Banka borcu olanları həbs etməyə başladılar - Bakıda ŞOK olay
Azərbaycanda banklara borcu olanları həbs etməyə başlayıblar. Qaynar.info xəbər verir ki, bu barədə bank üzrə ekspert, vəkil Əkrəm Həsənov məlumat yayıb
"11 mart tarixdə Səbail rayon məhkəməsinin hakimi Rauf Əhmədov 28 yaşlı Vahid Kərimovu borca görə 10 gün müddətinə həbs edib. İşin qısa mahiyyəti belədir. Bir vətəndaşın Rabitəbanka 7225,7 manat borcu var. Həmin borc üzrə girov da var. Üstəlik 3 zamin də var. Zaminlərdən biri cümə günü həbs edilən Kərimovdur. Kərimovun 2 və 3 yaşında körpə uşağı var. Özü və həyat yoldaşı işləmirlər. Buna baxmayaraq, zamin olduğu borc üzrə birtəhər 200 manat tapıb ödəyib. Borclu və digər zaminlər isə heç nə ödəməyib, onları narahat edən də yoxdur. İcra məmurları girova da tutma yönətməyə tələsmir. Yalnız fağır gördükləri Kərimovu təqib edirlər ki, gəl ödə filankəsin borcunu”.
Ə. Həsənov yazıb ki, martın 11-də (və ya 10 martda, çünki protokolda 2 tarix var və ən azı buna görə protokol qanunsuzdur!) icra məmuru protokol tərtib edərək Kərimova qarşı inzibati xəta haqqında işin icraatına başlayıb. Dərhal da hakim Əhmədov İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə ("Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi”) əsasən Kərimovu həbs edib.
"Bu qanunsuzluqdur! Çünki sözügedən maddəyə görə məsuliyyət yalnız borcun üzrsüz səbəbdən ödənilməməsi halında ola bilər. Hakim qərarının əvvəlində özü Kərimovu "iki azyaşlı uşağı olan, işləməyən” kimi xarakterizə edir. Gəliri olmayan, heç 2 körpəsini saxlamağa pulu olmayan şəxs başqasının borcunu nəyin hesabına ödəməlidir? Gəliri yoxdursa, deməli, məhkəmə qararını üzrlü səbəbdən icra etmir. Yəni bunu anlamaq belə çətindir hakim üçün? Kərimovun təqsiri nədir?”
Qəbul edilmiş qərar Azərbaycanın qoşulduğu "Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Pakt”ın 11-ci maddəsinin və "Avropa İnsan Hüquqları Konvensiyası”nın 4-cü Protokolunun 1-ci maddəsinin kobud şəkildə pozulmasıdır. Həmin sənədlərə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Buna görə də iş Avropa Məhkəməsinə getsə, məsələ birmənalı olaraq Kərimovun xeyrinə həll olunacaq.
"Kərimov elə martın 11-də özü qərardan apellyasiya şikayəti verib. Martın 12-də isə onun ailəsi Antikollektora müraciət edib. Bu gündən etibarən mən Kərimovun vəkiliyəm. Bu gün saat 16.00-da Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə apellyasiya şikayətinə baxılacaq. Hazırda apellyasiya şikayətinə əlavəni hazırlayıram.
Ümid edirəm ki, 2 körpənin atasını azad edə biləcəyik və bununla da bankların hücumunu kökündə dəf edəcəyik. Əks halda, Avropa Məhkəməsinədək gedəcəyik! Görəsən, qanunları kobud şəkildə pozaraq əhalini narazı salan və Avropa Məhkəməsində dövlətimizin birmənalı uduzacağı işlərə təkan verərək bizi dünyada rüsvay edən kimlərdir? Görəsən, ilk qaranquşun Rabitəbank olması təsadüfdürmü? Axı həmin bankın Müşahidə Şurasının sədri Zakir Nuriyev həmçinin Banklar Assosiasiyasının da Prezidentidir. Bugünkü qərarın nəticəsindən asılı olmayaraq hörmət bəslədiyim Zakir müəllimə ayrıca müraciət edəcəyəm”.
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
19-09-2026, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
19-09-2026, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
19-09-2026, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
19-09-2026, 09:32
Dünya bazarında neft ucuzlaşdı
19-09-2026, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
19-09-2026, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
19-09-2026, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı