Bakıda manat qıtlığı – Qara bazar ön planda
Iqtisadiyyat
Oxunub: 5 042
23 mar 2016 | 10:28
Bakıda manat qıtlığı – Qara bazar ön planda










Bayram günləri Bakıya gəlmir on minlərlə turist özü ilə gətirdiyi xarici valyutanı manata çevirməkdə çətinlik çəkdi

ANS PRESS-ə edilən müraciətlərdən şəhərin qonaqları arasında iranlıların daha çox problemlə qarşılaşdığını anlamaq olur. Çünki Bakıya ən çox Təbriz və Tehrandan axın müşahidə edilir. “Biz iki saatdır 200 dolları manata çevirə bilmirik”,- deyə İçərişəhərdən redaksiyaya zəng etmiş təbrizli ailə bildirmişdi.
Əslində, bu, gözlənilən idi. Çünki bank sektoru Novruz bayramı üçün iş qrafikində heç bir dəyişiklik etməmişdi. Banklar tərəfindən valyuta mübadilə əməliyyatları qanunvericiliyə uyğun olaraq bankların baş ofisində, filial və şöbələrində həyata keçirilir ki, bayram günlərində onlar işləmir.
Bayram günlərində yalnız turizm xidməti göstərən obyektlərdə bankların valyuta mübadilə şöbələrinin fəaliyyəti davam etdirilir. Həm də bəzi bankların bəzi ofislərinin qarşısında qoyulmuş bankomatlara xarici valyuta qoyaraq onu manata çevirmək mümkündür.
Lakin Bakıya gələn əsas turist axını İrandan və Rusiyadan olduğuna görə, qonaq gələnlər turizm obyektlərində yox, evlərdə qalırlar. Ölkəyə əsasən avtomobildə daxil olduqlarından onlar bankların hava limanlarında və vağzallarda olan valytua-dəyişmə məntəqələrindən də istifadə edə bilmirlər. Onlar gətirdikləri xarici valyutanı adətən şəhər mərkəzində – tarix və mədəniyyət abidələrinin, əyləncə məkanlarının, teatrların və s.-in xidmətindən istifadə etmək üçün dəyişdirmək istəyirllər. Bu zaman isə problemlə üzləşirlər. Çünki valyuta dəyişmə məntəqəsi tapa bilmirlər. Nəticədə, qara bazara üz tutmalı olurlar. ANS PRESS-ə daxil olan məlumatlara görə, bu vəziyyət bayram günlərində qara bazarda dolların məzənnəsinin rəsmi məzənnədən xeyli aşağı düşməsinə səbəb olub. Alverçilər dolları turistlərdən 1,45 manata satın alırlar. Amma rəsmi məzənnə 1,6 manata bərabərdir. Yəni alverçilər müştərini 1 dollarda 15 qəpiyə qədər aldadırlar.
Alverçilər dolları turistlərdən 1,45 manata satın alırlar. Amma rəsmi məzənnə 1,6 manata bərabərdir.
Yaranmış vəziyyət əksəriyyətdə Bakıda bir neçə ay qabaq bağlanmış valyuta-dəyişmə məntəqələrinin bərpasının vacibliyi qənaətəni doğurur. Bu məsələdə qabaqcıl turizm ölkələrinin təcrübəsi də yada salınır. Məsələn, Türkiyədə minə yaxın müstəqil valyuta dəyişmə məntəqəsi var ki, onlar əsas ticarət istirahət mərkəzlərində əhaliyə xidmət göstərirlər.
“Müstəqil valyuta dəyişmə məntəqələri də elə qara bazar kimidir. Onlara daxil olan valyutanın ölkə iqtisadiyyatına heç bir dəxli yoxdur”.
Lakin İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin aparıcı mütəxəssisi, “İqtisadi forum” jurnalının rəhbəri Samir Əliyev müstəqil valyuta dəyişmə məntəqələrinin bərpasını məqsədə uyğun saymır: “Müstəqil valyuta dəyişmə məntəqələri də elə qara bazar kimidir. Onlara daxil olan valyutanın ölkə iqtisadiyyatına heç bir dəxli yoxdur. Amma banklara daxil olan valyuta istənilən halda iqtisadiyyatın kreditləşdirilməsinə yönəlir”.
Lakin Samir Əliyev turistləri də unutmamağı vurğulayır: “Turistlərin Bakıya axını qeyri-neft sektorunun inkişafının çox vacib olduğu bu günlərdə həddindən önəmlidir. Bu probem türistlər üçün çətinlik yaradın 3 ən vacib məsələdən biridir. Buna görə də banklar növbətçi valyuta dəyişmə məntəqələrinin sayını artırmalıdırlar. Bu məsələdə turistlərin axın etdiyi istirahət və tarix-mədəniyyət mərkəzləri diqqətdə saxlanmalıdır”.
Təbii ki, banklar bu məsələni özbaşına həll edə bilməyəcəklər. Mərkəzi Bank Azərbaycanın bütün turizm mərkəzlərini nəzərə alaraq bankların bütün sektoru əhatə etməsinin qeydinə qalmalıdır. Əks halda, Azərbaycan qeyri-neft sektorunun bu ən önəmli sahəsində uğur qazana bilməyəcək.
Bu gün, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Bu gün, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Bu gün, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Bu gün, 13:25
İlham Əliyev fərman imzaladı
Bu gün, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Bu gün, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib