Əhaliyə bəd xəbər
Iqtisadiyyat
Oxunub: 5 749
3 okt 2016 | 08:30
Əhaliyə bəd xəbər















Rüsumların artırılması əhalinin sosial durumunu daha da ağırlaşdıracaq - Ekspert hökuməti "topa" tutdu

Nazirlər Kabinetinin qərarı iləAzərbaycan Respublikasında ixrac-idxal əməliyyatlarıüzrəyeni gömrük rüsumları tətbiq edilib

Mia.az Nazirlər Kabinetinin qərarına istinadən bildirir ki, budan sonra Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti, habelə toyuq məhsullarıüçün 1 dollar, 1000 ədəd toyuq yumurtasıüçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1 kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma, armud, heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. O cümlədən meyvəşirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq.Eyni zamanda bir sıra tikinti materiallarına da yeni gömrük tarifləri tətbiq edilib.

Bir sıra ekspertlərin firkincə gömrük tariflərinin artımıərzaq və qeyri-ərzaq məhsullarının bahalaşmasına gətirib çıxaracaq.


Əhaliyə bəd xəbər

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin Rövşən Ağayevin isə fikrincə, ərzaq məhsulları iləözünü təminetmə səviyyəsi ilə bağlı rəsmi statistikanın məlumatları olduqca etibarsızdır: "Məsələn, rəsmi məlumata görə, meyvə-giləmeyvə istehsalının həcmi daxili tələbatdan 20%, tərəvəz istehsalının həcmi daxili tələbatdan 3% artıqdır. Rəsmi statistikaya görə, qoyun əti tələbatının 98%-i, mal əti tələbatının 88%-i, toyuq əti tələbatının 98%-i, yumurta tələbatının 100%-i daxili istehsal hesabına qarşılanır.

Aydındır ki, bu sahədə alternativ hesablama və hesabatların yoxluğu real mənzərəni aydın görməyə imkan vermir”.

R.Ağayevin sözlərinə görə, yay mövsümü bitəndən sonrakı 7-8 ay müddətindəölkənin meyvə və tərəvəz tələbatı tam idxal məhsulları hesabına ödənir: "Oktyabr ayının 2-ci yarısından sonra ta iyun ayının ortalarınadək İran və Türkiyədən gələn meyvə-tərəvəz, Polşa və Rusiyadan gələn kartofdan bizim tələbatı qarşılayır.

Pərakəndə satış kanallarında olan ət,əsasən, yerli məhsul olsa da, ət məhsullarının hazılandığı sənaye müəssisələrində, böyük kütlə iləət istehlakının baş verdiyi obyektlərdə (şadlıq evləri və restoranlar, dönərxanalar) idxal ətinin istifadə edilməsi ilə bağlı xeyli məlumatlar var. Yəni həmin idxal kütləsi nəzərə alınsa, tələbatda xaricdən alınan ətin real payının daha yüksək olduğu aydın olar.

Başqa bir fakt: Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ildə Azərbaycana 19.8 milyon dollar ət vəət məhsulları idxal edilib. Lakin comtrade məlumat bazasında dünya ölkələri tərəfindən Azərbaycana 67.8 milyon dollar dəyərindəət vəət məhuslları göndərildiyi əksini tapıb. Braziliyadan 24.5 mln., Hindistamdan 13.5 mln., Ukraynadan 6 mln., Türkiyədən 3 mln. dollar ət vəət məmulatları idxal edildiyi göstərilir”.

İqtisadçıəlavə edir ki, idxaldan asılılığın yüksək olduğu şəraitdə yüksək rüsumların bazarda qiymətləri artıracağışübhəsizdir: "Xüsusilə də milli valyutanın ucuzlaşmasının davamlı olduğu və xarici valyutaların uzun müddət ərzində bahalaşacağı riskinin kifayət qədər yüksək olduğu şəraitdə idxal inflyasiyasının sürətlənməsi sosial durumu daha da ağırlaşdırcaq, yoxsulluğun miqyasını sürətlə genişləndirəcək. Xüsusilə də 2017-ci ilin büdcəsi göstərir ki, hökumət maaş, pensiya və sosial müavinətləri ümumiyyətlə indeksləşdirmək imkanında olmadığını nümayiş etdirir.

Daxili bazarı qorumağa yönəlik yüksək idxal tariflərinin tətbiqi daxili istehsalın inkişafına töhfə verə bilərmi? Verə bilər, amma hökumət aqrar sektorda yüksək çinli məmurlara yaxın iqtisadi qrupların yaratdığı iri təsərrfatları dəstəkləmək siyasətindən əl çəkib bütün resursları xırda və orta fermerlərə yönəltsə. İri təsərrüfatları qurmaq istəyənlər qoy öz kapitalı ilə qursun – onların onsuz da resursu var.

Məbləği 50 min manata qədər olan kreditləri Sahibkarlıq Fondundan xırda və orta fermerlərə heç bir girov təmin etmədən, maksimum 2-3%-lə, güzəşt müddətini 5 ilə, kreditlərin qaytarılması dövrünü 15 ilə qədər artırmaqla, heyvandarlıq və meyvə-tərəvəz məhsullarına zəmanətli alış qiymətləri tətbiq etməklə qısa müddətdə daxili istehsalı tələbatıödəyə biləcək həddə qədər inkişaf etdirmək mümkündür. Bu kreditləri fermerlər heç bir bürokratik maneə olmadan, çox qısa müddət içərisində (maksimum həftə) götürmək imkanında olmalı, həmin kredit üçün riskləri sığortalayan mexanizmlər tətbiq edilməlidir”.

Ekspert təklif edir ki, indilikdə isə hökumət yüksək gömrük rüsumlarını heç olmazsa mövsümi tətbiq etməlidir. Məsələn, meyvə-tərəvəz üçün rüsumlar iyunun 15-dən noyabrın 1-dək tətbiq edilə, qış-yaz aylarında dyandırıla bilər.

"Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda rəqabət mühitinin olmadığı, resursların ədalətli bölgüsünə təminat verilmədiyi şəraitdə idxalın bahalaşması oliqarxiyanın və büdcəni doldurmaq üçün mənbə axtaran məmurların maraqlarına xidmət edir”,-deyən R.Ağayev qonşu misal gətirir.

Belə ki, qonşu Gürcüstanda Ölkə daxilində tələbatıödəyə biləcək səviyyədə istehsalı mümkün olan məhsullar (məsələn, təzə kartof və tərəvəz) üçün 12% idxal rüsumu tətbiq edilir. Lakin o məhsulların ki, istehsalı ya mümkün deyil, yaxud tələbatıödəyəcək səviyyədə potensial yoxdu (məs., banan, kokos, əncir, qarığadalı, yaşıl çay), həmin məhsullara idxal rüsümu "0” dərəcə ilə tətbiq olunur.
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
4-05-2024, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
4-05-2024, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV