NEFT ŞOKU: ABŞ və İran arasında atəşkəsdən sonra qiymətlər kəskin düşdü
Iqtisadiyyat
Oxunub: 140
9 apr 2026 | 09:00
NEFT ŞOKU: ABŞ və İran arasında atəşkəsdən sonra qiymətlər kəskin düşdü


ABŞ və İran arasında əldə olunan atəşkəs razılaşması qlobal enerji bazarında dərhal şok effekti yaradıb və bir neçə gün əvvəl rekord səviyyələrə yaxınlaşan neft qiymətləri kəskin şəkildə enişə keçib. Analitiklər bu prosesi təkcə bazar reaksiyası deyil, həm də müharibə riskinin müvəqqəti aradan qalxmasının nəticəsi kimi qiymətləndirirlər.

ABŞ prezidenti Donald Trampın Pakistanın vasitəçiliyi ilə irəli sürülən iki həftəlik atəşkəs planını qəbul etməsindən sonra xam neftin qiyməti sürətlə ucuzlaşaraq bir barel üçün 100 dollar həddindən aşağı düşüb. Bu eniş bazar iştirakçıları tərəfindən dərhal qiymətləndirilib və nəticədə son onilliklərin ən kəskin gündəlik geriləmələrindən biri qeydə alınıb.

Məlumata görə, bu dinamika 1991-ci ildəki Fars körfəzi müharibəsindən bəri müşahidə olunan ən böyük birgünlük eniş kimi xarakterizə olunur. Brent markalı neft üzrə fyuçerslər təxminən 13 faiz ucuzlaşaraq 95 dollar səviyyəsinə enib. Bununla belə, qiymətlər hələ də hərbi əməliyyatların başlanmasından əvvəlki fevral sonu göstəricisindən – 73 dollardan xeyli yüksək olaraq qalır.

ABŞ-ın etalon nefti WTI isə 14 faiz ucuzlaşaraq bir barel üçün 96 dollar səviyyəsinə düşüb. Azərbaycan neftinin qiymətində də ciddi azalma müşahidə olunub – son saatdakı qiymət 115.02 dollardır.

Bazarın bu qədər sürətlə reaksiya verməsinin əsas səbəbi kimi Hörmüz boğazı ilə bağlı risklərin azalması göstərilir. Trampın sözlərinə görə, əldə edilən razılaşmanın davamlılığı məhz İranın bu strateji marşrutu tam şəkildə açmasından asılı olacaq. Qeyd edək ki, dünya üzrə dəniz yolu ilə daşınan neftin təxminən dörddə biri məhz bu boğazdan keçir və onun bağlanması ehtimalı qlobal enerji sistemində misli görünməmiş böhran riski yaratmışdı.

İran Xarici İşlər Nazirliyi isə Ali Milli Təhlükəsizlik Şurası adından açıqlama verərək bildirib ki, boğazdan keçid yalnız hərbi strukturlarla koordinasiya və müəyyən texniki məhdudiyyətlər çərçivəsində mümkün olacaq. Bununla belə, həmin məhdudiyyətlərin konkret detalları açıqlanmayıb və bu da bazarda qeyri-müəyyənliyi tam aradan qaldırmayıb.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) analitiki Kleyton Siql vəziyyəti şərh edərkən əsas faktorun bazar etimadı olduğunu vurğulayıb. Onun sözlərinə görə, gəmiçilik şirkətlərinin təhlükəsizliklə bağlı qərarları neft və digər enerji resurslarının tədarükünün bərpa olunub-olunmayacağını müəyyən edəcək. Analitik hesab edir ki, əsas sual Tehran rəhbərliyinin beynəlxalq daşımaların təhlükəsizliyinə real zəmanət verə bilib-bilməyəcəyidir.

Buna baxmayaraq, bazarda gərginlik hələ də qalır. Son məlumatlara görə, İraq, Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ, Qətər və Bəhreyn kimi əsas ixracatçılar mart ayında marşrutların pozulması səbəbindən ümumilikdə gündəlik 7,5 milyon barel hasilat itkisi ilə üzləşiblər. Bu isə qlobal enerji bazarının hələ də tam stabilləşmədiyini göstərir.

Qeyd edək ki, böhran dövründə fiziki neftin Dated Brent qiyməti 144,42 dollaradək yüksələrək 2008-ci il maliyyə böhranı dövrünün rekordunu yeniləmişdi. Hazırkı eniş isə bu rekord səviyyələrdən geri çəkilmə kimi qiymətləndirilir.

Ekspertlər hesab edir ki, atəşkəs davamlı xarakter alarsa, yaxın günlərdə yanacaq bazarında müəyyən sabitləşmə və qiymətlərin mərhələli şəkildə aşağı düşməsi müşahidə oluna bilər. Bununla belə, regionda hərbi-siyasi risklərin tam aradan qalxmadığı şəraitdə bazarın yenidən kəskin dalğalanma ehtimalı da istisna edilmir.
Bu gün, 16:00
Türkiyə yenidən "bölünür" – Ölkə xəritəsini dəyişdirəcək yeni plan!
Bu gün, 15:30
Noyabrda 11 gün iş olmayacaq - Tarixlər
Bu gün, 14:22
Rusiya və Ukraynada dəhşətli zarafat: Əhaliyə yalançı nüvə xəbərdarlığı göndərildi
Bu gün, 13:44
İsrail prezidenti partiyaları toplayır: Yeni hökumət formalaşacaqmı?
Bu gün, 13:16
Avropada "SSRİ kabusu" – Rusiya tərəfdarı, tv müxbiri prezident seçkilərində qalib gəlir!
Bu gün, 13:07
“Stop”un “toxta” ilə əvəzlənməsini təklif edən deputat: “Dur” tam yerinə düşmür”
Bu gün, 13:01
İrandan Azərbaycan istiqamətində PUA-lar göndərildi
Bu gün, 12:56
Ərdoğan Zəfər Günü münasibətilə İlham Əliyevi Azərbaycan səmasından təbrik etdi
Bu gün, 12:26
Vahid geyim qaydaları özəl məktəblərə şamil olunacaq? - RƏSMİ AÇIQLAMA
Bu gün, 12:21
Media və Yayım Şurası: Bunlar ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiyadır
Bu gün, 12:05
Bakının bu ərazisində EVLƏR SÖKÜLÜR - Ağaclara da pul verilir
Bu gün, 10:57
Azərbaycan generalı ABŞ-yə getdi - Mühüm görüşlər keçirdi
Bu gün, 10:53
İran-Azərbaycan sərhədində silahlı insident: ÖLƏN VAR - FOTO
Bu gün, 09:47
Narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanıldı
Bu gün, 09:43
Almaniyada iğtişaşlardan sonra 54 nəfər saxlanıldı
Bu gün, 09:39
“Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirdi - Fotolar
Bu gün, 09:35
“Müəyyən məqamda onlara ağır zərbə vurmalı olacağıq”
Bu gün, 09:31
“28 May”dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
Bu gün, 09:11
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapıldı
Bu gün, 09:00
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Video
31-10-2026, 12:00
Avropada qaz qiymətləri kəllə-çarxa qalxdı: Bazarda böyük təlaş yaranıb
31-10-2026, 11:17
Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
31-10-2026, 11:00
Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
31-10-2026, 10:55
Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
31-10-2026, 09:59
"Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
31-10-2026, 09:42
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
31-10-2026, 09:37
Polşada gərginlik pik həddə çatdı - Onlar vəzifədən uzaqlaşdırıldı