“Azərbaycan yığmasını siyahıdan silməyə tələsməyin” - MÜSAHİBƏ
Idman
Oxunub: 1 201
9 fev 2016 | 20:35
Futzal üzrə Azərbaycan yığması bu gün Avropa çempionatının 1/4 final mərhələsində Rusiya ilə qarşılaşacaq. Apasport.az saytı xəbər verir ki, rəqib komandanın baş məşqçisi Sergey Skoroviç qarşılaşma öncəsi yerli mətbuata geniş müsahibə verib.

- Qrup mərhələsindəki çıxışınız ürəyinizcə oldu?

- Qənaətbəxş saymaq olar. Əsas odu ki, ilk hədəfimiz olan qrup səddini aşa bildik. Həm Qazaxıstan (2:1), həm də Xorvatiya (2:2) ilə görüşdə çox çətinlik çəkdik. Əlbəttə ki, səhvlərimiz də oldu. Bunların üzərində çalışmalı və vəziyyəti düzəltməli olduğumuzu bilirəm.
“Azərbaycan yığmasını siyahıdan silməyə tələsməyin” - MÜSAHİBƏ
- Komandada nədən narazısınız?

- Hücum gücündən. Adətən Rusiya millisi güclü hücum xətti ilə seçilir. Ancaq bu turnirdə istədiyimiz qədər qol vəziyyəti yarada və fərqlənə bilmirik. Az qol şansı yaratmaq yaxşı hal deyil. Fikrimcə, oyundan-oyuna bu durumu düzəldəcəyik.

- İndi sizi Azərbaycanla oyun gözləyir. Bu rəqibi yaxşı tanıyırsınız?

- Əlbəttə. Onların bu turnirdəki hər iki matçını izləmişik. Həmçinin Azərbaycan yığması ilə bağlı məlumata da malikik. Güclü komandadı, onlara hörmətlə yanaşmaq lazımdı. Ancaq yarımfinala birimiz çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, bu komanda Rusiya olsun.

- Azərbaycan yığması sizdə necə təəssürat yaradır?

- Çexiya ilə matçda əsl əzmkarlıq göstərdilər. İtaliya kimi komandaya uduzsalar da, onlara qarşı layiqli mübarizə apardılar. Düzdü, həmin görüşdə qol vura bilmədilər. Sadəcə, italyanlar ələ düşən imkanlardan lazımınca yararlanıb, qələbə qazandılar. Məncə, Azərbaycan yığmasını siyahıdan silməyə tələsməyin.

- Oyunöncəsi futbolçularda fiziki hazırlığın bərpası üçün lazımi qədər vaxtınız oldu?

- Vaxt çox məhduddu. İki gün əvvəl qrupdakı son matçımızı oynadıq, dünən bərpa prosesi keçdik. Bu gün də növbəti görüşə çıxacağıq. Oyunçuların fərdi cəhətdən bərpası baxımından narahatlığımız var. Ancaq bu vəziyyətdən problemsiz çıxmaq üçün əlimizdən gələni edirik.

- Matçın başlamasına az vaxt qalıb. Sizdə narahatlıq varmı?

- Dünən axşam çox rahat idim. Bilirəm ki, bizim komandamız istədiyi oyunu meydanda sərgiləyəcək gücdədi. Hamının gözlədiyi oyunu göstərməsək də, əsas odu ki, nəticə qazana bilirik. Ümid edirəm ki, uğurlu nəticələrin davamını gətirə biləcəyik. Mən hətta belə oyuna da razıyam, təki Azərbaycanı, eləcə də ondan sonrakı iki rəqibi məğlub edək.

- Rusiya yığması çempionatın favoritləri arasında göstərilir. Bu, futbolçulara əlavə psixoloji təzyiq yaratmır?

- Ötən Avropa çempionatının finalçısı olduğumuz üçün indi favoritlər arasında göstərilməyimiz normaldı. Bunlar sadəcə, statistikalara əsasən müəyyən edilir. Ancaq meydanda statistika rol oynamır. Belə turnirdə bütün rəqiblər güclü, oyunlar çətin olur. Portuqaliya qrup mərhələsində Serbiyaya məğlub olmuşdu. Bunu kim təxmin edə bilərdi? Turnir təkcə İspaniya və İtaliyadan ibarət deyil.
Bu gün, 16:00
Paşinyan hakimiyyətinin sonunun başlanğıcı?
Bu gün, 15:30
Varlı azərbaycanlıların yeni modası - xaricdə doğuş
Bu gün, 14:22
Yaxın Şərq: Hörmüz boğazı, Trampın böyük sövdələşmə axtarışı, Livan-İsrail razılaşaması
Bu gün, 13:37
Köhnə pulları nə etməliyik? - RƏSMİ
Bu gün, 13:27
Azərbaycanda əhalinin təbii artımı təxminən 30 faiz azalıb
Bu gün, 13:12
Bu əşyaları zibilqabıya atsanız 300 manat cərimə OLUNACAQSIZ
Bu gün, 12:30
Leyla Əliyeva və Alyona Əliyeva "Yaddaşa həkk olunan təsvir" adlı sərginin açılışında - FOTO
Bu gün, 12:25
Elçin Quliyev Hacı Əliyevə rütbə verdi - FOTO
Bu gün, 12:21
Bakının məşhur kafesi sökülür? - RƏSMİ AÇIQLAMA
Bu gün, 11:51
Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır - FOTO
Bu gün, 11:37
Trampdan Putinə gözlənilməz ağır zərbə
Bu gün, 09:54
Müharibəni dayandıran adam: Məhəmmədin Şahbaz oğlu
Bu gün, 09:49
Rusiya XİN Azərbaycana TƏŞƏKKÜR ETDİ
Bu gün, 09:44
Bank kartları ilə bağlı YENİ QƏRAR: Tariflər iyunun 1-dən dəyişəcək
Bu gün, 09:35
Son Dəqiqə: Livanın cənubundakı Bint Cbeil şəhəri mühasirəyə alınıb
Bu gün, 09:31
İslamabadda İran rəsmilərinə sui-qəsd cəhdi olub?
Bu gün, 09:26
Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş
Bu gün, 09:04
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür
Bu gün, 09:00
Xalq artistinin oğlu ABŞ pasportu aldı - FOTO
Dünən, 16:00
İran: ABŞ-la danışıqlar baş tuta bilər, amma...
Dünən, 15:30
Putin və Tramp ŞOKDA - Böyük güclərin savaşında “qurban gedən” lider
Dünən, 14:22
Cərimələrlə bağlı yeni qayda tətbiq oluna bilər
Dünən, 13:33
Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyan 2 nəfər həbs edildi - VİDEO
Dünən, 13:14
Türkiyədə məktəbə silahlı hücum - 13 yaralı
Dünən, 12:54
Prezident yeni səfiri qəbul etdi - FOTOLAR
Dünən, 12:18
Füzulidə mina partladı - Ölən var
Dünən, 11:43
Gədəbəydə icra rəisi və icra məmuru aliment, borc pullarını “yeyib”lər – ŞOK CİNAYƏT