Axırki Prezidentimiz bizi sevindirdi
Iqtisadiyyat
Oxunub: 3 692
22 iy 2016 | 17:17
Axırki Prezidentimiz bizi sevindirdi







Bu dəfə onlara ev veriləcəkmi? - Evsiz jurnalistlər danışır

Prezident İlham Əliyev mətbuat işçiləri üçün yaşayış binasının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa olunan yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 3 milyon manat ayrılıb.


Qeyd edək ki, 2013-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı əsasında Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün bina tikilib, 155 nəfər jurnalistə ev verilib. Bu zaman evsiz jurnalistlərin bir çoxu evlə təmin olunsa da, sosial vəziyyəti həqiqətən ağır olan, mətbuatda illərdən bəri çalışan, xidmətləri olan bəzi jurnalistlər siyahıdan kənarda qaldı.

"Qaynarinfo.Az" ötən dəfəki siyahıdan kənarda qalan tanınmış jurnalistlərdən açıqlama alıb. Onların bu dəfə evlə təmin olunmaqla bağlı istəklərini öyrənib.

Jalə Mütəllimova: (23 illik iş təcrübəsi var. "Azadlıq" qəzeti, Azadlıq Radiosu, Azərbaycan Dövlət Televiziyası, APA TV-də çalışıb. "Bizim yol" qəzetində redaktordur. Üç övladı var. Hazırda kirayədə yaşayır). "Biz öz işimizi görürük, vətənə, millətə yararlı olmağa çalışırıq. Kim desə ki, diqqətdən kənarda qalmaq ona pis təsir etmir, qeyri-səmimi insandır. Amma bu barədə heç kəsə, heç yerə xüsusi müraciət etmək fikrim yoxdur. Versələr də sağ olsunlar, verməsələr də".

Axırki Prezidentimiz bizi sevindirdi







Ləman Əliəşrəfqızı: (20 illik iş təcrübəsi var. "Hürriyyət", "Azadlıq" qəzetlərində, ANS televiziyasında çalışıb. 20-dən çox sənədli filmin müəllifidir. Zərdabi mükafatı laureatı, Əməkdar jurnalistdir. İki övladı var.) "Əlbəttə, biz jurnalistikanın ən çətin dövrünü görmüşük. Şəraitsiz ofislərdə, aşağı məvaciblə işləmişik. Ölkəmiz yeni müstəqil olmuşdu, cəmiyyət hələ azad sözü qəbul etməyə tam hazır deyildi. Bu gün mətbauta diqqət ayrılması müsbət haldır. Dostlarımıza, həmkarlarımıza ev verilməsi bizi sevindirir. Mən də uzun illər kirayədə qalmışam, indiki evim ipotekadadır. Hələ 57 yaşında mənim olacaq. Düşünəndə, gözüm qaralır. Düşünürəm ki, həm cəmiyyətdəki statusum, həm ailə vəziyyətim imkan verir ki, mən də mənzillə təmin olunum."

Axırki Prezidentimiz bizi sevindirdi








Ramilə Qurbanlı: (21 illik iş təcrübəsi var. "Ədəbiyyat", "Gənclik P.S", "7 Gün", "Üç nöqtə", "Teleskop", "Yeni zaman", "Gün səhər" qəzetlərində, lent.az, kulis.az saytlarında, APA TV-də çalışıb. Hazırda Prezident Yanında Bilik Fondunun İnformasiya Sektorunda aparıcı məsləhətçidir. Azərbaycanın böyük incəsənət xadimlərinin həyatına həsr olunmuş "33 pərdəli dram" kitabının müəllifidir.) "Bu yerə, bu yaşa, bu təcrübəyə təmiz vicdan, açıq alınla gəldim. Yalnız sevdiyim işimlə məşğul oldum, təmənnasız, iddiasız. Milli mətbuatımızdakı bu kiçicik yerimlə-şərəfimlə, ləyaqətimlə, Zərdabi yoluna sədaqətimlə fəxr edirəm. Mətbuata göstərilən qayğıdan hər birimizə pay çatır. Ev versələr də sağ olsunlar, verməsələr də".

Axırki Prezidentimiz bizi sevindirdi







Kəmalə Quliyeva: (21 illik iş təcrübəsi var. "7 gün", "Şərq", "Meqapolis" qəzetlərində, APA İnformasiya Agentliyində işləyib. Hazırda "Lent.az saytında redaktor işləyir. İki övladı var). "1995-ci ildən mətbuatdayam. Həyat yoldaşım Asəf Quliyev də artıq 21 ildir mətbuatdadır. 2001-ci ildən qəzalı yataqxanada yaşayırıq. Dövlətin jurnalistlər üçün yaratdığı imkanların bizə də şamil olunacağına ümid edirik. Hər halda ölkədə hər birinin jurnalistlik təcrübəsi 21 il olan jurnalist ailəsi barmaqla sayılacaq qədərdir. Biz çox istərdik ki, jurnalist ömrümüzü yataqxanada başa vurmayaq".

Axırki Prezidentimiz bizi sevindirdi







Tahir Balıyev: (21 illik iş təcrübəsi var. "Teleskop", "Mərkəz", "Yeni Yüzil", "Xalq Cəbhəsi", "Эхо", qəzetlərində, APA-da çalışıb. Hazırda Sputnik.az saytında işləyir. Həyat yoldaşı Ülkər Abdullayeva da jurnalistdir. Üç övladı var. Evsizdir.) "Evlərin bölgüsü məsələsində ədalət prinsipi əsas tutulmalıdır. Təbii ki, insanlar ədaləti müxtəlif cür başa düşə bilərlər. Lakin, mənim üçün əsas jurnalistin özünün mediada sərf etdiyi faydalı iş əmsalı və ehtiyacıdır".

Axırki Prezidentimiz bizi sevindirdi







Elməddin Muradlı: (17 illik iş təcrübəsi var. "Üç nöqtə" qəzetində parlament müxbiri, redaktor işləyib. Hazırda Avtosfer.az saytının redaktorudur. İki uşağı var). "Jurnalistika elə bir peşədir ki, burada hansısa təmənnaya görə yox, sırf bu peşəni sevdiyinə görə qalırsan. Amma əgər bu sahəyə dövlət diqqət ayrırsa, buna yalnız sevinmək olar. Hazırda nənəmin Bayılda, sürüşmə zonasında olan daxmasında yaşayırıq. Əlbəttə, mənə ev versələr, çox minnətdar olaram".

Axırki Prezidentimiz bizi sevindirdi







İmdad Əlizadə: (17 illik iştəcrübəsi var. "İntibah", "Həftə içi" qəzetində, "Trend" İnformasiya Agentliyində, "Media forum" saytında çalışıb. Hazırda “Report” İnformasiya Agentliyində redaktor işləyir. Parlament Jurnalistləri Birliyinin 2013-cü ilin ən yaxşı media quruluşları və jurnalistlərini müəyyənləşdirmək üçün keçirdiyi sorğunun nəticəsinə “İlin internet jurnalisti” adını alıb. 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərancamı ilə "Tərəqqi" medalı ilə təltif olunub. Bir övladı var. Kirayədə yaşayır.) "Prezident İlham Əliyev jurnalistlər üçün binanın tikilməsi üçün sərəncam imzalayanda və bina tikilməyə başlayanda mənzil problemimi həll eyməyə ümidim yaranıb. Jurnalistlər üçün birinci binanın tikilməsi uzun illər kirayədə yaşayan xeyli sayda həmkarımızın mənzil problemini həll etdi. Bu da çox yaxşı haldır, jurnalistikaya diqqətin bariz nümunəsidir. Hazırda da xeyli sayda evsiz jurnalist var. İkinci binadakı mənzillərin paylanması evsiz olan digər jurnalistlərin çiynindəki böyük bir yükü götürmüş olar. Mən də o yükü daşıyanlardan biriyəm. Ümid edirəm ki, dövlətimiz bu yükü çiyinlərimdən götürməkdə mənə dəstək olacaq. Buna çox böyük ehtiyacım var".

Axırki Prezidentimiz bizi sevindirdi
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Dünən, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Dünən, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Dünən, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
16-05-2024, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
16-05-2024, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
16-05-2024, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
16-05-2024, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...