“Gələcəyini düzgün qur” şüarı altında forum keçirildi
Idman
Oxunub: 295
5 dek 2022 | 15:44
“Gələcəyini düzgün qur” şüarı altında forum keçirildi


"Gələcəyini düzgün qur” şüarı altında "Sabunçu Gənclər Evi”nin və "Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin birgə təşkilatçılığı ilə forum keçirildi.

Forumda məqsəd cəmiyyətimizdə, xüsusilə gənc nəslimizin nümayəndələri arasında narkomaniya və narkomanlığa qarşı təbliğat işlərini gücləndirmək, gənclərin qarşılaşa biləcəkləri risklər barədə onları məlumatlandırmaq, onları bu bəladan müdafiə etmək və sağlam həyata motivasiyalarını daha da gücləndirməkdir.

Azərbaycan gənclərini bu sahədə daha məlumatlandırmaq, onlara bu bəla ilə daha fəal mübarizə aparmaq üçün əlavə motivasiya vermək və bu istiqamətdə görülən işlərə yeni gəncləri cəlb etməkdir.

"Sabunçu Gənclər Evi”nin "Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin təşkilatçılığı ilə keçirilən forumda Milli Məclisin deputatı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupundan, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsindən, Ombudsman Aparatından, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən nümayəndələr və gənclər iştirak ediblər.

Narkomaniyanın yalnız Azərbaycan üçün deyil, ümumiyyətlə, bütün bəşəriyyət üçün sosial bəlaya çevrilib. Azərbaycanın əlverişli coğrafi-strateji mövqeyindən sui-istifadə edən narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan narko-işbazlar ölkə daxilində də narkomanlığın yayılması üçün şərait yaradırlar.

Narkomanlıq kimi bəla ilə mübarizədə ciddi nailiyyətlər əldə etmək üçün qabaqlıyıcı tədbirlərin görülməsi, ilk növbədə, ailədə, məktəbdə, ali təhsil ocaqlarında maarifləndirmə işlərinin aparılması önəmlidir.

Azərbaycan cəmiyyətinin narkomanlıq və narkobiznes kimi bəlalar barədə məlumatlandırılması və maarifləndirilməsi işində məhz gənclər ən aktiv mövqedə olmalıdırlar.

Çıxışlardan sonra forumda iştirak edən gənclər, onları maraqlandıran müxtəlif suallarla bağlı cavablar aldılar.


“Gələcəyini düzgün qur” şüarı altında forum keçirildi“Gələcəyini düzgün qur” şüarı altında forum keçirildi“Gələcəyini düzgün qur” şüarı altında forum keçirildi“Gələcəyini düzgün qur” şüarı altında forum keçirildi
Bu gün, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”