İş axtaranlara şad xəbər
Iqtisadiyyat
Oxunub: 2 863
23 noy 2016 | 07:24
İş axtaranlara şad xəbər








Kənd Təsərrüfatı Nazirliyi (KTN) vakant vəzifələrinin tutulması üçün müsahibə elan edib.

Nazirlikdən Azerinfo.az-a verilən məlumata görə, KTN yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Abşeron, Bərdə, Göygöl, Lənkəran, Quba, Sabirabad, Salyan, Şamaxı, Şəki, Tovuz və Ucar regional aqrokimya laboratoriyalarının torpaq, su və aqrokimyəvi maddələrin analizi, bitki və bitkiçilik məhsullarının analizi, bitkilərin ekspertizası şöbələrində vakant olan şöbə rəisi, baş aqrokimyaçı, baş entomoloq, baş fitopatoloq, aparıcı aqrokimyaçı, böyük aqrotexnik vəzifələrinin və rayonlar üzrə mütəxəssis qruplarında vakant olan baş aqrokimyaçı vəzifələrinin tutulması üçün müsahibə elan edir:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 24 iyun 2008-ci il tarixli 5-3 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən 8 iyul 2008-ci il tarixində qeydiyyata alınmış (Dövlət qeydiyyat nömrəsi:3405) "Kənd təsərrüfatı sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na uyğun olaraq regional aqrokimya laboratoriyalarında mövcud vakant vəzifələrin tutulması üçün iddiaçılardan aşağıdakı şərtlər tələb olunur:

- müvafiq sahə üzrə ali ixtisas təhsili (aqrokimya, torpaqşünaslıq, kimya, biologiya, bitki mühafizəsi, aqronomluq);

- kompüter və dil biliklərinin olması;

- torpağın xüsusiyyəti, analiz üçün torpaq nümunələrinin götürülməsi, torpağın kimyəvi analizinin aparılması barədə məlumatının və təcrübəsinin olması;

- torpaqda olan kimyəvi maddələrin strukturunu bilmək, analizlərin nəticələrini təhlil etməyi bacarmaq və tövsiyələr hazırlamaq;

- məhsulların tərkibində olan nitrit və nitratların miqdarını və pestisidlərin qalıq səviyyəsini müəyyən etməyi bacarmaq;

- zərərverici və xəstəliklərin inkişaf fenologiyası, entomofaqları,avadanlıq və cihazlardan istifadə qaydaları və texnologiyasını, onların iş prinsipini bilməli.

Regional aqrokimya laboratoriyalarında vakant yerlərin tutulaması məqsədi ilə müsahibədə iştirak etmək istəyən şəxslər aşağıdakı ünvanlara müraciət edə bilərlər: www.dfnx.gov.az. Bakı şəhəri, Nərimanov rayonu, N. Nərimanov küçəsi, 7a, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti. Müraciətlər elektron qaydada da göndərilə bilər.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu