Türkiyə Azərbaycanın dəstəyini gözləyir
“Türkiyə Orta Asiya bazarlarına daha asan çıxış əldə etmək üçün plan hazırlayıb. Bunun üçün Rusiya və İranın nəqliyyat dəhlizlərindən asılılıq azaldılacaq. Həmçinin Xəzər dənizi üzərindən keçən dəhliz bu planın əsas hissələrindəndir”. ANS PRESS-in məlumatına görə, bu sözləri Türkiyənin İqtisadiyyat naziri Mustafa Elitaş bildirdi.
"Xəzər dənizi nəqliyyat dəhlizininin inkişaf etdirilməsini milli siyasət kimi dəyərləndirməliyik".
Musafa Elitaş deyib ki, Türkiyənin Nəqliyyat və Dənizçilik Nazirliyi Xəzər dənizi ilə yükdaşımanın sürətləndirilməsi üçün Azərbaycan, Qazaxıstan və Türkmənistanla danışıqlar aparır.
“Hazırkı danışıqlarda və görüşlərdə gömrük sənədlərinin asanlaşdırılması, daşınma qiymətlərinin endirilməsi məsələləri müzakirə olunur. Xəzər dənizi dəhlizi ilə yükdaşımalar sürətləndirildiyi dövrdə gediş-gəliş xərcləri 2 min 900-3 min 300 dollar arasında idi. Amma daha sonra bu qiymət 700 dollar səviyyəsinə düşdü”, - deyə nazir bildirib.
Nazir Rusiya ilə baş verən son hadisələrdən sonra Xəzər dənizi nəqliyyat dəhlizi daha strateji mövqeyə sahib olduğunu deyib.
Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin İcra heyətinin rəhbəri Fatih Şener isə Rusiya ərazisindən keçən nəqliyyat dəhlizi yenidən açılsa belə Xəzər dənizinin öz əhəmiyyətini qoruyacağını deyib.
"Biz çalışırıq ki, bu xətdən təkcə türk sürücülər deyil, digər ölkələrin yükdaşıma şirkətləri də istifadə etsin. Türkiyə və Çin arasında quru yolunun inkişaf etdirilməsi gündəmdədir. Bu ay Türkiyə və Çin nümayəndə heyətləri arasında görüş olacaq. İki ölkə arasında quru yolu barədə razılıq əldə olunduqdan sonra Xəzər dənizinin tranzit əhəmiyyəti daha da artacaq. Xəzər dənizi nəqliyyat dəhlizininin inkişaf etdirilməsini milli siyasət kimi dəyərləndirməliyik", - deyə Türkiyə rəsmisi bildirib.
Ötən ilin noyabrında Türkiyənin Suriya ilə sərhəddə Rusiyaya məxsus Su-24 bombardmançısını vurmasının ardınca Moskva Ankaraya qarşı iqtisadi cəza tədbirlərindən biri olaraq türk TIR-larına - beynəlxalq yükdaşımalarla məşğul olan ağırtonnajlı yük avtomobillərinə qapıları bağlamışdı.
Gürcüstandan keçib Rusiyaya hərəkət edən Türkiyə TIR-ları sərhəd qapılarının onların üzlərinə bağlanmasından sonra Azərbaycana üz tutub və prezident İlham Əliyev türk yükdaşıyanların Azərbaycan üzərindən keçidini asanlaşdırmaq barədə təlimat verib.
Həmin vaxtdan etibarən İlham Əliyevin təlimatına əsasən, Azərbaycan dəhlizindən istifadə edən türk sürücülərin vizası və keçid sənədi olmasa belə onlara qarşı cəza tədbirləri görülmür.
Lakin Türkiyə nəqliyyatçıları neçə vaxtdır Xəzər dənizindən keçməklə Orta Asiyaya yükdaşımaların tariflərinin yüksək olmasından şikayətlənirdi. Azərbaycan prezidenti bu problemi də aradan qaldırdı.
Prezident İlham Əliyevin göstərişi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Azərbaycandan Qazaxıstana dəniz yolu ilə daşıma tariflərinə 20%-ə qədər endirim tətbiq etdi.
Ümumiyyətlə, bölgə ölkələrindən Azərbaycan Qazaxıstan və Türkmənistanla müqayisədə infrastruktur və liman layihələrini bitirən tək ölkədir. Türkiyə, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistanın qarşılıqlı ticarəti bu ölkələrin ümumi ticarət dövriyyəsinin 5%-ni təşkil edir.
Bu gün, 13:10
Azərbaycan vətəndaşları 95 ölkəyə vizasız səfər edə bilər
Bu gün, 13:00
Prezident babasından danışdı: "İş kabinetlərimdə heç bir heykəl yoxdur, təkcə bu var"
Bu gün, 12:55
İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib
Bu gün, 12:49
Evinin "kupça"sı olmayanlara ŞAD XƏBƏR - Amnistiya təklif olunur
Bu gün, 12:45
Ölkəyə bu malları gətirən şəxslərə güzəşt ediləcək
Bu gün, 12:32
Vilayət Eyvazov xidmətə qəbul üçün sıra baxışı keçirdi - VİDEO
Bu gün, 12:19
"AÇIQLANDI: Azərbaycan quru sərhədlərini bu səbəbdən bağlı saxlayır"
Bu gün, 11:23
Trampın ad gününə hücumu planlaşdıran "Çoban" saxlanılıb
Bu gün, 11:18
ABŞ-İran danışıqları təxirə salındı
Bu gün, 11:13
Xankəndi şəhərinə daha 18 ailə yola salındı
Bu gün, 10:05
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
Bu gün, 09:54
"Memorandum İranın kapitulyasiyasıdır" - Tramp
Bu gün, 09:50
Azərbaycan və İtaliya arasında mədəni əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub
Bu gün, 09:40
Arvadını bacısı kimi təqdim edirmiş... – Bakıda film kimi dələduzluq
Bu gün, 09:31
Türkiyə kəşfiyyatı Almaniyanı lərzəyə saldı
Bu gün, 09:27
Hörmüz boğazı ilə bağlı xərclər İran tərəfindən ödəniləcək
Bu gün, 09:23
ABŞ rəsmisindən qalmaqallı açıqlama: İranda yüzlərlə insanın ölümündə İlon Maskın əli var
Bu gün, 09:17
Azərbaycanlı gənc faciəvi şəkildə öldü
Bu gün, 09:00
Qurban Qurbanovun qovduğu Elvin ən bahalı azərbaycanlı futbolçudur
Dünən, 16:00
Türkiyə Ermənistanla münasibətlərin tam normallaşması üçün ŞƏRTİNİ AÇIQLADI
Dünən, 15:30
ABŞ-ın İran əməliyyatına çəkdiyi xərc bu qədər oldu - Sayğac dayandı
Dünən, 14:30
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib
Dünən, 13:17
Azərbaycan əhalisinin sayı artıb
Dünən, 12:13
Faciədən sonra atalara səsləndi: "Sizə pis ata desələr də, nəzarəti əldən verməyin"
Dünən, 12:04
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
Dünən, 12:00
ABŞ-İran sazişi, Versal mesajı: 100 il sonra Yaxın Şərq yenidən şəkilləndirilməsi
Dünən, 11:37
AYNA-dan taksi operatorları ilə bağlı QƏRAR