Sabah-sabah Hökümətdən gözlənilməz qərar
Iqtisadiyyat
Oxunub: 10 273
10 dek 2016 | 06:59
Sabah-sabah Hökümətdən gözlənilməz qərar

















“Manatın dəyərdən düşməsi sürətlənəcək” - Tam üzən məzənnə

İqtisadçı ekspert Natiq Cəfərli 2017- ci ildə manatın tam üzən məzənnə rejiminə keçəcəyi ilə bağlı Azərbaycan prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə qeyd olunanlara münasibət bildirib.

Ekspert “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, manatın tam üzən məzənnə rejiminə keçilməsi məsələsində bəzi anlaşılmazlıqlar yaranıb: “Keçən ilin dekabrın 21-dən sonra Mərkəzi Bank manatın üzən məzənnə rejiminə keçməsi ilə bağlı qərar verdi. Üzən məzənnə prinsipinə uyğun olaraq ölkədə manatın məzənnəsinin müəyyən olunacağı bildirilirdi. Mərkəzi Bankın rəhbərliyi də, hökumət də üzən məzənnə sisteminin olduğunu deyirdi. Birdən-birə isə tam üzən məzənnə rejimi ilə bağlı qərarın olduğunu bəyan etdilər.

Əslində “tam üzən məzənnə” termini olmur. Normal iqtisadi modellərdə birjalarda oyunçular vasitəsilə milli valyutanın məzənnəsi müəyyən olunur. Qonşu ölkələrimiz olan Rusiyada rublun, Qazaxıstanda təngənin, Gürcüstanda larinin məzənnəsi bu cür müəyyən olunur. Buna heç kim üzən məzənnə də demir. Bunu normal bir iqtisadi proses kimi qavrayırlar. İndi tam üzən məzənnəyə keçid elan edilirsə, çox güman ki 2017- ci ildə manatın məzənnəsində daha ciddi dəyişikliklər gözləniləcək. Hökumət və Mərkəzi Bank manatın məzənnəsini aşağı səviyyələrdə uzun müddət saxlamaqda maraqlı deyillər, yəni indiki səviyyəni belə aşağı hesab edirlər. Gələn il üzən məzənnə rejiminə tam keçiddən sonra manatın dəyərdən düşməsi daha da sürətlənəcək”.

N. Cəfərli əlavə edib ki, tam üzən məzənnə sisteminə keçmək üçün isə Azərbaycanda şərait yoxdur: “Birjalarda valyuta sata biləcək oyunçular yox səviyyəsindədir. Mərkəzi Bank və Dövlət Neft Fondundan sonra bazarda valyuta sata biləcək üçüncü oyunçu yoxdur. Ona görə də adını nə qoyurlarsa qoysunlar, gələn il də məzənnəni Mərkəzi Bank müəyyən edəcək. Çox güman ki, indikindən daha zəif bir məzənnəni biz 2017-ci ildə müşahidə edəcəyik”.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu