İş vaxtlarının dəyişdirilməsi yenidən gündəmə gəlir
Iqtisadiyyat
Oxunub: 822
19 iy 2016 | 08:41
İş vaxtlarının dəyişdirilməsi yenidən gündəmə gəlir








Deputat bu təklifi dəstəkləyir

Bakıda nəqliyyat sıxlığının qarşısını almaq məqsədilə Bakı Nəqliyyat Agentliyi vətəndaşların işə gəlmə və çıxma vaxtlarının fərqli edilməsi ilə bağlı müvafiq qurumlara təkliflər göndərib.

Nəqliyyat Agentliyi təklif edir ki, iş vaxtları saat 08:00-dan 17:00-a və saat 09:00-dan 18:00-a qədər müəyyən edilsin.

Yəni hamının eyni vaxtda - saat 18:00-da işdən çıxması ilə bağlı müəyyən dəyişiklik edilərsə, yaranan tıxacların qarşısını da müəyyən qədər almaq olar.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova bildirib ki, Birinci Avropa Oyunları vaxtı bir müddət bu cür növbəli iş sistemi tətbiq olundu, ancaq Bakı Nəqliyyat Agentliyi bunun daimi tətbiq olunmasını təklif edir.

Milli Məclisin deputatı Musa Quliyev də bu təklifi zəruri hesab edir.

M.Quliyev bildirib ki, bu məsələ hələ iki il bundan öncə də Milli Məclisdə qaldırılmışdı:

“Bakıda tıxacların aradan qaldırılmasının bir yolu da iş vaxtlarının, o cümlədən dərslərin müxtəlif saatlara təyin edilməsidir. Vacib deyil ki, hər yerdə iş saat 09:00-da başlasın, bütün məktəblərdə dərslər saat 08:00-da, yaxud 08:30-da başlasın və eyni vaxtda da qurtarsın. Elə yerlər var ki, iş saat 07:00-da, elə yer var 09:00-da, 10:00-da başlaya bilər. Dünya ölkələrində də bu cür təcrübədən geniş istifadə olunur”.

O əlavə edib ki, bu cür təcrübənin tətbiq edilməsi nəqliyyat tıxaclarını azaltmaqla yanaşı, şəhərdə insan sıxlığının da azalmasına səbəb olar.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov da bu təklifin səmərəli ola biləcəyini düşünür. Ə.Hüseynov bildirib ki, bu cür təcrübə dünyanın bir çox yerində, Bakı kimi böyük şəhərlərdə tətbiq edilir:

“Aydın məsələdir ki, tək bununla tıxac problemini tam aradan qaldırmaq olmaz, çünki tıxacı yaradan səbəblər çoxdur. Ancaq iş saatlarını müəyyən qədər fərqli etmək mümkün olarsa, hamı birdən kütləvi şəkildə yola çıxmayacaq və pik saatlarda yollarda gərginlik xeyli azalacaq”.

Ekspert hesab edir ki, özəl şirkət və təşkilatlar da bu məsələyə müsbət yanaşmalı və bu istiqamətdə ciddi təbliğat aparılmalıdır:

“Bu ideya könüllü olmalıdır. Özəl şirkətlərdə iş qrafikini inzibatçılıq yolu ilə müəyyən etmək olmaz. Ona görə də təbliğat işləri aparılmalıdır ki, özəl şirkətlər də bu təklifə müsbət yanaşsınlar”.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu