Qarabağın tikintisinə iki qonşu dövlətin büdcəsindən çox pul xərclənib
Iqtisadiyyat
Oxunub: 299
3 dek 2025 | 09:23
Qarabağın tikintisinə iki qonşu dövlətin büdcəsindən çox pul xərclənib


Azad edilmiş torpaqlarda məskunlaşanların sayı 62 mini ötüb
Dekabrın 1-də Laçının işğaldan azad edilməsinin növbəti ildönümü idi. Düz 5 il öncə bu tarixi şəhərimiz bir güllə atılmadan belə Azərbaycanın bir daha nəzarətinə keçdi.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncamla hər il avqustun 26-da Laçın Şəhəri Günü təsis edilib. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində 2022-ci ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır.

Artıq Laçında geniş bərpa-quruculuq işlər aparılır. İndiyə qədər bu şəhərdə beş mindən çox insan məskunlaşıb. Bu da kifayət qədər ciddi rəqəm sayılmalıdır. Çünki Azərbaycan dövləti heç bir yerdən maddi dəstək almadan öz gücünə dağılmış şəhər-qəsəbələrini bərpa edir, kəndlərinə nəfəs verir, erməni havadarlarına “Biz qayıdırıq” mesajını verir.

Laçın şəhərinin böyük hissəsi tamamilə yenidən qurulub, ailələrin yaşayışı təmin olunub. Şəhərə ilk köç 2023-cü ilin mayında baş tutub. Həmin il mayın 28-də Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan sakinlərlə görüşüb, evlərin açarlarını onlara təqdim edib. Bundan sonra laçınlılar mərhələli şəkildə doğma yurda geri dönüblər. Eləcə də rayonun bir sıra kəndlərinə qayıdış reallaşıb.

Qayıdış prosesi ilə yanaşı, rayonda yeni iş yerləri, müəssisələr, təsərrüfatlar yaradılır. Rayon ərazisində beynəlxalq hava limanı da fəaliyyətdədir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən açılışı edilmiş mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır. Bütün infrastruktur və yaşayış məntəqələri ən müasir səviyyədə qurulur. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.

Milli Məclisin deputatı Kamran Bayramov vurğulayıb ki, Prezident İlham Əliyevin Laçına ardıcıl səfərləri rayonda aparılan bərpa və quruculuq işlərinin genişliyini, həm də bu prosesin strateji önəmini aydın şəkildə ortaya qoyur: “2021-ci ildən başlayaraq Laçında dövlət bayrağının qaldırılması, hava limanının və əsas infrastrukturların təməlinin qoyulması, enerji və su təminatı üzrə mühüm obyektlərin inşası bölgənin gələcəyinə hesablanan böyük dönüşün əsasını formalaşdırıb. Növbəti illərdə şəhərin baş planının təqdim olunması, təhsil ocaqlarının, sənaye zonasının, mebel və tikiş fabriklərinin, balıqçılıq təsərrüfatının, hotel və istirahət məkanlarının istifadəyə verilməsi Laçının sosial-iqtisadi həyatının sürətlə dirçəlməsinə təkan verib. Kəndlərin bərpası və ailələrin öz yurdlarına qayıdışı isə Böyük Qayıdışın real nəticələrini göstərib. Bu il Laçın Beynəlxalq Hava Limanının açılması, yeni kanat yolunun təməlqoyması və beynəlxalq Zirvə görüşünün keçirilməsi Laçının artıq təkcə ölkə daxilində deyil, həm də regional səviyyədə strateji mərkəzə çevrildiyini təsdiqləyən əsas nüanslardan biri kimi diqqət çəkir. Bu proses təkcə bölgənin dirçəldilməsi deyil, həm də 30 illik həsrətin real qayıdışa çevrildiyinin göstəricisidir”.

Azərbaycanın Qarabağın bərpasına indiyədək ayırdığı pul Ermənistan büdcəsindən 2 dəfə çoxdur.


Bunu Milli Məclisin plenar iclasında deputat Tahir Mirkişili deyib. O qeyd edib ki, son beş ildə Azərbaycan dövləti Qarabağ torpaqlarında hərbi qələbəni iqtisadi və sosial qələbəyə çevirmək istiqamətində böyük işlər görür: “Hazırda bu ərazilərdə 62 mindən çox insan yaşayır. Təkcə Laçında 5 mindən artıq insan məskunlaşıb. İndiyədək Azərbaycan dövləti bu ərazilərə təxminən 22 milyard manat vəsait xərcləyib. Müqayisə üçün deyə bilərəm ki, bu məbləğ Ermənistanın dövlət büdcəsindən təxminən 2, Gürcüstanın isə 1,4 dəfə çoxdur. Bu rəqəmlər bir daha göstərir ki, Azərbaycan dövləti bu torpaqların bərpası və inteqrasiyası üçün böyük səy göstərir”.

T.Mirkişili vurğulayıb ki, hazırda Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 50-dən çox rezident və 7-dən çox qeyri-rezident sahibkar fəaliyyət göstərir. Ötən müddət ərzində bu ərazilərdə təxminən 500 milyon manat dəyərində məhsul istehsal və ixrac olunub. Bu iki sənaye parkında hazırda minə yaxın insan çalışır. Bütün bunlar onu sübut edir ki, Azərbaycan dövləti bu ərazilərin gələcəkdə ölkənin ümumi iqtisadi sisteminə inteqrasiyası üçün mühüm addımlar atır.

Deputat qeyd edib ki, Orta dəhlizin işə düşməsi və Zəngəzur dəhlizinin açılması ilə bu ərazilər ilk dəfə sərhəd bölgəsindən tranzit bölgəsinə çevriləcək.Cavanşir ABBASLI
Bu gün, 12:13
İlham Əliyev TDT TŞ rəhbərlərini qəbul etdi
Bu gün, 12:09
Azərbaycan sərhədləri gələn ilə qədər bağlı qalacaq - YENİ QƏRAR
Bu gün, 12:00
Azərbaycan bu ölkə ilə hava əlaqəsi yaradır
Bu gün, 11:57
İlham Əliyev: Dünyada beynəlxalq hüququn böhranı müşahidə olunur
Bu gün, 11:51
Azərbaycan lideri: Bu tarixi bir qapının - Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
Bu gün, 11:47
Prezident onlara müraciət etdi
Bu gün, 11:43
Ramiz Mehdiyev məhkəməyə getmək istəmir
Bu gün, 10:52
Bakıda 6 dost gecə 4-də dəhşət yaşayıb - Biri ölüb, digəri ağır yaralanıb - Foto
Bu gün, 10:49
“Həzi Aslanov” stansiyasında təmir yekunlaşır
Bu gün, 10:44
Azərbaycan əhalisinin sayı açıqlandı
Bu gün, 10:41
Hikmət Hacıyevdən sülh prosesi ilə bağlı mühüm bəyanat - FOTO
Bu gün, 10:02
TƏCİLİ: Türkiyə 2 min komando ilə HƏRƏKƏTƏ KEÇDİ - Yunanıstanda HƏYƏCAN
Bu gün, 09:54
Türkiyə gəmisi kasetli bombalarla VURULDU - Ankara Kiyevi cəzalandırmaq üçün HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 09:30
Hövsanda qalmaqal: Məktəbdə pul yığmağa başlanılıb?
Bu gün, 09:30
“Ümid edirəm ki, İranla müharibənin sonuna yaxınlaşırıq”
Bu gün, 09:26
Lənkərandakı ağır qəzada ölənlərin kimliyi bilindi - Yenilənib
Bu gün, 09:11
Paşinyan müxalifətə: Qarabağdan gələnləri evinizə aparın – İkinci dövlətə cəhd edəni...
Bu gün, 09:00
Azərbaycan hökuməti dörd illik proqnozlarını açıqladı: Manatı nə gözləyir?
Dünən, 20:44
HEKİMSEN-DƏ YENİ DÖVR: ADİL KURBANDAN TÜRK DÜNYASINA HƏKİMLİK VİZYONU
Dünən, 16:00
Türk Dünyası Avrasiya üzərində hegemoniya qurur: Əsas qlobal rəqiblər isə artıq sıradan çıxarılmaq üzrədir
Dünən, 15:30
Trampın sərvəti 7 milyard dollara çatdı
Dünən, 14:29
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Dünən, 14:22
Azərbaycan dost, İsrail düşmən siyahısında
Dünən, 14:10
İcra başçısı dama qalxdı - VİDEO
Dünən, 14:00
Avtomobil nəhəngləri böhran həddində: Yaxın 5 ildə hansı avto-markalar çökəcək?
Dünən, 13:19
Taksi sürücüləri sabah imtahan verəcəklər
Dünən, 13:10
İlham Əliyev açılışda iştirak edib - FOTOLAR