proqnoz
Iqtisadiyyat
Oxunub: 828
11 yan 2017 | 08:22
Mərkəzi Bank liberal məzənnəyə keçir? — Vüqar Bayramovdan proqnoz














- Dövlət Neft Fondunun 2017-ci il üçün xərcləmələri, o cümlədən makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka 7.5 milyard manatlıq transferi manatı məzənnəsinə necə təsir göstərəcək?

- Dövlət Neft Fondunun 2017-ci il üçün xərcləmələri 14 milyard 483 milyon manat təsdiq edilib. Bunun təxminən 700 milyon manata yaxın hissəsi birbaşa valyuta formasında ödəniləcək xərclərdir. Bu isə o deməkdir ki, əgər fond öhdəliklərinə əməl edərsə, o cümlədən makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka olan transfer də hərraclar vasitəsi ilə milli valyutaya çevrilərsə, o zaman 13.8 milyard manata yaxın pulu il ərzində hərraclar vasitəsi ilə almalıdır. Bu isə indiki rəsmi və ya hərrac məzənnəsi ilə 7 milyard 750 milyon dollar satış deməkdir. Nəticədə, fond öz öhdəliklərinə əməl edə bilərsə, o zaman 2017-ci ildə hər ay orta hesabla 645 milyon dolları hərraca çıxaracaq.

Qeyd edim ki, 2016-cı ildə fondun hərraclarda satdığı valyutanın aylıq orta məbləği 408 milyon dollar olub. Deməli, əgər fond öhdəliklərinə tam əməl edərsə və makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka olan transfer də hərraclar vasitəsi ilə manata çevrilərsə, o zaman aylıq olaraq 2017-ci ildə əvvəlki il ilə müqayisədə 237 milyon dollar daha çox valyuta hərracda satıla bilər. 2016-cı ilin yanvarında pul bazasının 5,786 milyard manatdan ötən ilin noyabrında 7,448 milyon manata yüksəlib. 30 faizə yaxın artan pul bazası özünü eyni zamanda milli valyutanın rəsmi kursunda 15 faizlik azalma ilə müşahidə edilib. Deməli, pul bazasının artması fonunda ötən il manatın məzənnəsində də azalmalar qeydə alınıb. Bu isə o deməkdir ki, indi 1 dollara ilə hətta 2016-cı il illə müqayisədə daha çox manatı dövriyyədən çıxarmaq mümkündür. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən neft şirkətlərinin xərcləmələri, xaricdə və xüsusən də Rusiyada yaşayan həmyerlilərimizin remitensilərini və eləcə də qeyri-neft ixracatının həcmini nəzərə alsaq Neft Fondunun öhdəliklərinə tam əməl edəcəyi halda bu il valyuta bazarına daha çox dolların daxil olacağı şübhəsizdir. Başqa tərəfdən, dollarlaşma səviyyəsi 90 faizə yaxınlaşıb və bazarda tarazlıq əldə edilərsə, bu əks-dollarlaşma prosesinə başlanılarsa, o zaman bazarın da dollar təklifi hiss edilən dərəcədə arta bilər.

Qeyd edim ki, Neft Fondunun Mərkəzi Banka transferləri indiki məzənnə ilə təxminən 4 milyard dollardan bir az artıqdır. Xatırlayırsınızsa, mən 2015-ci ildə hökumətə təqdim etdiyim təkliflər paketində və eləcə də ötən il ərzində sosial şəbəkələrdəki açıqlamalarımda hökumətə 4 milyard dollar rezervi konvertasiya edərək bazara çıxarmağa təklif edirdim. Bu təklif reallaşdı, amma 2015-ci ildə deyil, 2 il sonra. Düşünürəm ki, əslində 2015-ci ilin sonunda həmin 4 milyard dolları konvertasiya edib, güzəştli kredit formasında kiçik və orta sahibkarlara şəffaf şəkildə təqdim etmək və cari tələbi ödədikdən sonra o zaman Rusiya və Qazaxıstan kimi liberal üzən məzənnəyə keçmək məqsədə uyğun olardı. Bununla belə, hətta proses yubansa da belə Neft Fondundan 2017-ci ildə Mərkəzi Banka 7.5 milyard manatlıq transfer doğru addımdır.

Artıq Mərkəzi Bankın pul-kredit siyasətinin də dəyişdirilməsinə ehtiyac var. Valyuta bazarında cari tələbi ödəyib çevik siyasətlə əks-dollarlaşma prosesinə başlamaq baş bankın əsas hədəfi olmalıdır. Rəqəmlər və müqayisələr ilə Sizləri çox yormadan gəlinən nəticə belədir: əgər Neft Fondunun öhdəliklərinə tam əməl edərək makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka olan transfer də daxil olmaqla 7.7 milyard dolları hərraclarda satarsa və neftin dünya bazar qiymətində kəskin azalmalar və eləcə də digər fors-major halları baş verməzsə (məsələn, əmanət portfeli böyük olan bankın və ya bankların bağlanması), o zaman Mərkəzi Bank manatın dollara mövcud məzənnəsini müəyyən kənarlaşmalar ilə qoruyub saxlamağa çalışacaq.

Təbii ki, qeyd etdiyimiz faktorlardan hər hansı proqnozlaşdırıldığı kimi olmazsa, o zaman yenə də dolların manata nisbətən möhkəmlənməsi qaçılmaz olacaq. Digər tərəfdən, nəzər almaq lazımdır ki, valyuta bazarında Mərkəzi Bankın inzibati müdaxiləsi yenə də qalmaqdadır və bu da bazardakı vəziyyətə əsasən proqnoz verməyi, praktik olaraq, mümkünsüz edir. Bu baxımdan, manatın mövcud məzənnəsinin qorunub saxlamaq Mərkəzi Bankın hədəfi kimi görünsə də hətta ötən il ilə müqayisədə daha çox valyuta təklifi fonunda belə bu heç də asan vəzifə olmayacaq.

- Liberal üzən məzənnəyə keçiləcəkmi?

- Xatırlayırsınzsa, mən hələ ötən ilin əvvələrində 2017-ci ildə liberal üzən məzənnəyə keçidin mümkünlüyünü qeyd edirdim. Bu artıq strateji milli yol xəritəsinə daxil edilib. Bu isə o deməkdir ki, əgər 2017-ci ildə liberal üzən məzənnəyə keçilməsə, o zaman yol xəritəsinin əsas fəaliyyətlərindən biri həyata keçirilməyəcək və da digər fəaliyyətlərin reallaşmasına təsir edəcək. Bu baxımdan, xüsusi fors-majorla baş verməzsə, liberal üzən məzənnə siyasətinə keçid gözləniləndir. Əslində, valyuta bazarında daha çox dolların çıxarılmasının planlaşdırılması və bunu nəticəsində manatın bazasının məhdudlaşdırılmasına nail olunması liberal məzənnəyə keçidə gətirib çıxara bilər.

Liberal məzənnə siyasətinə keçid olmada real sektora “isti pulların” daxil olmasını reallaşdırmaq çətin olduğundan bu fəaliyyətin yol xəritəsində daxil olması anlaşılandır. Əvvəllər də təklif etdiyim kimi, Mərkəzi bank cari tələb ödəməklə, əks-dollarlaşma prosesinə başlamaqla liberal məzənnə siyasətinə keçid edən zaman da manata psixoloji təzyiqləri minimumlaşdıra bilər. Hər halda, hansı qərarın veriləcəyini proqnozlaşdırmaq asan olmasa da, belə liberal məzənnə siyasətinə keçid istisna edilmir.[/b]
Bu gün, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”