Mərkəzi Bank qərar verdi
Uçot dərəcəsi dəyişməz olaraq qalır.Mərkəzi Bankın İdarə Heyəti 3 may 2016-cı il tarixindən uçot dərəcəsini 7% səviyyəsində dəyişməz saxlamaqla likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2%-dən 4%-ə qaldırmaq, yuxarı həddini isə 17%-dən 15%-ə endirmək barədə qərar qəbul edib.
ANS PRESS-in məlumatına görə, Mərkəzi Bank öz mandatına uyğun olaraq makroiqtisadi sabitliyin təmin olunmasına yönəlmiş tədbirləri davam etdirir. Pul siyasətinin başlıca məqsədi olan qiymət sabitliyini təmin etmək üçün çevik monetar əməliyyatların aparılması istiqamətində zəruri işlər görülməkdədir.
Milli iqtisadiyyatda və işgüzar fəallıqda müşahidə edilən son meyillər, məcmu tələbin həcmi və strukturunda baş verən son dəyişikliklər nəticəsində inflyasiyanın formalaşmış faktiki səviyyəsi və inflyasiyaya təsir edən əsas tsiklik və struktur amillərin davranışı, habelə inflyasiya gözləntilərinin sabitləşməsi faiz dəhlizinin yuxarı həddinin aşağı endirilməsini şərtləndirir. Eyni zamanda son dövrlər dövlət qiymətli kağızları üzrə gəlirlikdə, habelə banklararası pul bazarında faiz dərəcəsində müşahidə edilən meyillərdə buna əsas verir.
Digər tərəfdən, Mərkəzi Bank makroiqtisadi və maliyyə sabitləşdirilməsi siyasəti çərçivəsində müvafiq iqtisadi qurumlarla birgə razılaşdırılmış pul proqramına uyğun olaraq pul kütləsinin nəzərdə tutulan artım templərinə nail olmaq üçün müvafiq həcmdə likvidliyin sterilizasiyası əməliyyatlarının da aparılmasını planlaşdırır. Bu isə faiz dəhlizinin aşağı həddinin qaldırılmasını zəruri edir. Faiz dəhlizinin aşağı həddinin qaldırılması ilə sterilizasiya əməliyyatlarının aparılması milli valyutada yığımların cəlbediciliyini yüksəltməklə manata olan inamın artması və valyuta bazarında tarazlığın dəstəklənməsi baxımından da əhəmiyyətlidir.
Bütün bunları, habelə cari il üçün sıx kooordinasiya rejimində həyata keçirilməsi nəzərdə tutulan monetar, fiskal və maliyyə sabitliyi siyasətlərindən irəli gələn vəzifələri nəzərə alaraq, Mərkəzi Bankın İdarə Heyəti 3 may 2016-cı il tarixindən uçot dərəcəsini 7% səviyyəsində dəyişməz saxlamaqla likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2%-dən 4%-ə qaldırmaq, yuxarı həddini isə 17%-dən 15%-ə endirmək barədə qərar qəbul edib.
Mərkəzi Bank tərəfindən faiz dəhlizinin aşağı və yuxarı hədləri səviyyəsində olan faiz dərəcələri ilə 1 gündən 7 günədək olan müddətə likvidliyin verilməsi və cəlb olunması əməliyyatları həyata keçirilir. Banklar qısamüddətli likvidliyin idarə olunması məqsədilə Mərkəzi Bankın çərçivə aləti olan 1-7 günlük repo/əks-repo əməliyyatlarından öz təşəbbüsləri ilə məhdudiyyətsiz olaraq istifadə edə bilərlər.
Bu gün, 13:10
Azərbaycan vətəndaşları 95 ölkəyə vizasız səfər edə bilər
Bu gün, 13:00
Prezident babasından danışdı: "İş kabinetlərimdə heç bir heykəl yoxdur, təkcə bu var"
Bu gün, 12:55
İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib
Bu gün, 12:49
Evinin "kupça"sı olmayanlara ŞAD XƏBƏR - Amnistiya təklif olunur
Bu gün, 12:45
Ölkəyə bu malları gətirən şəxslərə güzəşt ediləcək
Bu gün, 12:32
Vilayət Eyvazov xidmətə qəbul üçün sıra baxışı keçirdi - VİDEO
Bu gün, 12:19
"AÇIQLANDI: Azərbaycan quru sərhədlərini bu səbəbdən bağlı saxlayır"
Bu gün, 11:23
Trampın ad gününə hücumu planlaşdıran "Çoban" saxlanılıb
Bu gün, 11:18
ABŞ-İran danışıqları təxirə salındı
Bu gün, 11:13
Xankəndi şəhərinə daha 18 ailə yola salındı
Bu gün, 10:05
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
Bu gün, 09:54
"Memorandum İranın kapitulyasiyasıdır" - Tramp
Bu gün, 09:50
Azərbaycan və İtaliya arasında mədəni əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub
Bu gün, 09:40
Arvadını bacısı kimi təqdim edirmiş... – Bakıda film kimi dələduzluq
Bu gün, 09:31
Türkiyə kəşfiyyatı Almaniyanı lərzəyə saldı
Bu gün, 09:27
Hörmüz boğazı ilə bağlı xərclər İran tərəfindən ödəniləcək
Bu gün, 09:23
ABŞ rəsmisindən qalmaqallı açıqlama: İranda yüzlərlə insanın ölümündə İlon Maskın əli var
Bu gün, 09:17
Azərbaycanlı gənc faciəvi şəkildə öldü
Bu gün, 09:00
Qurban Qurbanovun qovduğu Elvin ən bahalı azərbaycanlı futbolçudur
Dünən, 16:00
Türkiyə Ermənistanla münasibətlərin tam normallaşması üçün ŞƏRTİNİ AÇIQLADI
Dünən, 15:30
ABŞ-ın İran əməliyyatına çəkdiyi xərc bu qədər oldu - Sayğac dayandı
Dünən, 14:30
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib
Dünən, 13:17
Azərbaycan əhalisinin sayı artıb
Dünən, 12:13
Faciədən sonra atalara səsləndi: "Sizə pis ata desələr də, nəzarəti əldən verməyin"
Dünən, 12:04
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
Dünən, 12:00
ABŞ-İran sazişi, Versal mesajı: 100 il sonra Yaxın Şərq yenidən şəkilləndirilməsi
Dünən, 11:37
AYNA-dan taksi operatorları ilə bağlı QƏRAR