"Azər-Türk" bank ölkədə dollar xaosu yaradırmış - “Qara bazar”a pul ötürənlər tutulur
Iqtisadiyyat
Oxunub: 1 036
9 dek 2016 | 14:11
"Azər-Türk" bank ölkədə dollar xaosu yaradırmış - “Qara bazar”a pul ötürənlər tutulur












Dövlətin nəzarətində olan bir bankda qalmaqal; Maliyyə naziri Samir Şərifovun bütün adamları bankın İdarə Heyətindən qovuldu; Hesablama Palatası prezident İlham Əliyevə məruzəsindən sonra yoxlamalara başlayıb və şok maxinasiyalar üzə çıxarıb; 10 milyon cərimə edilən bank "qara bazar”ı dollarla təmin edirmiş...Beynəlxalq Bankın rəhbəri dindirilib?

Azərbaycanın bank sektorunda növbəti "zəlzələ” yaradacaq hadisələr baş verib. Belə ki, əvvəl maliyyə naziri Samir Şərifovun kurasiyasında olan bankı kimi tanınan "Azər-Türk Bank”da bir neçə gün əvvəl qəfil yoxlamalar başlayıb. Mənbənin "Yeni Müsavat”a verdiyi məlumata görə, Hesablama Palatasına bankdan külli-miqdarda pul yayındırılması, eləcə də bankın "qara bazar”a dollar çıxarması barədə təkzibolunmaz faktlar daxil olub. Qaynağımız deyib ki, əldə edilmiş məlumatlar birbaşa dövlət başçısına məruzə edilib və prezident İlham Əliyev dərhal faktların araşdırılmasına göstəriş verib.

Noyabrın sonunda Hesablama Palatası, eləcə də Korrupsiyaya Qarşı Mübarizi İdarəsinin əməkdaşlarından ibarət qrup qəfil banka gələrək yoxlamalara başlayıb. Hesablama Palatası "Azər-Türk Bank”da təxminən 128 milyon manatın "yoxa çıxdığını” üzə çıxarıb. Eləcə də əhaliyə gün ərzində cəmi bir neçə min dollar satıldığı halda sənədləşmələrdə bu məbləğin bir neçə yüz dəfə şişirdildiyi təsdiqlənib. Məlum olub ki, bankın Xətai rayonunda, "Ağ şəhər”dəki mərkəzi ofisi iş günün sonundan sonra bağlanmırmış, daha dəqiqi dollarlar "arxa qapıdan” xüsusi maşınlarla Bakının "qara bazar”ındakı dəllallara ötürülmüş.

Hesablama Palatası bankı nə az-nə çox 10 milyon manat cərimələyib. Maraqlıdır ki, bank qalmaqalın daha da böyüməməsi üçün bu cəriməni dərhal ödəyib. Bankda baş verən maxinasiyalara bank rəhbərliyi heç bir tutarlı cavab verə bilməyib. Mənbə deyib ki, cəmi bir il əvvəl formalaşmış rəhbərliyin dərhal dəyişdirilməsi tələb olunub.

Bildirilir ki, maliyyə nazirinin kadrı kimi tanına bankın İdarə Heyətinin sədri Fərhad Adıgözəlov hətta saxlanılıb, onu dindirmək üçün aparıblar. Sorğu-sualdan sonra sərbəst buraxılan İdarə Heyətinin sədri dərhal istefa verib.

Fərhad Adıgözəlov

Dekabrın 2-də bankın Müşahidə Şurasının təcili iclası çağırılıb. Müşahidə Şurasının qərarı ilə Fərhad Adıgözəlov və bəzi İH üzvləri rəhbərlikdən kənarlaşdırılıb. İdarə Heyətində yalnız sədr müavini Məmmədova Rumiyə Ağacəfər qızını vəzifədə saxlanılıb. Bankın nağd vəsaitlərlə iş departamentinin direktoru, bir il əvvəl vəzifəyə təyinat alan Fərid Temraz oğlu Orucov da işdən çıxarılıb.

"Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının növbədənkənar iclası barədə bank rəhbərliyi yalnız kiçik bir xəbər yayaraq, bankda əsli baş verənlərlə bağlı medianın diqqətini cəlb etməməyə çalışıblar. Qeyd edək ki, iclasda "Azər-Türk Bank”ın İdarə Heyətinin sədri Xalid Nurəddin oğlu Əhədov (atası tanınmış ürək həkimi, Müsavat Partiyasının keçmiş rəhbərlərindən, keçmiş millət vəkili olub – red. ) seçilib. Qeyd edək ki, X.Əhədov bundan əvvəl ləğvetmə prosesində olan "Bank Standard” QSC-nin İH-nin sədri olub.

"Azər-Türk Bank” ASC 1995-ci ildə yaradılıb. Bankın nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökumətinə məxsusdur. 12,37%-lik pay Türkiyənin "Zıraat Bank”ına, 1,08%-i "Zıraat Bank İnternational”a, 6,55%-i "AzRe Təkrarsığorta” ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta” ASC-yə məxsusdur.

"Azər-Türk Bank”ın səhmlərimin hökumətə məxsus 75 faizi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə aiddir.Amma dövlət adından bu səhmlərə nəzarəti Maliyyə Nazirliyi həyata keçirir və maliyyə nazirinin müavini də Müşahidə Şurasında iştirak edir. Bankın adının Samir Şərifovla əlaqələndirilməsi də böyük ölçüdə nəzarətin Maliyyə Nazirliyinə aid olması ilə bağlıdır.

Dekabrın 8-də isə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Elmar Məmmədov da gözlənilmədən vəzifəsindən azad edilməsi xəbəri yayılıb. Məlumata görə, Elmar Məmmədov heç kimin gözləmədiyi halda vəzifəsindən azad ediləndən dərhal sonra hüquq-mühafizə orqanları onu saxlayıb.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu