Əhaliyə sabahdan SON 3 zərbə - Bu da belə
Iqtisadiyyat
Oxunub: 32 940
29 noy 2016 | 20:56
Əhaliyə  sabahdan SON 3 zərbə - Bu da belə







"Azərbaycanda təhsil haqları da artırıla bilər" - Professor

Universitetlərin illik ödənişləri artırması bazar qiymətlərindən asılıdır.

Bunu gələn il universitetlərin ödəniş haqlarını artırması ehtimalına münasibət bildirərkən professor Şahlar Əsgərov söyləyib. Ekspertin sözlərinə görə, özəl universitetlər qiymətləri dövlət universitetlərinə uyğun tənzimləyir: "Dövlət universitetlərində bir fənnin qiyməti, nümunə olaraq, min dollar ətrafında dəyişirsə, özəl universitetlərdə bundan baha müəyyən olunur. Bu səbəbdən prosesin tənzimlənməsi mürəkkəbdir.

Dövlət universitetləri qiymətləri endirsə, özəl universitetlər də endirəcək. Ödəniş haqlarının artırılmasında universitet rektorlarından çox şey asılı deyil. Bu qiymətləri Təhsil bazarı tənzimləyir Ümumiyyətlə, təhsil kifayət qədər yüksək vəsait tələb edən sahə olduğundan yüksəlməsi üçün oliqarxların da bu sahəyə dəstək göstərməsi lazımdır. Bu gün fakt olaraq universitetlər güclə ayaq üstə dururlar. Aydındır ki, xərclər artdıqda təhsil haqları da yüksələcək. Buna görə də universitetlərə yüklənmək, qiymətlərin bahalaşmasında günahlandırmaq birmənalı deyil. Bu mənada növbəti tədris ilində təhsil haqlarının artırılması istisna edilmir".

Qeyd edək ki, devalvasiya və qiymət artımı universitetlərin illik ödəniş haqlarını artırıb-artırmayacağını gündəmə gətirib. (sherg.az)


Əhaliyə  sabahdan SON 3 zərbə - Bu da belə

***

Ərzaq bazarında kəskin bahalaşma - firmalar mal satışını dayandırdı!

Tarif Şurasının son bahalaşma qərarlarının digər bazarlara da təsiri olacaq

Politika.Az-ın Analitik qrupu təcrübədən çıxış edərək bildirir ki, tənzimlənən qiymətlərin, xüsusilə də qaz və işığın, yanacağın qiymətlərin bahalaşması xüsusilə ərzaq bazarına kəskin təsirləri olur.

Növbəti qərarın da həm psixoloji və həm də iqtisadi təsirlərinin olacağı danılmazdır. Adətən psixoloji təsirlər qısa, iqtisadi təsirlər isə uzun müddətli və davamlıdır.

Belə ki, maya dəyərində elektrik və qaz istehlakı xərcləri olan bütün məhsul və xidmətlərdə bahalaşma müşahidə olunacaq. Daha çox təsirə məruz qalan çörək bişirmə sənayesi, elektrik enerjisi və qazla işləyən nəqliyyat vasitələri olacaq. Beləliklə də, qiymətlərin artımının yeni dalğası başlayacaq. Çox güman ki, tezliklə su, benzin və digər qiymətləri tənzimlənən yanacaq məhsullarının bahalaşmasına dair növbəti qərarlar veriləcək.

Lakin buna qədər ərzaq bazarında kəskin bahalaşmanın olacağı qaçılmazdır. Məlumat üçün xatırladaq ki, onsuz da dolların bahalaşması fonunda ərzağın qiymətində ciddi artımlar müşahidə edilirdi. Mal əti, toyuq və toyuq məhsulları son günlər pik həddə bahalaşmışdı. Bu qərardan sonra isə bahalaşmanın növbəti dalğasının olacağı qaçılmazdır.

Bakıdakı marketlərdən birinin mühasibi Politika.Az-a bildirib ki, artıq bir sıra firmalar qiymətləri qaldırıblar: “Əsasən yağ, un və un məmulatları, şəkər, şəkər tozu kimi məhsulların qiyməti baha təklif edilir. Deyilənə görə, “Azərsun” firmalara mal verilişini ciddi azaldıb, demək olar ki, dayandırıb. Bir çox təminatçı şirkətlər həmçinin eyni addımı atır. Görünən odur odur ki, dekabrın 1-dən daha baha qiymətlərlə verəcəklər mallarını”.

Qeyd edək ki, qarşıdan Yeni il bayramı gəlir. Hər bayram ərəfəsində psixoloji amillərin təsiri altında ərzaq bazarında kəskin bahalaşma olduğunu nəzərə alsaq, Tarif Şurasının son qərarının təsiri ilə müşayiət olunan bahalaşma hətta bəzi məhsullarda 100 faizə yaxın ola bilər. Bu isə qiymətlərdə iki dəfə artım deməkdir.


***

Ekspertdən həyacan siqnalı: Dekabrda dollar 2 manat olacaq - ŞOK HESABLAMA

Mərkəzi Bankın keçirdiyi hərrəclara uyğun olar belə proqnoz vermək olar ki, ortalama götürəndə dollar 3 günə bir 1qəpik bahalaşır

Politika.Az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Nazim Bəydəmirli bildirib.

Ekspertin sözlərinə görə, iqtisadiyyatdakı mövcud vəziyyət qalacaqsa, neftin qiymətində artım olmayacaqsa, iqtisadi fəallıq artmaycaqsa, dolların bahalaşması davam edəcək:

"İlin sonuna qədər bu valyutanın məzənnəsi 1,90 - 2 manata qədər qalxa bilər".

Qeyd edək ki, son günlər dolların məzənnəsi artan xətt 3üzrə davam edir.


***
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu