Bu qərar xalqı sevindirəcək - Prezidentimizdən Əhalinin gözlədiyi qərar
Iqtisadiyyat
Oxunub: 13 744
23 dek 2016 | 19:53
Bu qərar xalqı sevindirəcək - Prezidentimizdən Əhalinin gözlədiyi qərar





İlham Əliyevin dollar kreditləri ilə bağlı fərman imzalayacağı gözlənilir

Yaxın günlərdə Prezident İlham Əliyevin dollar kreditləri ilə bağlı xüsusi fərman verəcəyi gözlənilir

Bu barədə “AzPolitika.info”ya bank sektorundakı mənbələrdən məlumat daxil olub.

Məlumatda bildirilir ki, fərmanda dollar kreditlərinin 10 minə qədər olan hissəsinin vahid məzənnə ilə qaytarılması əksini tapacaq.

Bunun səbəbi kimi isə əhalinin dollarla olan kreditlərinin ödənilməsində ciddi problemlərin yaranması göstərilir. Belə ki, ikinci devalvasiya onsuz da vətəndaşların əksəriyyətinin kredit borclarını ödəməsində böyük çətinlik yaratmışdı. Çoxları əsas məbləğə toxunmadan, vaxtı uzatmaqla, yalnız fazləri ödəyirdi.

Ancaq son bir neçə ayda dolların məzənnəsinin davamlı olaraq yüksəlməsi, demək olar ki, 3-cü devalvasiyanın baş verməsi və eyni zamanda bazarda valyuta qıtlığının yaranması faizləri ödəməyi də tamamilə mümkünsüz edib. Banklar vətəndaşlardan kreditlərinə görə borcları dolların gündəlik bazar qiymətinə uyğun ödəməyi tələb edirlər.

Ancaq hətta kreditini ödəmək istəyənlər belə dollar tapa bilmirlər. Banklar dolar satmır, “qara bazar”da isə çətinliklə tapılan valyutanın qiyməti rəsmi məzənnədən xeyli yüksək olduğundan dollar krediti olan əksər vətəndaşlar üçün əlçatmazdır.

Belə bir şərait vətəndaşlarla yanaşı, təbii ki, ikinci devalvasiyadan sonra ağır duruma düşən bankların da vəziyyətini mürəkkəbləşdirib. Bu baxımdan hökumətdən təcili tədbirlər görməsi zərurətə çevrilib.

Məhz 10 min dollaradək kreditlərin vahid məzənnə ilə qaytarılmasının təmin edilməsi belə tədbirlərdən biri kimi nəzərdə tutulur. Bu barədə Prezidentin fərmanının yaxın günlərdə veriləcəyi gözlənilsə də, kokret hansı məzənənin götürüləcəyi haqda məlumat yoxdu.

Qeyd edək ki, bir çox iqtisadçı ekspertlər, deputatlar da 10 min dollaradək kreditlərə güzəştlər tətbiq edilməsinin zəruri olduğunu bildiriblər. Deputat Vahid Əhmədov 10 min dollaradək kreditlərin köhnə məzənnə ilə qaytarılmasını təklif edib.

Deputat Əli Məsimli də dollarla olan kreditlər məsələsinə toxunaraq, ortaq addımların atılmasının vacib olduğunu bildirimişdi. “10 min dollara qədər krediti olan şəxs devalvasiyadan sonra bu məbləğin 2-3 qat artığını qaytarmalıdır, bu isə mümkün olmayacaq” - deyə millət vəkili vurğulamışdı.

Əksər ekspertlər dolların bahalaşmasının ağırlığının əhalinin üzərindən götürülməsi üçün güzəştləri zəruri hesab ediblər. Xarici valyuta ilə kreditləri olanlar üçün Qazaxıstan təcrübəsinə uyğun olaraq, dövlət tərəfindən kompensasiyanın ödənilməsi ilə bağlı təkilif irəli sürüblər. Devalvasiya nəticəsində meydana gələn yeni xərclərin isə hökumət, Milli Bank, bank və vətəndaş arasında bölünməsinin zəruru olduğunu bildiriblər.

Digər bir təklif kimi də, dekabrın 21-də manatın ikinci devalvasiyasından əvvəl götürülən kreditlərin əvvəlki məzənnə ilə, yəni 1 dolların 1,05 manata bərabər olan məzənnə ilə ödənməsi fikri ilə çıxış ediblər.

Prezidentin gözlənilən fərmanında bu təkliflərin də nəzərə alınması mümkündür.

Qeyd edək ki, ikinci devalvasiyadan əvvəl götürülən kreditlərin həcmi 19 milyard 744 milyon manat olub. Bunun 7 milyard 477 milyonu xarici valyutada olan kreditlərdi. Bu isə o deməkdir ki, dollarla olan kreditlər ikinci devalvasiyadan öncə milli valyuta ifadəsində 7 milyard 851 milyon manat idisə, hazırda rəsmi məzənnə ilə təxminən 13, 8 milyard manatadək yüksəlib. Yəni, sonuncu devalvasiyadan sonra vətəndaşlar və iş adamları əlavə olaraq banklara ən azı 6 milyard manat vəsait ödəməlidirlər.

Hökumət güzəştlər tətbiq etməzsə, vətəndaşlar və biznes subyektləri daxil olmaqla, kredit borcu olanların bu fərqi örtməsi mümkünsuzdür. Ona görə də hökumətin ən azı əhalinin götürdüyü kreditlər üzrə fərqi tam olaraq kompensasiya etməsi zəruridir.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu