Əhaliyə növbəti zərbə
Iqtisadiyyat
Oxunub: 2 187
28 noy 2016 | 08:13
Əhaliyə növbəti zərbə








Ət, süd yenə bahalaşacaq

“İdxal edilən ətin həcmi 2 dəfə artıb” - ekspert

“Yaxın vaxtlarda Azərbaycanda mal ətinin qiyməti yenə də qalxacaq”.

Bu sözləri Modern.az-a kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.

“İdxal edilən ətin həcmi 2 dəfə artıb”

Mütəxəssis hazırki problemlərlə bağlı hələ iki il əvvəl həyacan təbili çalıb.
“Bildirmişdik ki, yem tədarükünün kifayət qədər görüləməməsi, örüş sahələrinin, təbii biçənəklərin əkin üçün dövriyyəyə buraxılması və bununla paralel mal-qaranın baş sayının artırılması, xüsusilə də xaricdən gətirilməsi ciddi problemlər yaradacaq.Qeyd etmişdik ki, mal-qaranın baş sayı artdığı halda yem bazasının olmaması heyvandarlıqda ciddi problemlərə gətirib çıxaracaq. Proqnoz hazırda heyvanlarının zəifləməsi, xəsəliklərin geniş yayılması, həmçinin məhsualdarlığın kəskin şəkildə azalması ilə müşahidə edilir.

Bazarlarda apardığımız monitorinqlər göstərir ki, heyvanların xəstəliklərə yoluxması, yem azlığından ciddi zəifləməsi, bəzi halda kəndlinin mal-qaranı məcburi kəsimə verməsi bu sahədə ümumilikdə çox ciddi problemlər yaradıb. İndi ət istehsalında ciddi azalma var. Bu ilin 10 ayı ərzində ölkəyə idxal edilən ətin həcmi 2 dəfə artıb”.

“Süd də bahalaşacaq”

Ekspert deyib ki, eyni zamanda süd və süd məhsullarını qiymətində də kəskin bahalaşma olacaq:
“Bu ilin 10 ayı ərzində süd və süd məhsullarının idxalı 60 faiz çoxaılıb. Onu da bildirim ki, bir həftə əvvəl sahibkarlarla görüşümüz zamanı südün alış qiymətinin 2 dəfə artdığını qeyd etdilər. Bu isə çox yaxın vaxtlarda südün qiymətinin ciddi şəkildə artacağını göstərir”.

“Alıcılıq qabiliyyəti kəskin azalıb”

V.Məhərrəmov ət istehsalının azlamasının əsas səbəbini yem bazasının qıtlığında görür:
“Ölkədə mövcud olan mal-qaranın sayına uyğun təbii biçənək yoxdur. Digər tərəfdən 400 min hektar əkin sahəsində yem bitkisi istehsalı ilə məşğul olunur ki, orada da məhsuldarlıq çox aşağıdır. Əkilən hər kektardan 4 tona yaxın yem götürülür. Bu isə ölkədə mövcud olan naxırın yalnız fiziki durumunu təmin edəcək qədər belə deyil. Yəni vəziyyət o qədər kritikdir ki, mal-qara arasında xəstəlik və tələfatların sayı artır. Bütün bunlar ona görə baş verir ki, bu sahədə aparılan siyasət düzgün deyil. Mal-qaranın baş sayının artımı məhsuldarlğı artırmır, əksinə az yem olduğu üçün “şəriklər”in sayı artır.

Çox təəssüflər olsun ki, yaxın zamanlarda ətin qiymətinin bir daha artacağının şahidi olacağıq. Hazırda alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb. Belə olan halda mal və qoyun ətinin qiyməti aşağı düşməli idi. Yəni bazar bunu tələb edirdi. Əgər bu məhsulların idxalı və qiyməti kəskin şəkildə artırılırsa, bu, istehsalın azaldığının göstəricisidir”.
V.Məhərrəmov “bir neçə il əvvəl mal ətinin qiymətinin 6,50-7 manat olması anormal hal idi” fikirlərinə belə cavab verib:
“Əslində reallığa uyğun cavab olmayanda, belə fərziyyə və uydurmalar irəli sürülür. Necə olur ki, Ermənistanda, Gürcüstanda mal ətinin qiymətinin aşağı düşməsi normal hesab olunur, bizdə əksinə...

Bir müddət əvvəl qiymətlər ona görə düşmüşdü ki, fermerlər, sahibkarlar mal-qaranı saxlaya bilmirdilər və məcburi kəsimə verirdilər. İndi biz nəyə görə ət çatışmazlığı ilə qarşılaşırıq? Ona görə ki, kifayət qədərmal-qara yoxdur. Bu sahədə çox ciddi problemlər var və bu, özünü qabarıq şəkildə idxalın artmasında, qiymətin kəskin şəkildə bahalaşmasında, mal-qara arasında xəstəliklərin yaranmasındabiruzə verir”.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu