Mərkəzi Bankıdan şok açıqlama
Iqtisadiyyat
Oxunub: 4 009
1 okt 2016 | 21:02
Mərkəzi Bankıdan şok açıqlama













"Bütün banklar batmağa doğru gedirlər" - Ekspert rəyi

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2016-cı il avqustun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7 milyard 843 milyon manat təşkil edib. Əmanətlərin 80,8 faizi xarici, 19,2 faizi isə milli valyutada qoyulub. Əmənətlərin 76,6 faizi əhali tərəfindən özəl banklarda yerləşdirilib.

ki, Mərkəzi Bankın açıqlamasına münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, hökumətin və Mərkəzi Bankın atdığı addımlar əhali arasında ciddi panika yaradır. Onun sözlərinə görə, bu ilin ilk 8 ayı ərzində vətəndaşlar banklardan 800 milyon manat depozitini çəkib, son zamanlar bankların bağlanması panika havasını daha da artırıb.

N.Cəfərli qeyd edib ki, hökumət əhali ilə danışmır, danışa bilmir, heç nəyi normal izah edə bilmir, əhali isə onsuz da məmurların dediklərinə inanmır və beləcə bütün bank-maliyyə sektoru ciddi basqı altındadır: "Problemli kreditlərin həcmi ilin əvvəlindən 2 dəfə artıb, banklar verdikləri kreditləri toplaya bilmir, yeni kredit xəttləri açılmır, bütün banklar gələcəklərindən inamsız şəkildə batmağa doğru gedirlər. Mərkəzi Bankın bu günə olan ehtiyatları bütün depozitlərin geri qaytarılmasına belə çatmayacaq səviyyədədir, batan, bağlanan bankların aktivləri isə ya şişirdilib, ya da daşınmaz əmlak şəklində olan aktivlərin bu gün müştərisi yoxdur ki, satıb nəğd vəsait əldə edib, camaatın pulunu qaytarsınlar. Bu vəziyyətdən çıxış yolu ancaq bank sektorunun ciddi açılması, iri, nüfuzlu xarici bankların birbaşa bazara daxil olmaları üçün şəraitin yaradılmasıdır.

İri xarici banklar isə ÜTT-yə üzv olmayan, məhkəmə sistemi, mülkiyyət toxunulmazlığı bərbad olan ölkələrə gəlmirlər, bundan başqa iri xarici banklar birbaşa bazara daxil olsalar, yerli "oliqarxik” bank sistemi ilə rəqabətə davam gətirməyəcəklər, çünki bizdə bank sistemi primitiv modellə işləyib: Manatın sabit və bahalı olduğu dövrlərdə xaricdən 3-4%-lə kredit alıb, onu əhaliyə 20-30%-ə satmaqla məşğul olublar, banklar adi kredit təçkilatları kimi işləyiblər, nə yatırım portfelləri olub, nə özəl yatırım fondları yaradıblar, nə ciddi əməliyyatlarda payçı olublar – sadəcə seyf və borc verən qurum kimi fəaliyyət göstəriblər. Bu gün bütün bank sistemi onun acısını çəkir, primitiv iqtisadi modelin banklarda əksinin ağrısını yaşayır. Maliyyə-bank sahəsi bütün ölkələrdə iqtisadiyyatın "qan-damar” sistemini təşkil edir, indi bizdə "damarlar” tutulub, "qan” işləmir. Tibbdən də məlumdur ki, damarlarda tixac olanda, qan işləməyəndə pasient ölür”.
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı