Əhaliyə biabırçı xəbər
Iqtisadiyyat
Oxunub: 9 007
8 noy 2016 | 16:50
Əhaliyə biabırçı xəbər








Azərbaycanda ŞOK addım: Kredit borcu olanların şəxsiyyət vəsiqəsi əlindən alınır

Vergi və kredit problemi olan vətəndaşlar yeni problemlə üzləşiblər. Belə ki, həmin vətəndaşlar artıq şəxsiyyət vəsiqələrini yeniləyə bilmirlər.

Bu barədə, analoji problemlə üzləşən vətəndaşlardan biri məlumat verib. Onun sözlərinə görə, ailə həyatı qurmasından dolayı, şəxsiyyət vəsiqəsini yeniləmək üçün "ASAN xidmət"ə müraciət edib. Xidmətdə ondan köhnə vəsiqəsini qəbul etsələr də, yenisini verməkdən imtina edirlər. Səbəb kimi də onun vergi borcunun olmasını göstəriblər.

Məsələ ilə bağlı "ASAN Xidmət"in İnformasiya şöbəsinin müdiri Anar Hüseynov Sputnik-ə bildirib ki, vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi "ASAN xidmət"də həyata keçirilsə də, bu məsələ Daxili İşlər Nazirliyinin nəzarətindədir: "Bu cür problemlə üzləşən vətəndaş Daxili İşlər Nazirliyinə müraciət etməlidir. Çünki, mərkəzlərdə şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi xidməti Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilir".

Problemi şərh edən hüquqşünas Elyar Həsənovun sözlərinə görə, vətəndaşın hansısa borcuna görə, şəxsiyyət vəsiqəsindən məhrum edilməsinə dair ölkə qanunvericiliyində heç bir müddəa yoxdur: "Vergi və kredit borcuna görə vətəndaşa şəxsiyyət vəsiqəsi verilməməsi qanunvericiliyə ziddir. Şəxsiyyət vəsiqəsi əlindən alınan vətəndaşın hüquqları məhdudlaşdırılır ki, bu da doğru deyil". "Şəxsiyyət vəsiqəsi vətəndaşlıqla bağlıdır. Vətəndaşa vəsiqə vermədikdə, o, başqa hüquqlarını da reallaşdıra bilmir. Məsələn, nigaha girmək istəyir, amma borcuna görə vəsiqə verilmirsə, deməli nigaha girə bilməyəcək. Bu, nə dərəcədə doğrudur?!", — hüquqşünas bildirib. E. Həsənov qeyd edib ki, belə hallar olduqda, yuxarı dövlət orqanlarına müraciət edilməlidir: "Vətəndaş ən yaxşı halda məhkəməyə müraciət edə bilər". Vəkil Fuad Ağayev də Sputnik əməkdaşı ilə söhbətində sözügedən məsələni qanunsuzluq adlandırıb: "Bu haqda ilk dəfədir, eşidirəm. Əgər belə hallar baş verirsə, tam qanunsuzluqdur. Hər hansı borcun olması o insanın vətəndaşlıqdan çıxarılmasına səbəb ola bilməz. Hüquq subyekti məhdudlaşdırıla bilməz. O ki, qaldı borca, o borcun geri alınması başqa yollarla həyata keçirilməlidir, şəxsiyyət vəsiqəsindən vətəndaşı məhrum etməklə yox".

"Bu halla üzləşən zaman vətəndaş iki yolla hüquqlarını bərpa edə bilər: Birincisi, yuxarı orqanlara müraciət etməklə, ikincisi məhkəməyə üz tutmaqla", — vəkil qeyd edib.

Məsələ barədə danışan millət vəkili Fazil Mustafa da, borca görə vətəndaşlıq hüquqlarının məhdudlaşdırılmasını doğru hesab etmir: "Hər hansı bir maliyyə borcuna görə vətəndaşı vəsiqədən məhrum etmək olmaz. Şəxsiyyət vəsiqəsi şəxsiyyətin tanınması sənədidir. Bu baxımdan malı mala qatmaq olmaz".
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu