Sevindirici BİABIRÇILIQ
Iqtisadiyyat
Oxunub: 3 446
7 mar 2016 | 10:52
Sevindirici BİABIRÇILIQ










Toyda gəlinin qızılla bəzədilməsi ənənəsi aradan qalxır

İnsanlar gümüşdən hazırlanan bəzək əşyalarına üstünlük verməyə başlayıblar. Zinət əşyalarının qiymətləri isə ərşə qalxıb Hələ qədimdən toy zamanı gəlini qızıllarla bəzəmək bir adət, həm də qohum-əqrəba, qonum-qonşu yanında fəxr sayılıb. Azərbaycanda da bu ənənə illərdir davam etdirilirdi. Ta ki, əlahəzrət devalvasiya qapıya dayananadək… Belə ki, Sputnik əməkdaşı bu məsələ ilə əlaqədar maraqlı faktlar əldə edib. Paytaxtın məşhur Mərkəzi Univermağında (MUM) durğunluq hökm sürür, müştəri gözə dəymirdi. Satıcılar bekarçılıqdan kimisi telefonla başını qatır, kimisi bir-biri ilə dərdləşirdi. Yaxınlaşıb bəzi qızılların qiymətinə baxdım. Dəhşətə gəlməmək mümkün deyildi. Gəlin bəzədilməsi üçün minimal 6000 manat tələb olunur. "Müştəri yoxdur. Qiymətlər istəməsək də, dollara görə bahalaşır, müştərilər də qaçır. Əvvəllər, heç olmasa bir az gəlirimiz olurdu, indi heç icarə pulunu da çıxara bilmirik. Hətta bəzi satıcılar icarə haqqını verə bilmədiklərinə görə işlərini bağlayıblar. Belə getsə, biz də işimizi dayandırmalı olacağıq", —dedi söhbətləşdiyimiz satıcılardan biri. Öyrəndiyimiz daha ilginc fakt isə ondan ibarətdir ki, devalvasiya və nəticədə qiymətlərin kəskin bahalaşması camaatın illərlə yaşatdığı adət-ənənəsinin dəyişməsinə səbəb olub. Belə ki, artıq insanlar gəlin bəzədilməsi üçün qızıl deyil, gümüş zinət əşyalarından istifadə etməyə başlayıb. Bu reallığı diqqətə çatdıran növbəti həmsöhbətimiz zərgərdir. Xüsusi sifarişlər qəbul edir, bunun əsasıda qızıl və gümüşdən bəzək əşyaları hazırlayır. "Son 1 aya yaxın müddət ərzində 10-a yaxın sifariş almışam ki, gəlin bəzədilməsində gümüş əşyaların olmasını istəyiblər. Əvvəllər heç vaxt bu cür hadisə olmamışdı, 40 ildir bu işin içindəyəm, gümüş əşyalarla gəlin bəzədildiyini indilərdə görürəm. Neynəmək olar, camaatda pul yoxdur", —deyir zərgər. Onun sözlərinə görə, gəlin bəzədilməsi üçün bir komplekt qızılla bir komplekt gümüşün qiyməti arasında 5 dəfəyədək fərq var: "Qızılın özü çox baha başa gəlir, üztəlik üzərində brilliant qaşlar olur. Gümüş isə həm zatən qızıldan xeyli ucuzdur, həm də adətən gümüş əşyaların üzərində əlavə bəzəklər olmur". MUM yaxınlığında həmsöhbət olduğumuz Rəhimə xanım da gümüş bəzəklərlə gəlin bəzədilməsini ilk dəfədir eşitdiyini deyir: "Vallah, gümüşü adətən kişilər istifadə edir, o da toy-nişan üzüyü üçün deyil, gündəlik həyatda. Qadının zinət əşyası qızıldır. Üstəlik gəlin bəzəməkdə gümüşdən istifadə etmək… Nə deyim, yazıq camaat…". Başqa bir həmsöhbətimiz Şəfəq Qədirova isə bu fakta təəccüblənmir: "Belə olmalıydı da. Böhran gec-tez adət-ənənələrimizə də çatmalıydı. Bu qədər qiymət artımının, bahalaşmanın qarşısında insanlar neyləsinlər? Biri biz özümüz, oğlumuzu evləndirməliyik, yaxınlarda nişan aparmağı düşünürük. Amma indi "ÇUM"dan çıxıram, qiymətlər əl yandırır. Hesablatdım, gəlinimi normal bəzəyə bilmək üçün 8500 manat pul lazımdır. Biz bu qədər pulu haradan alaq?". Belə… Deyəsən, hələ görəcək günlərimiz qabaqdadır.
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı