Azərbaycan «Formula 1»dən qazandımı?
Iqtisadiyyat
Oxunub: 788
21 in 2016 | 10:26
Azərbaycan «Formula 1»dən qazandımı?











Hökumət nə çəkilən xərci, nə də gələn gəliri açıqlamayıb Nemət Əliyev: «İndiki vəziyyətdə belə yarışların ölkəyə gətirilməsinin heç bir iqtisadi səmərəsi yoxdur»
Azərbaycan daha bir meqa idman yarışını-"Formula-1"i geridə qoydu. "Eurovision", Avropa Oyunları, "Formula-1", daha sonra gələcək böyük yarışlardan ölkəmizin qazancının nədən ibarət olduğu ictimaiyyətin ciddi müzakirəsindədir. Dövlət büdcəsindən milyardlar udan bu yarışlardan gəlirlər baradə isə heç bir statistika təqdim olunmur.


Gənclər və idman naziri Azad Rəhimov bir müddət əvvəl bildirmişdi ki, 6 kilometrlik yollar 12 milyona başa gəlib, pitstop binasının qiyməti isə təxminən 30 milyona yaxındır. Nazir təqribən idman maşınlarının yarışı üçün 100 milyon dollar xərcləndiyini vurğulamışdı.

Bəzi yerli və xarici KİV-lər isə fərqli rəqəmlər səsləndirir. Belə ki, Azərbaycanın "Formula-1" yarışları üçün təşkilatçı tərəfə 150 milyon ABŞ dolları ödəyəcəyini bildirirdilər. Xarici mətbuat orqanlarında İtaliya avtomobil klubunun başçısı Sticchi Damiani Azərbaycanın "Formula-1" rəhbəri Bernie Ecclestonea 2016-cı ildən 2018-ci ilədək keçiriləcək 3 yarışa görə 150 milyon dollar ödəyəcəyini açıqlayıb. Bu məbləğin 50 milyonu 2016, 50 milyonu 2017, digər 50 milyonu isə 2018-ci ildə baş tutacaq Qran-Priyə görədir. Buraya üzvlük haqqını da hesabladıqda, artıq məbləğ 200 milyon dolları keçir.

İqtisadçı-ekspert Qubad İbadoğlu öz "Facebook" səhifəsində yarışın xərci barədə bildirmişdi ki, bu il bütövlükdə beynəlxalq və ölkə səviyyəli tədbirlərin həyata keçirilməsi üçün yalnız dövlət büdcəsindən 429,3 milyon manat xərclənəcək. Böyük ehtimalla bu vəsaitin çox hissəsini "Formula-1" Avropanın Qran Pri yarışı "yeyəcək". Bəs bu qədər xərcin qarşısında gəlirimiz nə oldu?
Nazirin açıqlamasından məlum olmuşdu ki, 2 milyon manat dəyərində bilet satılıb. Təbii ki, 2 milyonun heç də hamısı gəlir deyil. Bundan əlavə, hotel və iaşə obyektlərinin qazanclarının statistikası, təəssüf ki, açıqlanmadığından hesablama aparmaq olmur. Hər bir halda gəlirlərimizin xərclərimizi qarşılaya biləcəyini demək çətindir.

Belə olan halda, növbəti illərdə "Bakının "Formula-1"ə ev sahibliyi etməsinə ehtiyac varmı" sualı meydana çıxa bilər. Amma A.Rəhimovun açıqlamalarına əsasən deyə bilərik ki, yarışdan imtina etmək heç də asan məsələ olmayacaq. Belə ki, müqaviləyə görə, Bakı 10 il "Formula-1"ə ev sahibliyi edəcək. Əgər hansı dönəmdəsə, imtina etməli olsaq, bunun üçün 100 milyon dollar cərimə ödəməli olacağıq. Belə olan halda, 10 ildə gəlirlərimizin xərclərimizin neçə faizini örtə biləcəyini hesablamağa ehtiyac yaranır. Əgər xərclər daha ağır çəkiyə malik olacaqsa, o zaman cəriməni ödəyib, imtina etməyə dəyərmi?

İqtisadçı-ekspert Nemət Əliyev "Bizim Yol"a şərhində bildirdi ki, böyük neft gəlirləri real iqtisadiyyatın, xüsusilə, istehsal sahələrinin inkişafına təsir göstərmədi, həmin vəsaitlər çox lazımsız meqa layihələrin maliyyələşdirilməsinə yönəldi: "Məsələn, böyük musiqi yarışması üçün nəzərdə tutulan Baku Cristal Hall arenası tikildi. Azərbaycan bu yarış üçün çəkilən xərcin neçə faizini çıxara bildi? Və ya Avropa Olimpiya Oyunları ilə də eyni sualı vermək olar. Hətta bu idman yarışında nəzərdə tutulan turistlərin heç 50 faizi gəlmədi.

İndi də "Formula-1" yarışmasına, müxtəlif hesablamalara görə 350 milyon dollar xərclənib. Avropa dövlətləri bu cür idman və musiqi yarışlarından milyonlar qazanırlar. Yəni belə yarışlar yalnız zövq oxşamaq məqsədilə təşkil edilmir. Əgər Azərbaycan hökuməti belə iri miqyaslı yarışlara əl qoyubsa, o zaman gəlirlərini, mənfəətini də müəyyənləşdirməlidir ki, iqtisadi maraqlarını təmin edə bilsin. Ancaq tam məsuliyyətlə deyə bilərəm ki, adını çəkdiyim 3 böyük beynəlxalq yarışdan Azərbaycanın heç bir qazancı olmayıb, əksinə milyardlar itirdi".

"İndiki dövrdə ölkəmizin başı üzərini qara buludlar alıb. Böhran, tənəzzül bütün real sektora, istehsal sahələrinə təsir göstərir. Milli valyuta 2 dəfəyə yaxın dəyərdən düşüb, bazarlar od tutub yanır, əhalinin alıcılıq qabiliyyəti kəskin şəkildə pisləşib. İndi belə bir vəziyyətdə meqalayihələrə xərclənmiş milyardlar ölkə iqtisadiyyatının köməyinə yetirmi? Əlbəttə, xeyr.
Doğrudur, meqalayihələrin Azərbaycanda olmasının əleyhinə deyiləm. Sadəcə olaraq, indiki vəziyyətdə belə yarışların ölkəyə gətirilməsinin heç bir iqtisadi səmərəsi yoxdur"-deyə iqtisadçı vurğuladı.

N.Əliyev 100 milyonluq cərimənin ödəniləcəyi təqdirdə ölkə iqtisadiyyatında hansı fəsadların yarana biləcəyinə belə aydınlıq gətirdi: "Əvvəla bu tip yarışlar müqavilə ilə həyata keçirilir. Nazir Azad Rəhimovun belə bir ifadə işlətməsi, əslində, qeyri-peşəkarlığı özündə göstərir. Deməli, iqtisadi səmərəsi olmayan bir tədbir üçün müqavilədə belə bir bənd əlavə ediblər ki, Azərbaycan hansısa mərhələdə yarışın keçirilməsindən imtina edərsə, 100 milyon dollar cərimə ödəməlidir. Burada qeyri-peşəkar davrandıqları açıq görünür. Azərbaycanın dövlət maraqlarını nəzərə ala bilməyiblər. Belə düşüncəli insanlar ölkədə yüksək vəzifədə təmsil olunaraq, dövlətə rəhbərlik edirlər.
100 milyon dollar kifayət qədər böyük puldur. Daha aydın mənzərə üçün bir müqayisə aparaq. Həmin vəsait aqrar sektora yatırılsa və ciddi maliyyə nəzarəti təşkil olunsa, bu sahədə mövcud problemin 50 faizini həll etmək mümkündür. Təəssüf ki, hökumət iqtisadi maraqlardan çox, bu cür səmərəsiz yarışlara daha çox diqqət ayırırlar. Əgər belə bir müqavilə şərti nəzərdə tutulubsa, onun aradan qaldırılmasının həlli yolu tapılmalıdır".
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu