Rublun potensial denominasiyasının Azərbaycana təsir ehtimalı
Iqtisadiyyat
Oxunub: 892
15 apr 2016 | 16:50
Moskvada planlaşdırılan məzənnə sabitləşməsinin nəticələri müsbət ola bilər.

Avrasiya İttifaqı üzrə əsas müttəfiqi olan Belarusda gerçəkləşdirilən denominasiya fonunda Rusiyada da denominasiya barədə danışmağa başlayıblar.

ANS PRESS-in məlumatına görə, Rusiyanın aparıcı broker şirkəti olan “Alpari”nin analitika departamentinin direktoru Aleksandr Razuveyev bildirib ki, müştərilər daha çox 100:1-ə olan denominasiyanın həyata keçirilməsində maraqlıdırlar: “Onda bir dollara 60-70 qəpik (Rusiya qəpiyi - red.) verəcəklər. Belə olan halda hələ sovet vaxtında qəbul edilmiş 1, 3, 5, 10, 25, 50, 100 rublluq nominallar sistemi daha doğru olacaq”.

Belarusda 2016-cı il iyulun 1-dən həyata keçiriləcək denominasiya zamanı isə 100000 Belarus rublu bir rubla bərabər olacaq. Belaruslar ruslardan fərqli olaraq 1, 2, 5, 10, 20, 50, 100, 200 və 500 rublluq əsginaslar buraxacaqlar. Denominasiyadan sonra indiki məzənnə ciddi dəyişməzsə, 1 dollar təxminən 2 belarus rubluna bərabər olacaq.
Göründüyü kimi, Rusiyada həm pulun nominal sisteminin, həm də dolların məzənnəsinin sovet dövründəkinə bənzəməsini arzulayanlar çoxdur. Sovet dövründə dolların rəsmi məzənnəsi təxminən 70 qəpiyə bərabər idi və bunu sovet məktəbini bitirmiş hər vətəndaş əzbər bilirdi.
Azərbaycanda da həmin sistemi nostalji ilə xatırlayanlar az deyil və ANS PRESS-ə müraciət edənlər tərəfindən “Nədən bizdə dövriyyədə sovet dövründə olan kimi 3 manatlıq yoxdur?” sualını verənlər çoxdur. Amma Azərbaycanda sırf hər şeyə maraq göstərən sıravi vətəndaş səviyyəsində göstərilən bu maraq Rusiyada rəsmi səviyyəyə qədər yüksəlib. Moskvada hətta Kreml mütəxəssisləri səviyyəsində dolların məzənnəsini sovet dövründəki kimi birdəfəlik sabitləşdirmək təklif edilir.
"Nəhayət pulları bu spekulyativ bataqlıqdan real sektora göndərmək mümkün olacaq”.

Rusiya prezidentinin müşaviri, akademik Sergey Qlazev bu ilin əvvəlindən bir neçə dəfə çıxış edərək Rusiyada dolların məzənnəsini sabitləşdirməyi təklif edib. “Sadəcə, dolların rubla qarşı məzənnəsini sabitləşdirmək və demək lazımdır ki, bu, uzun sürən valyuta siyasətidir. Onda nəhayət pulları bu spekulyativ bataqlıqdan real sektora göndərmək mümkün olacaq”.

Qlazevin fikrincə, bu addımı hələ 2014-cü ilin dekabr ayında - Rusiya rublunun ilk kəskin ucuzlaşması zamanı atmaq lazım idi: “Bu cür enib-qalxmalar olmazdı. Biznes vəziyyətə alışardı və daha məntiqli idxalı əvəzetmə layihələri gerçəkləşdirilə bilərdi. Yəni adam bir həftə ərzində deyil, bir il, iki il, üç il ərzində məzənnənin necə olacağını bilərdi”.
“Bizdə manatın məzənnəsi rublla deyil, dollarla bağlıdır. Rublun məzənnəsinin sabitləşməsinin manata heç bir birbaşa təsiri ola bilməz”.

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov ANS PRESS-ə müsahibəsində Rusiyada gözlənilən istənilən denominasiya və ya valyuta sabitləşdirilməsi prosesinin Azərbaycan iqtisadiyyatına heç bir birbaşa təsirinin olmayacağını düşünür: “Bizdə manatın məzənnəsi rublla deyil, dollarla bağlıdır. Ona görə də rublun məzənnəsinin sabitləşməsinin manata heç bir birbaşa təsiri ola bilməz”.

Amma bununla belə, professorun fikrincə, Rusiya valyutasının məzənnəsinin sabitləşməsinin Azərbaycana dolayı təsirləri qaçılmazdır: “Düşünürəm, bunun bizim üçün müsbət təsirləri böyük olar. Rusiyada bizneslə məşğul olan azərbaycanlıların gəlirləri sabitləşər və artar. Onlar Azərbaycana sərmayə yatırmağa tərəddüd etməzlər”.
Professorun sözlərini son illərin təcrübəsi də təsdiq edir. Təcrübə göstərir ki, Rusiyada rublun məzənnəsinin kəskin düşüb qalxdığı şəraitdə bu ölkədən fiziki şəxslərin Azərbaycana göndərdiyi pul baratları azalır.
Rusiya Mərkəzi Bankının məlumatlarına görə, 2015-ci ildə Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 627 milyon dollar vəsait köçürülüb. Bu, 2014-cü ildə daxil olmuş vəsaitlərdən iki dəfə azdır. 2014-cü ildə Rusiyadan Azərbaycana 1 milyard 221 milyon dollar daxil olub. Yəni rublun məzənnəsi sabitləşdikdən sonra Rusiyadan göndərilən vəsaitlər əvvəlki səviyyəyə qalxa bilər.

Azərbaycanda sosial mənzil tikintisinə başlanılması da Rusiyadan fiziki şəxslər tərəfindən göndərilən vəsaitləri artıra bilər. Sosial mənzil tikintisinə başlanılması, istənilən halda, Azərbaycanda əmlakın qiymətini aşağı sala bilər. Bu isə Rusiyada yaşayan azərbaycanlıların yenidən Azərbaycanın əmlak bazarına marağını yüksəldər və sektora bu ünvandan daxil olan vəsaitlər əvvəlki səviyyəyə qalxar. Rubl kəskin ucuzlaşan zaman proses tərsinə başlamışdı və Azərbaycandan Rusiya əmlak bazarına valyuta axını müşahidə edilirdi.
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı