Tələbənin pulu, qaçqının çörəyi kəsilir, qiymətlər də “ceyran belində” - Ölkə dağılır
Iqtisadiyyat
Oxunub: 881
23 sen 2016 | 12:58
Tələbənin pulu, qaçqının çörəyi kəsilir, qiymətlər də “ceyran belində” - Ölkə dağılır








Azərbaycan iqtisadi fəlakətin tən ortasında çabalayır; Neft pullarının məmurlar tərəfindən talan edilməsi və orta təbəqənin ləğvi yenidən ölkəni 90-cı illərin yoxsulluq dövrünə qaytarır

Politika.Az-ın Analitik Mərkəzi xəbər verir ki, xalqı uçuruma yaxınlaşdıranlar hazırda üç istiqamətdə mürtəce addımların atılması ilə sonluğu sosial partlayışa gətirib çıxara bilər.

Bunlar - xaricdə təhsil alan tələbələrə dövlət yardımının dayandırılması, süni qiymət artımının davam etdirilməsi və ən nəhayət 1 milyon köçkünü olan dövlətdə qaçqınların çörək pulunun kəsilməsi...

Hər üç problemin dərinləşməsi xalqı nüvə halına gətirib çıxaracaq. Çünki aclıq və səfalətdən üsyanlar olur. Azərbaycan xalqı isə dövlətinə güvənir. Dövlət idarəçiliyində olan bəzi nazir-məmur qruplaşması bu güvəni öldürür və ölkəni ağır dövrəyə salır.

Reallıq budur ki qaçqınların pulu, tələbənin haqqı və bazarlardakı qiymət əsas prioritetlərdir.

Xalq kasıblaşır, köçkünlər, yurdundan didərgin düşmüş insanlar dövlətdən narazı salınır, ölkənin gələcəyi olan xarici təhsilli uşaqlar isə oxumaq əvəzinə təhsil haqqı üçün qara bazar işlərinə sürüklənir.

Politika.Az-ın Analitik Mərkəzi xəbər verir ki, bu vəziyyəti yaradan və qərarların verilməsində təsiri olan bəzi nazirlərdir. Onlar məqsədli şəkildə gərginlik yaradır.
Prezidentin məcburi köçkünlərə qayğısı, təhsilin inkişafına dəstəyi, süni qiymət artımına qarşı apardığı mübarizəyə rəğmən bu üç sahə üzrə təxribatçı qüvvələr planlı şəkildə pozuculuqla məşğuldur.

Bu gün ağır şəraitdə yaşayan köçkünlər var, onlara dolana bilmir, övladına məktəb paltarı almağa imkanı yoxdur, çörək pulu üçün müavinətə ehtiyacı var. Əgər belə olmasaydı narazılıq etməzdilər.

Eləcə də tələbələrin əksəri kasıb ailələrin övladlarıdır. Onlara dövlət dəstəyi olmasa bilikli nəsil yetişdirmək çətindir.

Prezident hər zaman həm qaçqınlara, həm tələbələrə dəstək olub. Ancaq görünür ki kimlərsə zəhərli işlər qurur. Dövlət başçısı süni qiymət artımına qarşı mübarizə də elan edib. Lakin məkrli məmurlar öz biznes maraqları naminə böhrandan zərərsiz çıxmağa çalışır.
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest