Gəncə Avtomobil Zavodu' “Avro 5” standartına uyğun avtobusların istehsalına başlayacaq
Iqtisadiyyat
Oxunub: 844
18 mar 2016 | 16:06
GAZ-dan verilən məlumata görə sınaq məqsədi ilə zavoda Belarusdan CNG qaz mühərrikli avtobus gətirilib. Bu cür avtobusların istismarı həm iqtisadi baxımdan səmərəli, həm də ekoloji cəhətdən münasibdir. Həmin avtobusun Bakı şəhərində sınaqdan keçirilməsi üçün “BakuBus” şirkəti ilə razılığa da gəlinib. “Avro 5” standartlarına cavab verən ikinci model avtobusların isə Gəncə, Sumqayıt və digər şəhərlərin sərnişin daşınmasında istismarı əlverişlidir.

Gələcəkdə zavodda tətbiq olunan yeniliklərdən sonra yerli istehsal hesabına bu avtobusların maya dəyəri 25-30 faiz aşağı düşəcək.
Gəncə Avtomobil Zavodu' “Avro 5” standartına uyğun avtobusların istehsalına başlayacaq
Belarusyalı mütəxəssislər ilə birgə hazırda avtobusların karkas və interyer istehsalının yaradılması ilə bağlı işlər davam etdirilir. Gələcəkdə isə nəinki Belarus, eləcə də İtaliya və Almaniyadan gətirilən şassi üzərində müxtəlif dizaynda və beynəlxalq standartlara cavab verən avtobusların karkas hissəsinin və interyerin istehsalını təşkil etmək mümkün olacaq. Zavodun mütəxəssisləri Almaniya avadanlığını MAZ şassisi üzərinə quraşdırmaq üçün konstruktiv dəyişiklik ediblər. Görülən işlər alman və Belarus mühəndis-konstruktorlar tərəfindən yüksək qiymətləndirilib.

Zavodun məhsullarının yalnız daxili bazarda deyil, həm də Türkiyə, Qazaxıstan, Gürcüstan və s. ölkələrin bazarlarında yer alması üçün ixrac imkanları araşdırılır. Bu məqsədlə zavodun Gürcüstanda nümayəndəliyi fəaliyyətə başlayıb. Ötən il zavod Gürcüstana 358 min manat dəyərində texnika ixrac edib. Hazırda müəssisə Belarusdan olan tərəfdaşlarla birgə Gürcüstanda xüsusi təyinatlı texnika və avtobusların alınması ilə bağlı tenderdə iştirak edir. Razılığa əsasən, zavod tenderdə qalib gələcəyi halda, texnikalara texniki xidmət göstərəcək.

Qeyd edək ki, Gəncə avtomobil zavodu ötən il 86 milyon 583 min manat dəyərində məhsul istehsalı ilə ən yüksək göstəriciyə nail olub. Hazırda zavodda 600-dən çox işçi çalışır. İlk dəfə “Oka”, UAZ, “CanQan” avtomobillərinin yığımı ilə işə başlayan müəssisədə hal - hazırda 35 çeşiddə, müxtəlif modifikasiyalarda texnika istehsal edilir. 2007-ci ildən isə “Belarus” traktorlarının yığımına başlanılıb. Bu günə qədər istehsal müəssisəsində 8 model üzrə traktor, o cümlədən xüsusi təyinatlı, mini traktorlar istehsal edilib ki, onlardan da 5737-si dövlət sifarişi əsasında “Aqrolizinq” ASC-yə, 497-si isə fermerlərə və fərdi sahibkarlara satılıb. Fəaliyyət göstərdiyi dövrdə zavodda 20 modeldə, müxtəlif modifikasiyalarda 2600 MAZ, “Kamaz”, “Ural” avtomobillərinin yığımı həyata keçirilib.

http://www.ganjanews.az
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu