Daha bir sevindirici xəbər
Iqtisadiyyat
Oxunub: 3 983
26 mar 2016 | 18:14
Daha bir sevindirici xəbər








2015-ci ildə Rusiyada əmlak 15,3% ucuzlaşıb. Rəqəmi təqdim edən "Global Property Guide" beynəlxalq şirkəti Rusiyanı ən zəif əmlak bazarına malik ölkə kimi dəyərləndirib

"Global Property Guide” tərtib etdiyi "Global Property Index” hesabatında Rusiya sonuncu 44-cü yerdə qararlaşıb. Siyahıda birinici yerdə isə Azərbaycanın digər qonşusu Türkiyə gəlir. Ötən il bu ölkədə əmlak 14,3 faiz bahalaşıb.

Beləliklə, Azərbaycanın əmlak bazarının şimaldan gələn ciddi təzyiq qarşısında olduğunu düşünmək olar. Məsələ bundadır ki, bir qayda olaraq Rusiyada əmlak ucuzlaşan kimi bu ölkədə yaşayan azərbaycanlılar Bakıdakı evlərini sataraq Moskva və Sankt-Peterburqdan ev almağa çalışırlar. Bu isə ölkədən külli miqdarda valyuta çıxarılması ilə nəticələni və Azərbaycan manatına təzyiqlər artır.

Bu effekt "Global Property Guide”nin hesablamalarına görə Rusiyada əmlakın 6,15% ucuzlaşdığı 2014-cü ilin sonlarında və 2015-ci ilin əvvəllərində xüsusilə güclü idi. Göründüyü kimi, 2015-ci ilin ucuzlaşma göstəricisi iki dəfə yüksəkdir və buna görə də indi ölkənin mənzil sektorunu daha çox valytua tərk edəcəyini düşünmək olar.

Bununla belə, Azərbaycan Rieltorlar Assosiasiyasının (ARA) prezidenti Vəfadar Axundov bu il vəziyyətin elə də kəskin olmadığını bildirib. ARA prezidenti fikrini ölkədə əmlakın həddindən ucuzlaşması ilə izah etdi: "Azərbaycanda əmlak faktiki olaraq 30 faizdən çox ucuzlaşıb. Buna görə də Bakıda evi satıb Moskva və Sankt-Peterburqda ev almaq mümkün deyil. Moskavada 32 kvadratmetrlik bir otaqlı evi mərkəzdə 180 min dollara deyirlər, yəni mənzilin kvadratı 6 min dollara qədər çatır. Bizdə isə tam təmirli 55 kvadratlıq bir otaqlı evi 30 min manata, yəni kvadratı 340 dollara təklif edən yeni massivlər var”.

Vəfadar Axundovun fikrincə, Azərbaycanda qiymətlər ən aşağı düşüb: "İndi ev almaq üçün ən əlverişli məqamdır. Əvvəllər bizim əmlak bazarı regionda ən yüsək idisə, indi tərsinədir. Devalvasiya üzündən real ucuzlaşma daha yüksək olub. Pulu olanlar indi ev alsalar uduzmazlar".

Əslində, əmlak bazarında qiymətlərin bir qədər də reallaşmasına ehtiyac var. Yəni əmlak bazarında qiymətlər hər bir işləyən adamın ipoteka yolu ilə özünə ev ala bilməsinə imkan yaradan səviyyədə olmalıdır. Yəni ayda 500 manat maaş alan 3 nəfərlik orta azərbaycanlı ailəsi ayda 150 manata yaxın ödəməklə şəhər ətrafında ipotekaya bir otaqlı ev götürmək imkanında olmalıdır.

Hələ ki, mənzil qiyməti bu səviyyəyə qədər enməyib. Azərbaycan İpoteka Fondunun ipoteka kalkulyatoruna görə, bu cür evi 150 manata ipotekaya götürmək üçün 3 nəfərlik ailə ayda 700 manat qazanmalı və ilkin ödəniş üçün 5000 manata yaxın vəsaitə malik olmalıdır. Yəni qiymətlər bir qədər də optimallaşmalıdır.(anspress)
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir