Avtomobillər telefon qiymətinə düşdü - Azərbaycanda
Iqtisadiyyat
Oxunub: 985
20 iy 2016 | 07:26
Avtomobillər telefon qiymətinə düşdü - Azərbaycanda







Azərbaycanda Rusiya istehsalı olan 2-ci əl avtomobillər kəskin ucuzlaşmağa başlayıb. Ucuzlaşma avtomobil satışları ilə bağlı elanlarda daha çox müşahidə edilir. Avtomobil ekspertlərinin sözlərinə görə, may ayının sonundan etibarən Rusiya istehsalı olan avtomobillər 2 dəfəyə yaxın ucuzlaşıb.

Ekspert Vaqif Hüseynov fins.az-a deyib ki, son dövrdə bu avtomobillərə Azərbaycan bazarında tələbat azalıb. Hətta yollarda da bu avtomobillərə az-az rast gəlinir.

Rusiya avtomobillərini yol polisinə görə satırlar

V.Hüseynovun sözlərinə görə, bunun bir neçə səbəbi var. Belə ki, Rusiya istehsalı olan avtomobillər, xüsusilə də "Vaz 2107" və "Niva"larla bağlı "avtoxuliqan avtomobili" təəssüratı formalaşıb. Buna əsaslanan yol polisləri "Vaz 2107", "Niva" və digər Rusiya istesalı olan avtomobilləri daha çox saxlayaraq nöqsan tapmağa çalışırlar. Qaydalara riayət edən "Vaz 2107" sürücüləri isə bu tipli yoxlamalardan yorulublar. V.Hüseynovun sözlərinə görə, sürücülərin böyük hissəsi məhz buna görə Rusiya istehsalı olan avtomobillərdən yaxa qurtarmağa çalışırlar. Nəticədə satış elanı verən "Vaz" sahiblərinin sayı artıb. Məsələn, may ayında Rusiya istehsalı olan ikinci əl avtomobillərlə bağlı elanlarının sayı 50-yə yaxın idisə, indi bu rəqəm 80-nə qədər yüksəlib. Bu avtomobillərlə bağlı satış elanlarının hədsiz artması isə təbii ki, qiymətlərə təsir edib.

Türkiyədə istirahət etmək istəyənlər "Vaz 2107"lərini satırlar

Bundan əlavə, maraqlıdır ki, sürücülərin bir hissəsi yayı Türkiyədə və digər ölkələrdə istirahət etmək üçün 2000-2500 manatlıq avtomobillərini satmağa çalışırlar. V.Hüseynov bildirib ki, son bir neçə gündə saytda elan yerləşdirən 5-6 müştəri "Vaz 2107"lərini satmalarını istirahətə getmələri ilə əsaslandırıblar.

4 000 min manatlıq "Vaz 2107" 2 000 manata düşüb

V.Hüseynovun sözlərinə görə, bazarda bu avtomobillərə tələbatın azalması da qiymətlərə kəskin təsir edib. Nəticədə may ayında 4 min manata satılan Rusiya istehsallı avtomobilləri indi 2000-2500 manata almaq olar. Buna "Vaz 2107", "Vaz 2106", "Vaz 21011", "Niva" modellərini aid etmək olar. Məsələn, hazırda 2000, 2002-ci il model "Vaz 2107" avtomobilləri 2000 manata almaq olar. "Vaz 2106" modelləri 3500 manatdan 1700-1800 manata kimi ucuzlaşıb. Buna baxmayaraq, ikinci əl Rusiya avtomobillərini alan yoxdur. Alıcılar daha çox avtomobil alverçiləridir. Onlar yaranan fürsətdən istifadə edərək 2000 min manata avtomobil alıb. Üzərində kiçik kosmetik təmir aparmaqla avtomobili bazardakı qiymətlərdən xəbəri olmayan müştərilərə 3000-3500 manata satırlar.

Smartfon qiymətinə avtomobil

Sayt rəhbərinin sözlərinə görə, indi hətta bəzi işlək vəziyyətdə olan Rusiya avtomobillərini smartfon qiymətinə almaq mümkündür. Belə ki, 1995-2000-ci il model "Vaz 2106", "Vaz 2107", "Vaz 21011" və furqon "Vaz 21 04"lər 2000-2500 manatdan 1000-1500 manata kimi ucuzlaşıb: "İndi hətta avtomobilin qiymətini soruşanda "telefon qiymətinə"- deyə cavab verirlər".

"Rusiya avtomobilləri ucuzlaşmaqda davam edəcək"

V.Hüseynov hesab edir ki, yay mövsümü ilə əlaqədar olaraq ikinci əl Rusiya avtomobilləri sentyabr ayına kimi daha 10-20 % ucuzlaşacaq. Avtomobil bazarında digər modellərin qiymətləri ilə bağlı hər hansı bir dəyişiklik yoxdur. Belə ki, 5-10 min manatlıq "Mercedes" və digər markalara tələbat yüksəkdir. Ona görə də bu avtomobillərin qiymətlərində enmə müşahidə edilmir.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu