Kredit borcu olanların nəzərinə - VACIB MƏLUMAT
Iqtisadiyyat
Oxunub: 2 698
21 mar 2016 | 00:51
Kredit borcu olanların nəzərinə - VACIB MƏLUMAT









Son bir ildə Azərbaycanda istehlak məqsədi ilə alınmış dollar kreditlərinin içində problemlilərin ümumi məbləği 3,4 dəfədən çox artıb. Bu müddət ərzində manatla verilmiş istehlak kreditlərinin içində problemli kreditlərin ümumi məbləği isə iki dəfəyə qədər azalıb. İstehlak məqsədi ilə alınmış dollar kreditlərinin içində problemlilərin ümumi məbləği 3,4 dəfədən çox artıb, analoji manat kreditlərində isə problemlilər 2 dəfə azalıb. Azərbaycan Mərkəzi Bankının (AMB) statistikasına görə, 2015-ci ilin yanvar ayında xarici valyutada verilmiş qısamüddətli kreditlərin yalnız 84,9 milyon manatı vaxtı keçmiş, yəni problemli sayılırdısa, 2016-cı ilin yanvar ayında bu rəqəm 281,5 milyon manata bərabər olub. Manatla verilmiş kreditlərdə isə əks mənzərə müşahidə edilib. Əgər 2015-ci ilin yanvar ayında manatla verilmiş qısamüddətli kreditlərin 322,7 milyon manatı problemli sayılırdısa, 2016-cı ilin yanvar ayında bu rəqəm 174,7 milyon manata düşüb. Yəni azalma iki dəfə olub. Əhali vaxtı ilə anlamadan xarici valyutada götürdüyü kreditləri indi necə verəcəyini anlaya bilmir və buna görə də hətta krediti ödəməkdən belə imtina edir. Məsələn, ANS PRESS-ə müraciət etmiş Şirvan sakini Rasim Canəliyev bir-iki il öncə götürdüyü 12 min manat kreditə görə indiyə kimi 8 min manat ödədiyini, amma borcunun azalmadığını, əksinə artaraq 23 min manat qalxdığını bildirir: "Sən demə, mənim borcumu 15 min dollar kimi rəsmiləşdiriblərmiş. O vaxt maaşım krediti ödəməyə imkan verirdi. İndi bütün maaşımı versəm belə, aylıq ödənişi təmin edə bilmirəm”. 2015-ci ilin sonuna xarici valyutada olan kreditlərin 3 milyard manatı istehlak kreditlərinin payına düşür. Bu vəsaitin hansı hissəsinin banka qayıda biləcəyi artıq sual doğurur. İndi bankların yalnız dollarla kredit verməsi də vəziyyəti bir qədər ağırlaşdırır. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin aparıcı mütəxəssisi, "İqtisadi forum” jurnalının baş redaktoru Samir Əliyev yaranmış problemin Azərbaycanda xarici valyutada kreditin verilməsinə qadağa məsələsini gündəmə gətirdiyini bildirir: "Ölkədə 2015-ci ilin sonuna xarici valyutada olan kreditlərin həcmi 10,7 milyard manat olub ki, bunun da 3 milyard manatı istehlak kreditlərinin payına düşür. Bu qədər vəsaitin hansı hissəsinin banka qayıda biləcəyi artıq sual doğurur. Həmin vəsaitin müəyyən hissəsi indidən ümidsiz borc sayıla bilər. Vacib olaraq vurğulamaq istəyirəm ki, valyuta kreditlərinin ödənməməsi problemi çox ciddi məsələdir və həllini tapmalıdır”. Fevralın 28-dən etibarən Qırğızıstanda ipoteka və istehlak kreditlərinin xarici valyutada verilməsi qadağan edilib. Oxşar addımlar bu və ya digər şəkildə Rusiyada, Belarusda, Qazaxıstanda da atılıb. Buna görə də Samir Əliyev Azərbaycan hökumətinin də bu istiqamətdə mümkün məhdudiyyət imkanlarını nəzərdə keçirməli olduğunu vacib sayır. Samir Əliyevin fikrincə, məhdudlaşdırıcı tədbirlər sırasında birinci addım kimi xarici valyutada gəlirləri olmayan müştərilərə valyuta kreditlərinin verilməsinin müvəqqəti qadağan edilməsi tətbiq edilə bilər: "Bu qadağa daimi yox müvəqqəti olmalıdır. Yəni vəziyyətdən asılı olaraq 1-3 il müddəti əhatə edə bilər. Amma bu qadağa ipoteka kreditləri üçün həmişəlik tətbiq edilməlidir. Ölkə daxilində istifadə edilən kredit kartları üçün ancaq milli valyutada kreditlər ayrılmalıdır”. İqtisadçı ekspert bankların manatla kredit verməyə meylli olmasını da stimullaşdırılmağı vacib sayır: "Milli valyutada olan kreditlərin fiaz dərəcələrinə Mərkəzi Bankın tətbiq etdiyi yuxarı hədd götürülməlidir (hazırda istehlak kreditləri üzrə 29%, mikrokreditlər üzrə 25%-dir). Əvəzində xarici valyutada olan kreditlər üzrə daha da endirilməlidir. Bu hədd mikrokreditlər üçün 17-18%, istehlak kreditləri üçün 20% ola bilər”. Təbii ki, bütün bunlar təklifdir və hər şey AMB-nin, həmçinin yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasının atacağı addımlardan asılı olacaq. Amma bu addımlar elə atılmalıdır ki, kreditləşmə hansısa dairələrin gəlir əldə etməsi ilə yanaşı, həm də real sektorun inkişafına və geniş kütlələri işlə təmin edən manipulyativ ardıcıllığa səbəb olsun. Manat kreditləri olmadan isə bu, mümkün deyil.
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB