Ramin Musayev: “0:0 hesabına görə xal verməmək ideyası pis deyil”
Almaniyalı mütəxəssis Feliks Maqat maraqlı təkliflə çıxış edib. Apasport.az saytının yerli mətbuata istinadən xəbər verir ki, “Bavariya” klubunun sabiq baş məşqçisi futbolda 0:0 hesabına görə komandalara xal verilməsini doğru hesab etmir.Maqat qolsuz bərabərliklə nəticələnən oyunların həyəcanı yox etdiyini və müasir futbolda müdafiəyə meylli komandalara yer olmadığını söyləyib. 63 yaşlı mütəxəssisin bu ideyası müdafiə futboluna üstünlük verən komandalar üçün indidən həyəcan təbili ola bilər.
“Məsələn, 0:0 hesabı ilə başa çatan görüşdə hər iki komandaya xal verilməməyini təklif edirəm. Yalnız qollu bərabərliyə 1 xal verilsin və qalib gələn tərəf indiki kimi, 3 xal qazansın. Belə bir qərar futbolu daha da canlandıracaq, müdafiə oyunu göstərən komandaların strategiyası dəyişəcək” – deyə, Maqat bildirib.
O, həm də basketbol və xokkeydəki kimi, futbolda da pley-off sisteminin tətbiq edilməsinin tərəfdarı olduğunu vurğulayıb: “Pley-off mərhələsinin futbol üçün ən ədalətli sistem olduğunu düşünürəm. Oyunçuların zədələnməsi, hakim səhvləri, ya da hansısa görüşdə zəif çıxış etməyiniz sizi çempionluqdan məhrum edə bilər. Pley-off sistemləri bunlara imkan verməyəcək”.
Maraq üçün əlavə edək ki, Topaz Premyer Liqasının cari mövsümündə baş tutan 105 oyundan 13-də qol vurulmayıb. Bu isə qarşılaşmaların 12,4 faizi deməkdi. Ən çox qolsuz bərabərə qalan komanda isə “Zirə”di. Çempionatın debütantı 5 görüşdə rəqibləri isə 0:0 edib. “İnter”, “Rəvan” 4, AZAL, “Kəpəz” 3, “Qəbələ”, “Sumqayıt” 2, “Neftçi”, “Qarabağ” və “Xəzər Lənkəran” isə 1 dəfə qolsuz heç-heçəyə görə aktivlərinə 1 xal yazdırıblar.
Maqatın bu təklifinə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevdən də münasibət öyrənməyə çalışdıq. PFL rəhbəri bu sistemin yüksək liqalarda tətbiqinin doğru olmadığını hesab edir: “Sabah da hansısa mütəxəssis təklif edəcək ki, 5-dən çox qol vurulmasın. Əslində, 0:0 hesabına görə xal verilməməyi ideyası pis deyil. Bununla sürətli futbol izləmək, qol görmək olar. Amma digər tərəfdən də razılaşmıram. Təsəvvür edin, komanda var ki, ona 1 xal bəs edir və müdafiəyə oturur. Rəqib də çox güclüdü, onunla heç-heçə etmək uğurlu nəticə olar. Belə bir qərar verilərsə, komanda qol vurmağa çalışacaq. Ancaq uduzarsa, bəlkə də çempionluq əldən gedəcək və bir illik əziyyət hədər olacaq. Məncə, bu sistemi aşağı liqalarda tətbiq etmək olar”.
Bu gün, 16:00
Paşinyan hakimiyyətinin sonunun başlanğıcı?
Bu gün, 15:30
Varlı azərbaycanlıların yeni modası - xaricdə doğuş
Bu gün, 14:22
Yaxın Şərq: Hörmüz boğazı, Trampın böyük sövdələşmə axtarışı, Livan-İsrail razılaşaması
Bu gün, 13:37
Köhnə pulları nə etməliyik? - RƏSMİ
Bu gün, 13:27
Azərbaycanda əhalinin təbii artımı təxminən 30 faiz azalıb
Bu gün, 13:12
Bu əşyaları zibilqabıya atsanız 300 manat cərimə OLUNACAQSIZ
Bu gün, 12:30
Leyla Əliyeva və Alyona Əliyeva "Yaddaşa həkk olunan təsvir" adlı sərginin açılışında - FOTO
Bu gün, 12:25
Elçin Quliyev Hacı Əliyevə rütbə verdi - FOTO
Bu gün, 12:21
Bakının məşhur kafesi sökülür? - RƏSMİ AÇIQLAMA
Bu gün, 11:51
Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır - FOTO
Bu gün, 11:37
Trampdan Putinə gözlənilməz ağır zərbə
Bu gün, 09:54
Müharibəni dayandıran adam: Məhəmmədin Şahbaz oğlu
Bu gün, 09:49
Rusiya XİN Azərbaycana TƏŞƏKKÜR ETDİ
Bu gün, 09:44
Bank kartları ilə bağlı YENİ QƏRAR: Tariflər iyunun 1-dən dəyişəcək
Bu gün, 09:35
Son Dəqiqə: Livanın cənubundakı Bint Cbeil şəhəri mühasirəyə alınıb
Bu gün, 09:31
İslamabadda İran rəsmilərinə sui-qəsd cəhdi olub?
Bu gün, 09:26
Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş
Bu gün, 09:04
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür
Bu gün, 09:00
Xalq artistinin oğlu ABŞ pasportu aldı - FOTO
Dünən, 16:00
İran: ABŞ-la danışıqlar baş tuta bilər, amma...
Dünən, 15:30
Putin və Tramp ŞOKDA - Böyük güclərin savaşında “qurban gedən” lider
Dünən, 14:22
Cərimələrlə bağlı yeni qayda tətbiq oluna bilər
Dünən, 13:33
Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyan 2 nəfər həbs edildi - VİDEO
Dünən, 13:14
Türkiyədə məktəbə silahlı hücum - 13 yaralı
Dünən, 12:54
Prezident yeni səfiri qəbul etdi - FOTOLAR
Dünən, 12:18
Füzulidə mina partladı - Ölən var
Dünən, 11:43
Gədəbəydə icra rəisi və icra məmuru aliment, borc pullarını “yeyib”lər – ŞOK CİNAYƏT