Yarmarkalarda satıcılardan yer pulu alınmayacaq — YENİ QAYDALAR
Iqtisadiyyat
Oxunub: 791
15 noy 2016 | 08:02
Yarmarkalarda satıcılardan yer pulu alınmayacaq — YENİ QAYDALAR








Nazirlər Kabineti “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklikləri təsdiq edib. Dəyişikliklərə əsasən, yaşıl bazarlar və kənd təsərrüfatı yarmarkaları üçün xüsusi qaydalar müəyyən edilib.

Fins.az xəbər verir ki, yaşıl marketlər əlavə olaraq anbar, laboratoriya, avtopark kimi infrastruktura və sertifikatlaşdırılmış ekoloji təmiz kənd təsərrüfatı məhsullarının satışı üçün xüsusi bölmələrə malik olmalıdır.

Yarmarkalar necə təşkil ediləcək?

Adıçəkilən sənədə yarmarkalarla bağlı ayrıca bəndlər əlavə edilib. Yeni qaydalara görə, yarmarkaları yerli icra hakimiyyəti orqanları xüsusi proqram-tədbirlər planı əsasında təşkil edəcək.

Planda yarmarkanın keçiriləcəyi ərazinin və tarixin seçilməsi, satış yerlərinin sxeminin hazırlanması, ticarətin təşkili ilə bağlı xidmətlərin göstərilməsi - ərazinin təmizlənməsi, baytarlıq-fitosanitar və sanitar-epidemioloji nəzarət tədbirlərinin görülməsi və digər müddəalar nəzərdə tutulur.

Yerli icra hakimiyyətləri yarmarka ilə bağlı tədbirlər planını yarmarkanın keçiriləcəyi tarixdən ən azı 30 gün əvvəl təsdiq etməlidirlər. Kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkaları hər həftənin şənbə və bazar günləri, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin təklifi əsasında bayram günləri və digər əlamətdar hadisələrlə bağlı müəyyən edilən günlərdə keçiriləcək.

Biznes sahiblərinə üstünlük veriləcək

Qaydalara əsasən, İcra Hakimiyyətləri sahibkarlıq fəaliyyəti ilə məşğul olan özəl biznes strukturlarını yarmarkaların təşkilinə və keçirilməsinə geniş cəlb etməlidirlər. Mərkəzi icra hakimiyyəti orqanı, hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs yarmarkanın təşkil edilməsi və keçirilməsi ilə bağlı yerli icra hakimiyyəti orqanına müraciət etməlidir. Yerli icra hakimiyyəti orqanı daxil olan müraciətə baxaraq, 5 iş günü müddətində müvafiq qərar qəbul etməlidir.

Eyni zamanda yarmarkanı təşkil etmək istəyən şəxslər tədbirlər planının hazırlanmasında birbaşa iştirak edirlər. Yarmarkanın dislokasiyasını, iş rejimini, satılacaq məhsulların növünü və satış yerlərini birgə müəyyən etməlidirlər.

Eləcə də kütləvi informasiya vasitələrində və internet saytlarında yarmarkanın keçirilməsi barədə əvvəlcədən məlumat verməlidirlər. Onlar yarmarkaya qoşulan satıcıları satış yerləri, ölçmə vasitələri ilə təmin etməli və yarmarkanın keçirilməsi ilə əlaqədar digər xidmətləri -ərazinin təmizlənməsi, baytarlıq-fitosanitar və sanitar-epidemioloji nəzarət tədbirlərinin görülməsi və s. təşkil etməlidirlər.

Yarmarkanın təşkilatçısı ərazidə nəzarət ölçmə vasitələrinin quraşdırılması və satılan məhsulların qiymətləri ilə bağlı məlumat lövhələrinin qoyulmasını təmin etməlidir.

Satıcılardan pul almayacaqlar

Qaydalara görə, Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının iştirakçılarından (satıcılardan) iştirakla bağlı heç bir haqq tələb olunmur.

Kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının təşkili ilə bağlı tələb olunan vəsait dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ərzaq təhlükəsizliyinin təmin edilməsi tədbirləri üçün nəzərdə tutulan vəsait hesabına həyata keçiriləcək.

Yarmarkanın keçirilməsi üçün müraciət edən hüquqi şəxs və ya fiziki şəxslər isə tələb olunan xərcləri yarmarkanın təşkilatçısı ilə razılaşdırmaqla öz vəsaitləri hesabına maliyyələşdirəcəklər.

Bu yerlərdə yarmarka keçirmək olmaz

Yarmarkaların keçiriləcəyi ərazilər baytarlıq-fitosanitar, sanitar-epidemioloji və ekoloji nəzarət qaydaları və normalarına, yanğından mühafizə qaydalarına uyğun olmalı və əhalinin gediş-gəlişi üçün rahat yerdə olmalıdır.

Mədəniyyət, idman, təhsil və səhiyyə müəssisələrinin, avtovağzal, dəmiryol və dəniz vağzallarının ərazilərində, eləcə də yolun hərəkət istiqamətində və yaşıllıq ərazilərində yarmarkaların keçirilməsi qadağan edilib.

Yarmarkada satılacaq məhsulların yerləri satış yerlərinin sxeminə uyğun olaraq nömrələnməlidir. Satış yerlərinin sxemi və onların sayı barədə məlumatlar yarmarkada hamının aydın görə biləcəyi yerdə asılan məlumat lövhəsində əks olunmalıdır.

Bundan başqa, yerli icra hakimiyyətlərinin keçirdiyi yarmarkaların reyestri hazırlanacaq və mütəmadi olaraq yenilənəcək. Kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının təşkilinə və onların fəaliyyətinə ümumi nəzarəti Kənd Təsərrüfatı Nazirliyi, digər məhsullar üzrə təşkil olunan yarmarkalara isə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları həyata keçirməlidirlər.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu