Ekspert deputatları biznes-klassda uçmaqdan imtina etməyə çağırdı
Iqtisadiyyat
Oxunub: 834
30 mar 2016 | 11:49
Ekspert deputatları biznes-klassda uçmaqdan imtina etməyə çağırdı










“Qənaət rejimidirsə, o zaman hər manata bütün idarəetmə qurumlarında qənaət etmək lazımdır”

ABŞ-da Konqres üzvlərinin uçuşlarda dövlət vəsaiti hesabına birinci klassdan istifadəni qadağan edən layihənin müəllifləri həm Respublikaçılar (Paul Gosar), həm də Demokratlar partiyalarının (Raul Ruiz) təmsilçiləri idi.

Dünyanın ən varlı ölkəsində qanunverici hakimiyyət üzvlərinin birinci klasda uçmasının qadağan edilməsində rəqib partiyaların nümayəndələri eyni mövqe nümayiş etdirdilər.

Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri (CESD) Vüqar Bayramov bildirib.

“Azərbaycanda parlament üzvləri dövlət büdcəsi hesabına biznes klasa bilet alan az sayda ölkələrdən biridir.

Qənaət paketlərinə səs verən deputatlar, eyni zamanda vergi ödəyicilərinin pulu hesabına uçuşlarda biznes klasdan istifadə etmələrinin qadağan edilməsini də dəstəkləməlidirlər.

Yalnız parlament rəhbərliyi üçün belə imkan yaradıla bilər. Bu baxımdan, deputatların büdcə vəsaiti hesabına biznes klasdan istifadəsinin qadağan edilməsinə ehtiyac var. Parlament üzvləri nə üçün seçicilərin ödədiyi vergi hesabına biznes klasdan istifadə etməlidir?

Deputatların biznes deyil, ekonom klasda uçması büdcəyə qənaət edilməsi yollarından biri olmaqla eyni zamanda psixoloji əhəmiyyəti var. Seçkili orqanda təmsil olunanların vergi ödəyicilərinin pulu hesabından onlardan ayrı, biznes klasdan istifadə etməsi həmçinin diskriminativ xarakter daşıyır”,- deyə V.Bayramov qeyd edib.

Onun sözlərinə görə, 2016-cı ildə Milli Məclis və onun aparatının saxlanması üçün 22 milyon 694 min 934 manat ayrılacaq.

“Parlamentin bu il ezamiyyə xərcləri 1 milyon 110 min manat olacaq.

Nəqliyyat xidmətləri haqqının ödənilməsi xərcləri 637 min 362 manat, digər nəqliyyat xidmətləri xərcləri isə 270 min manat nəzərdə tutulub.

Bundan başqa, nəqliyyat vasitələrinin alınmasına 225 min manat, digər maşın və avadanlıqlara 405 min manat, yanacaq və sürtgü materiallarının alınmasına isə 637 min 362 manat ödəniləcək.

Bu rəqəmlər dövlət büdcəsinin ümümi xərcləri ilə müqayisədə kiçik görünsə də heç də xırda vəsaitlər deyillər.

Eyni zamanda, əgər qənaət rejimidirsə o zaman hər manata bütün idarəetmə qurumlarında qənaət etmək lazımdır. Parlament üzvlərinin bir dönəm üçün 5 il müddətinə seçildiyini nəzərə aldıqda biznes klası ekonom klasa dəyişmək bu müddətdə miyonlarla qənaət demək olacaq”, - deyə iqtisadçı qeyd edib.
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR