Ekspert: Mənzillərin bahalaşması üçün əsas yoxdur
Iqtisadiyyat
Oxunub: 971
17 mar 2016 | 10:38
Ekspert: Mənzillərin bahalaşması üçün əsas yoxdur











Vüqar Bayramov narahatlığını ifadə edib

Neftin dünya bazar qiyməti aşağı düşəndən bəri bəzi ekspertlər, hər ay olmasa da rübdə bir dəfə gələn aydan mənzil bazarında qiymətlərin yüksələcəyi ilə bağlı açıqlamalar yayırlar.Bu günlərdə yenidən əmlak bazarında qiymət artımları ilə bağlı açıqlama yayılıb.

Bu məlumatlarda məqsəd aydındır: qiymət artımları ilə bağlı məlumatı oxuyan müəyyən qədər pulu olan və ev axtaran alıcı mənzil bazarına daxil olacaq və “qiymət artımları” baş vermədən ev almağa tələsəcək.

Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri (CESD) Vüqar Bayramov bildirib.

Ekspert hesab edir ki, bu cür situasiyada ən çox itiriən vətəndaşlar olacaq:

“Yəni vətəndaş düşünəcək ki, qiymət artacaq, tez alım ki, ucuz alım. Bununla da süni tələb formalaşacaq, süni qiymət artımları baş verəcək və nəticədə insanlar itirəcək, bir qrup “makler-biznesmenlər” qazanacaq”.

“Sanki əmlak bazarında hamı əlində pul ev axtarır, amma mənzil tapa bilmir. Halbuki, bazarda elə mənzillər var ki, nəinki aylardır, hətta illərdir alıcısını tapa bilmir.

Qiymətdə Almaniyanın paytaxtı Berlin ilə “rəqabətə” girən Bakının mənzil bazarında əslində neft bumu dövrü yaranan “köpüklər” yavaş-yavaş partlamaqdadır. Belə məlumatlar ilə yenidən əmlak bazarında belə “köpüklər” yaradıb insanları mənzil almaq imkanından mərhum etməyə nə ehtiyac var? Maraqlıdır, mənzillərin qiyməti niyə artmalıdır? Neftin qiyməti kəskin yüksəlibmi? İpoteka krediti bərpa olunubmu?

Banklar kredit faizlərini kəskin aşağı salıbmı? Rusiyadan Azərbaycana göndərilən pulların həcmi artıbmı? Dövriyyədəki pulun həcminin azaldığı bir zamanda əmlak bazarına yeni vəsait daxil olubmu? Bunların heç biri baş verməyib. O zaman mənzillərin qiyməti niyə artmalıdır ki?”, - deyə iqtisadçı narahatlığını ifadə edib.
Bu gün, 12:11
Hamı onlardan danışır - FOTOLAR
Bu gün, 12:05
Son Dəqiqə: Çindən təcili xəbərdarlıq - "İranı dərhal tərk edin"
Bu gün, 11:55
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:47
İki nəfərdən 49 kq narkotik götürüldü - Video
Bu gün, 10:50
Aİ Azərbaycanın 5 gəmisinin sanksiyalarını - Ləğv etdi
Bu gün, 10:46
5 güləşçimiz mübarizəyə başlayır
Bu gün, 09:59
Dövlət qurumundakı əməliyyatlarda 8 nəfər həbs edilib - Rəsmi
Bu gün, 09:54
Ərdoğan göz yaşlarını saxlaya bilmədi - Video
Bu gün, 09:38
SON DƏQİQƏ! Torpaq uçqunu oldu: ölən var - VİDEO
Bu gün, 09:27
Makron siyasəti tərk edir
Bu gün, 09:24
Zelenski Aİ-nin ayırdığı 90 milyardın nəyə xərclənəcəyini açıqladı
Bu gün, 09:20
Azərbaycanda toylarla bağlı qadağalar gəlir?
Bu gün, 09:16
Qırıcılarla dolu olan gəmi Yaxın Şərqə çatıb
Bu gün, 09:16
Rusiyadan gələn 19 tonluq ZƏHƏR - Təhlükəli yağ Azərbaycana necə daxil olub?
Bu gün, 09:11
Bu qəsəbədə evlər sürətlə bahalaşır: Torpaq tapmaq çətinləşib - FOTO
Bu gün, 09:00
“Türk faktoru” NATO-da hegemoniya qazanır: Türkiyə hərbi blokadanı yardı, indi şərtləri diqtə edir
Dünən, 16:00
Tramp Bakıdan imzasını istədiyi sazişi arxivə göndərdi
Dünən, 15:46
Dövlət Xidmətində əməliyyat keçirildi, iki vəzifəli şəxs saxlanıldı
Dünən, 15:30
İrəvanın bir ayağı yenə “gor”da
Dünən, 13:20
Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi - Video
Dünən, 13:15
Yeni təyinatlarla bağlı məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Dünən, 12:55
Prezidentdən qurultay iştirakçılarına - Müraciət
Dünən, 11:52
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI
Dünən, 11:47
"Yeni Klinika"ya direktor təyin olundu
Dünən, 11:40
Brüssel açıqladı: İran müharibəsinə görə gündə təkcə enerjidə 500 mln avro itiririk
Dünən, 11:36
Ağ Evdən ilginc Ankara açıqlaması: Brilikdə həll edə bilərik...
Dünən, 10:38
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri