Bayram ərəfəsində bazarda qiymətlər qalxdı, içki məhsulları - 10-15000 manat
Iqtisadiyyat
Oxunub: 800
30 dek 2016 | 15:46
Bayram ərəfəsində bazarda qiymətlər qalxdı, içki məhsulları - 10-15000 manat







Yeni il bayramına bir gün qalmış Bakı bazarlarında kənd təsərrüfatı məhsullarının qiyməti kəskin bahalaşıb

Bayram münasibəti ilə şəhərimizin məşhur bazarlarından olan "Təzə bazar”a yollandı. Bazarda "iynə atsan yerə düşməzdi". Kənd təsərrüfat məhsullarının çeşidləri göz oxşayırdı. Amma...

Bazara nəzər salanda alıcıdan çox satıcının olduğu aydın görünür. Bazarın daimi alıcıları bunu səbəbini belə izah etdi:

"Bayramla əlaqədar qiymətlər artıb. Bazar od tutub-yanır, girmək belə mümkün deyil. Hər gün qiymətlərdə artım müşahidə olunur. 200 manatla bazara girdim, demək olar ki, heç nə almamışam. Elə məhsul var ki, mən ondan yarım kloqram aldım. Görmüşdük ki, məhsul bol olanda qiyməti ucuz olar. Bazarda isə əksinədir.”

Satıcılar isə qiymət artımını məhsulun bol olması ilə deyil, onu rayonlardan baha almaları ilə izah etdilər:

"Biz də bu məhsulları rayonlardan alırıq. Elə məhsul var ki, biz onu aldığımız qiymətə satırıq. Elə məhsul da var ki, üstünə bir manat qoyuruq. Axı bizim icarə haqqımız da var. Hələ bazarda satışda olan kənd təsərrüfatı məhsulları özümüzün yetişdirdiyimizdir. Yəni, 90%-i yerli məhsullardır.”

"Təzə bazar” da kənd təsərrüfatı məhsullarının qiymətlərini təqdim edirik:

soğan- 1 manat,

kartof -1 manat 50 qəpik,

yerkökü- 1 manat -1:50 qəpik,

çuğundur- 70 qəpik,

göyərti- bir dəstəsi 20 qəpik,

balıq- 1 kq-ı 6-55 manat,

mal əti- 9-10 manat,

qoyun əti- 11-12 manat,

toyuq- 4-8 manat,

hind quşu- 1 kq-ı 12 manat,

qaşqaldaq- 5 manat,

ördək-5-7 manat,

yumurta- 30-40 qəpik,

xiyar -7 manat,

pomidor- 3-5 manat,

badımcan- 4-5 manat,

bibər- 1 ədədi 40-50 qəpik,

şoraba 1 kq-ı 2 manat,

alma- 1-7 manat,

heyva- 4-9 manat,

mandalin- 2-4 manat,

nar- 3-15 manat,

armud- 4-5 manat,

qoz ləpəsi- 16-25 manat,

findıq ləpəsi- 15-20 manat,

badam- 25-28 manat,

şabalıd- 10 manat,

kişmiş- 8-10 manat,

turşu- 10 manat,

xurma 5-8 manat,

zəfəran- 1 stəkanı 5 manat,

düyü 1kq-ı 2 manat 80 qəpik,

Lənkəran çayı 1 kq-ı 35 manat.

Bayram süfrələrini içkilərsiz təsəvvür etmək qeyri-mümkündür. Xüsusilə də Yeni il bayramında. Bu bayramda əhalinin ən çox üstünlük verdiyi içki-şampan növləridir. Şəhərimizin şərab mağazalarında apardığımız sorğuda da bu faktı təsdiqlədi. Mağaza sahiblərinin sözlərinə görə, yerli istehsal olunan şampan məhsullarının satışı çoxalıb:

"Bakı əhalisi ancaq yerli şampan məhsularına üstünlük verir. Çeşidlər çoxdur. Qiymətlər də onların çeşidlərinə görə təyin edilib. Amma xarici ölkə istehsalı olan şampan məhsullarına üstünlük verənlər var. Müəyyən bir təbəqə var ki, onlar xarici ölkə istehsalı olan viskilərə üstünlük verir. Yəni, kimin ürəyi hansı içkini istəyir, onu da alırlar. İmkanlı alıcılarımız isə 5-10 min manat arasında viskilərə üstünlük verir”.

Şərab mağazalarında spirtli içkilərin qiymətləri belədir:

Yerli şampan növləri 5-20 manat,

Xarici ölkə istehsalı olan şampanların qiyməti 20-4 min manat,

viskilər 20-10 min manat,

Yerli konyak məhsulları 15-150 manat,

Xarici ölkə istehsalı olan konyak məhsulları 15-20 min manat,

Yerli şərab məhsulları 2 manat 50 qəpik -50 manat,

Xarici ölkə istehsalı olan şərab məhsulları 4-15 min manat,

Yerli araq məhsulları 2 manat-50 manat,

Xarici ölkə istehsalı olan araq məhsulları 10- 1500 manat,

Likör 10-100 manat,

Rom 20-200 manat,

Gin 20-300 manat arasında satılır. (aznews.az)
Bu gün, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi