Neftlə bağlı istədiyimiz xəbər gəldi
Iqtisadiyyat
Oxunub: 1 936
29 mar 2016 | 00:45
Neftlə bağlı istədiyimiz xəbər gəldi









İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olmayan ölkələrdə yaxın gələcəkdə neftə olan tələbat sənayedəki istehsal artımını ötüb keçəcək

Bu barədə İsveçrənin aparıcı maliyyə qruplarından biri olan "Credit Suisse" qrupu tərəfindən təqdim edilmiş proqnozda bildirilib. Proqnoza görə, bunun nəticəsində artıq may ayında neftin barrelinin qiyməti 50 dollara qalxa bilər.

"Credit Suisse" qrupunun qlobal energetika bazarlarınin iqtisadiyyatı üzrə ixtisaslaşmış eksperti Yan Sitüartın gəldiyi nəticəyə görə, 2016-cı ildə neftə tələbat yenidən artım dövrünə qayıdır. Bu, neftin qiyməti üçün əlverişsiz olan bir sıra amillərin olmasına baxmayaraq baş verir. Belə amillər sırasında Stüart isti qışın başa çatmasını, resurs hasilatı sahələrində müşahidə olunan geriləməni, həmçinin Rusiya və Braziliya kimi inkişaf etməkdə olan iqtisadiyyatlarda baş vermiş tənəzzülü göstərir.

Neftlə bağlı istədiyimiz xəbər gəldi









Brent neftinin qiymətinin son bir ayda dəyişməsi (dollar/barrel)

Hazırda neftə tələbat sabitdir, buna qismən Şimali Amerikada və Avropada iqtisadiyyatların bərpasının davam etməsi, həmçinin inkişaf etməkdə olan bazarlarda uzun müddət davam edəcək meyllər yardım edir. Sütart dünya iqtisadiyyatında tənəzzülün qaçılmaz olması barədə verilən proqnozları şişirdilmiş sayır.

Amma bununla belə, onun fikrincə, qlobal ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı təhlükə saxlanmaqdadır. Dördüncü rübdə neftə tələbatın zəifləməsindən sonra bu təhlükə dünyanın iki aparıcı iqtisadiyyatında - ABŞ-da və Çində bərpa olunub.

Stüart neftə tələbatın artımını sənaye istehsalı ilə deyil, inkişaf etməkdə olan ölkələrdə getdikcə artan orta sinifin istifadə etdiyi sərnişin nəqliyyatı ilə əlaqələndirir. Belə şəraitdə "Crédit Suisse"un proqnozlarına görə, neftə olan tələbat sənaye artımı göstəricisini geridə qoyacaq: "İqtisadiyyat ressesiyaya yuvarlanmasa, biz bu il neftə tələbatın yumşaq bərpasını gözləyirik".

Neftlə bağlı istədiyimiz xəbər gəldi










Neftə tələbat proqnozuna əsaslanan Stüart düşünür ki, may ayında neftin dəyəri barrel üzrə 50 dollara qalxa bilər. Bu xəbər dövlət büdcəsinin 40 faizindən çoxunun birbaşa Dövlət Neft Fondundan maliyyələşən, büdcə gəlirlərinin 55 faizi neft sektoru hesabına təmin edilən Azərbaycan üçün də əlverişlidir. 2016-cı ilin dövlət büdcəsində neftin barrelinin qiyməti 25 dollar götürülüb.

Neftin dünya qiymətləri barədə verilən bir sıra proqnozlarda barrelin qiymətinin 15-20 dollara qədər düşəcəyi barədə ehtimalar irəli sürülürdü. Amma Stüartın gəldiyi nəticə vəziyyətin elə də arzuolunmaz olmadığını ortaya çıxarır. Dünya bazarında son 20 gündə neftin barrelinin qiymətinin 40 dollar ətrafında dəyişməsi də bu qənaəti gücləndirir.
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?