Qarabağda yerin altındakı milyonlar
Iqtisadiyyat
Oxunub: 279
7 noy 2025 | 16:00
Qarabağda yerin altındakı milyonlar


İşğaldan azad torpaqlarda çox ciddi təbii resurslar olması barədə ilkin məlumatlar əldə olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda səsləndirdiyi fikirlər ölkəmizin gələcək iqtisadi inkişaf istiqamətləri baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısının çıxışında diqqət çəkdiyi əsas məqamlar arasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı geoloji kəşfiyyat işləri xüsusi yer tutur. Prezidentin vurğuladığı kimi, bu ərazilərin təbii resurs potensialı hələ sovet dövründə lazımi səviyyədə öyrənilməmiş, müasir texnoloji imkanların məhdudluğu səbəbindən onların real iqtisadi dəyəri tam şəkildə müəyyən olunmayıb. Halbuki XXI əsrin müasir elmi-texnoloji şəraiti, peyk müşahidələri və uzaqdan zondlama üsulları bu regionların yer təkinin daha dərindən və dəqiq şəkildə tədqiq edilməsinə şərait yaradır.

Qarabağ və Şərqi Zəngəzur bölgələrinin iqtisadi inkişafında geoloji tədqiqatların rolu yalnız təbii resursların aşkarlanması ilə məhdudlaşmır. Bu proses eyni zamanda ölkənin ümumi sənaye potensialının güclənməsinə, regionlarda yeni iş yerlərinin yaradılmasına, infrastrukturun yenilənməsinə və yerli əhalinin sosial rifahının yüksəlməsinə yönəlmiş kompleks dövlət siyasətinin tərkib hissəsidir. Prezidentin qeyd etdiyi kimi, azad edilmiş ərazilərdə aparılan bu işlər gələcəkdə Azərbaycanın iqtisadi xəritəsində tamamilə yeni sənaye mərkəzlərinin formalaşmasına səbəb olacaq. Bu, həm də işğaldan azad olunmuş torpaqların bərpası və reabilitasiyası prosesində təbii resurslardan səmərəli istifadə modelinin qurulması baxımından strateji əhəmiyyət daşıyır.

Qarabağ və Şərqi Zəngəzur əraziləri uzun illər işğal altında qaldığından bu bölgələrdə hər hansı sistemli geoloji araşdırma aparılmayıb, qeyri-qanuni şəkildə mənimsənilmişdir. İndi isə Azərbaycan dövləti bu ərazilərdə müasir texnologiyalar əsasında elmi əsaslı tədqiqat işlərinə start verərək, həm iqtisadi, həm də elmi baxımdan mühüm nəticələr əldə etməyi hədəfləyir. Ənənəvi qızıl, mis, gümüş və digər metal yataqlarının yenidən qiymətləndirilməsi ilə yanaşı, qeyri-ənənəvi enerji resurslarının və nadir torpaq elementlərinin aşkarlanması istiqamətində aparılan işlər ölkəmizin iqtisadi təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edəcək.

Bütün bunlar Prezidentin “azad edilmiş torpaqlar Azərbaycanın gələcəyidir” fikrinin praktiki təsdiqidir. Qarabağ və Şərqi Zəngəzurun bərpası təkcə infrastrukturun yenidən qurulması deyil, həm də yeni iqtisadi-sənaye həyatının əsasının qoyulması deməkdir. Geoloji kəşfiyyat işləri bu prosesin başlanğıc mərhələsində həlledici rol oynayır, çünki təbii sərvətlərin dəqiq müəyyənləşdirilməsi gələcəkdə investisiya cəlbi, istehsal müəssisələrinin qurulması və yerli əmək bazarının formalaşması üçün elmi baza yaradır.

Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər yalnız elmi və texnoloji məsələlərə deyil, həm də milli iqtisadi strategiyanın yeni mərhələsinə işarə edir. Qarabağ və Şərqi Zəngəzurda aparılan geoloji tədqiqatlar Azərbaycanın iqtisadi suverenliyinin möhkəmlənməsi, regional inkişafın sürətlənməsi və bərpa olunmuş ərazilərin dayanıqlı sosial-iqtisadi model əsasında inkişafı üçün mühüm təməl rolunu oynayır.

Sabiq maliyyə naziri Fikrət Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bildirib: “Qarabağ və Şərqi Zəngəzur torpaqlarımız təbiəti ehtiyatlarla zəngindir. Lakin bu torpaqlarda erməni separatçılarının otuz illik işğalı dövründə Azərbaycan heç bir geoloji kəşfiyyat işləri apara bilməmişdi. Erməni separatçıları otuz ildə bu torpaqlarda təbii resursları vəhşicəsinə istismar etmiş və regionun ekologiyasına ciddi ziyan vurmuşdular. İnsan heç vaxt öz torpağında belə vəhşilik törətməz. Ermənilərin bu cür vəhşiliyin kökündə dayanan əsas isə bu idi ki, onlar bu torpaqların sahibi deyildilər. Biz indi, torpaqlarımızın işğaldan azad edilməsindən sonra, müstəqil dövlət kimi orada ən müasir texnologiyalardan istifadə etməklə geoloji kəşfiyyat işləri aparmağa başlamışıq. Heç şübhə etmirəm ki, aparılan tədqiqatlar bu torpaqların təbii sərvətlərlə nə qədər zəngin olduğunu aşkara çıxaracaq. Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki çıxışında "hesab edirəm ki, yaxın bir neçə ay ərzində bizə çox yaxşı xəbərlər gələcək" deməsi, bizə əsas verir ki, o torpaqlarda çox ciddi təbii resurslar barədə artıq ilkin məlumatlar əldə olunub. Təbii ki, aşkar ediləcək təbii resurslar Azərbaycan iqtisadiyyatına yeni töhfələr verəcək, işğaldan azad olunmuş torpaqlarımızda iqtisadiyyat yüksələn xətlə inkişaf edəcək və ən əsası isə yenicə məskunlaşdırmağa başladığımız bu torpaqlarımızda çoxsaylı iş yerləri açılacaq".
Bu gün, 01:03
42 İllik Ömür Yolunda Sözə və İnsanlara Sədaqət – Rüstəm Zaidoğlu
Dünən, 22:59
Azərbaycandan Karabükə mənalı təltif: Mehmet Çetinkayaya Türk Dünyası Şərəf Ordeni təqdim edilib
12-09-2026, 12:00
İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
12-09-2026, 11:33
Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video
12-09-2026, 11:28
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
12-09-2026, 10:58
“Bu, Rusiya ilə müharibə deməkdir”
12-09-2026, 10:24
“Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
12-09-2026, 10:00
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
12-09-2026, 09:42
Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
12-09-2026, 09:15
Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
12-09-2026, 09:00
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
12-09-2026, 00:49
Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
11-09-2026, 16:00
İrəvan nəticə çıxarmalıdır - Bakıdan KRİTİK xəbərdarlıq
11-09-2026, 15:30
Paşinyan referenduma getməyəcək? – Bakıdan MÖVQE
11-09-2026, 14:22
Avropadan Şah İsmayıl qüdrətinin 475 illik təsviri - “Heç bir ordu qarşılarında dayana bilmirdi”
11-09-2026, 14:00
“Hitlerin davamçıları” hakimiyyətə gəlmək üzrədir - Almaniya gizli hərbi planını onlara verməyəcək
11-09-2026, 13:44
"UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
11-09-2026, 13:39
ABŞ-İran savaşı BU TARİXDƏ bitir
11-09-2026, 13:38
Azərbaycan və Ermənistan liderlərinin son görüşü ilə bağlı VACİB AÇIQLAMA
11-09-2026, 13:35
Prezidentə müraciət etdilər
11-09-2026, 13:16
Duqinin yeni xülyası - postsovet ölkələrinə HƏDƏ
11-09-2026, 12:00
Türkiyə onları bir araya gətirdi: Mühüm razılaşma
11-09-2026, 11:30
Ağdərədə mina partladı - Xəsarət alan var
11-09-2026, 11:06
Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
11-09-2026, 11:02
Dövlət bağçalarında yerlərin sayı artırılıb
11-09-2026, 10:59
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
11-09-2026, 10:27
İsrail "Hizbullah"ın alınmaz qalasını məhv etdi