Əhaliyə bəd xəbər
Iqtisadiyyat
Oxunub: 3 937
26 okt 2016 | 21:03
Əhaliyə bəd xəbər









Xalqa növbəti zərbə: qaz və taksi pulu artırılır - İlginc iddia

Ölkə növbəti bahalaşma zərbəsinə məruz qalacaq; Daha iki sosial sektorda qiymət artımına hazırlıq gedir. Xalqın güzəranını ağırlaşdıracaq bu qərarlar ölkənin düşdüyü bataqlıqdan uçuruma yuvarladır...

Politika.Az-ın yaydığı xəbərə görə, qaz və taksi pulunun bahalaşması barədə addımlar atılacağı gözlənilir. Hakimiyyət anti-böhran tədbirləri çərçivəsində ucuzluq əvəzinə bahalaşmaya gedir.

Əhalinin mavi yanacaq və taksi xidmətində də işinin ağırlaşması ilin sonuna qədər Azərbaycanın yoxdul bir ölkəyə çevriləcəyi təhlükəsindən xəbər verir.

Bakı Nəqliyyat Agentliyi paytaxtda şəxsi avtomobili ilə taxsi xidməti göstərən avtomobillərdə taksometrlərin quraşdırılması ilə bağlı qiymətlərin tənzimlənməsi üçün Tarif Şurasına müraciət edəcək. Bu barədə qurumun sözçüsü Nuridə Allahyarova məlumat verib.

N.Allahyarova bildirib ki, fərdi qaydada taksi xidməti göstərən sürücülər bəzən əsassız olaraq sərnişini gediş haqqı üçün yüksək məbləğ ödəməyə məcbur edirlər:
"Taksi xidməti göstərən şirkətlər məsafəyə uyğun qiymət müəyyənləşdirib. Taksi sifarişi verən müştəri sifariş zamanı mənzil başına çatarkən ondan nə qədər məbləğ tələb olunacağını bilir.

Amma fərdi qaydada taksi xidməti göstərən sürücülər yağışlı hava şəraitini, tıxacı bəhanə edib qiyməti süni artıraraq sərnişindən əlavə məbləğ tələb edir, adi günlərə nisbətən qiyməti iki dəfə bahalaşdırırlar.

BNA fərdi şəkildə taksi xidməti göstərən sürücülərin fərqlənmə nişanı almasını təmin etdikdən sonra, taksilərə taksometr quraşdırılması ilə bağlı işlərə başlayacaq.
Bu işlər yekunlaşdırıldıqdan sonra, biz məsafəyə görə qiymətlərin müəyyən edilməsi üçün təkliflər hazırlayaraq Tarif Şurasına göndərəcəyik”.

Politika.Az xəbər verir ki, əslində, qiymətlərin tənzimlənməsinə hesablanan bu addımlar bahalaşma ilə müşayiət olunacaq.

Çünki benzinin qalxması gözlənilir. Eyni zamanda indi taksi sürücülər iilı dil tapmaq olur. Sayğac isə çox yazır. London taksi nümunəsi göstərdi ki, bu iş mümkün deyil.

Habelə, yaxın günlərdə hökumət mavi qazın qiymətini artırmağa hazırlaşır. İddia olunur ki, hazırda bununla bağlı müzakirələr aparılır. Bildirilir ki, qazın qiymətinin 30-50 faiz civarında artırılması planlaşdırılır. Qeyd edək ki, bundan əvvəl suyun və işığın qiyməti qaldırılıb.

Vətəndaşların ailə səbətinə qəflətən böyük fərqlə zərər olunması əhalinin vəziyyətini ağırlaşdırır. Halbuki, prezident süni qiymət artımına getməməyi tapşırıb.

Yada salaq ki, gömrükdə idxal olunan məhsulların rüsumundakı artım dərhal bahalaşmaya səbəb oldu.

Elə ilk addımı da “Azərsun” holdinq atdı. Şəkər, qənd, çay və digər gündəlik zəruri məhsulların qiyməti qaldırılıb. Böhranla bağlı tədbir görülməsə, islahatlar aparılmasa, monopolist qüvvələr cəzalandırılmasa, iş yerləri açılmasa ölkədə yoxsulluq artacaq.
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO