Bakıda Universal Döyüş idman növü üzrə üçüncü “Peşəkarlar Arasında Reytinq Yarışları” keçirildi - FOTOLAR
Idman
Oxunub: 490
17 avq 2022 | 18:47
Bakıda Universal Döyüş idman növü üzrə üçüncü “Peşəkarlar Arasında Reytinq Yarışları” keçirildi - FOTOLAR


Bu gün bütün dünyada əlbəyaxa döyüş növlərinə getdikcə artan maraq və bu idman növünün durmadan artan populyarlığından danışarkən, biz hər dəfə bu istiqamətdə Azərbaycan Universal Döyüş Federasiyasının məqsədyönlü və səmərəli fəaliyyətini də xüsusi qeyd etmişik. Məhz bu fəaliyyətin nəticəsində bu gün ölkəmizdə də əlbəyaxa döyüş növlərinə maraq getdikcə daha çox artır.

Artıq neçə müddətdir ki, SSRİ İdman ustası, Əməkdar Məşqçi, Azərbaycan Respublikası Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Azər Həsənovun rəhbərlik etdiyi Universal Döyüş Federasiyasının idmançıları mütəmadi olaraq istər Azərbaycanda, istərsə də xarici ölkələrdə keçirilən mötəbər yarış və turnirlərdə əldə etdikləri qələbələrlə bütün Azərbaycan gəncliyi üçün əsl örnək olurlar.

Həmçinin Federasiya mütəmadi olaraq ölkəmizdə də belə maraqlı yarış və turnirləri keçirməklə əlbəyaxa döyüş növlərinin ən yüksək səviyyədə təbliğini həyata keçirir. O cümlədən 14-avqust 2022-ci il tarixində Bakıda artıq ardıcıl olaraq üçüncü dəfə Peşəkarlar Arasında Reytinq Yarışları keçirilib. Azərbaycan Universal Döyüş Federasiyası, Azərbaycan Peşəkar Universal Döyüş Liqası və “Qartal” Peşəkar İdman Klubunun birgə layihəsi olan bu turnir paytaxtın Novxanı qəsəbəsində yerləşən möhtəşəm AF Hotel-də təşkil olunub.

AİA.Az xəbər verir ki, 7 çəki dərəcəsi üzrə keçirilən yarışda 55 kq Zəfər Abdulrəhmanov (Xaçmaz, “Əhməd Fight Club”); 60 kq çəki dərəcəsində Miradəm İbrahimov (Biləsuvar, “Zəfər” idman klubu); 65 kq çəkidə Məhəmmədəli Nuruşov (Bakı, “Suraxanı Fight Club”); 70 kq çəkidə Rəsul Quliyev (Biləsuvar, “Zəfər Fight Club”); 75 kq çəkidə Mirseymur Musazadə (“Qartal” PİK); 85 kq çəkidə İbrahim Adişov (Biləsuvar, “Zəfər” İK) və +90 kq çəkidə Qəzənfər Namazov (Xaçmaz, “Əhməd Fight Club”) yarışın qalibləri olmuşlar. Turnirin qalibləri həmçinin növbəti beynəlxalq yarışlarda iştirak etmək hüququ verən lisenziya əldə etmişlər.

Qeyd edək ki, Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənovun rəhbərliyi və “Qartal” Peşəkar İdman Klubunun prezidenti Yaqub İbrahimovun təşkilatçılığı ilə keçirilən bu yarış “Kəhriz” sularının baş sponsorluğu və “Berg” enerji içkilərinin, “Academy Qalib Hazırlıq Kursları”nın, “AF Hotel”in sponsorluğu və AİA.az (Azərbaycan İnformasiya Agentliyi) saytının təşkilati-informasiya dəstəyi ilə keçirilib.

Bakıda Universal Döyüş idman növü üzrə üçüncü “Peşəkarlar Arasında Reytinq Yarışları” keçirildi - FOTOLARBakıda Universal Döyüş idman növü üzrə üçüncü “Peşəkarlar Arasında Reytinq Yarışları” keçirildi - FOTOLARBakıda Universal Döyüş idman növü üzrə üçüncü “Peşəkarlar Arasında Reytinq Yarışları” keçirildi - FOTOLARBakıda Universal Döyüş idman növü üzrə üçüncü “Peşəkarlar Arasında Reytinq Yarışları” keçirildi - FOTOLARBakıda Universal Döyüş idman növü üzrə üçüncü “Peşəkarlar Arasında Reytinq Yarışları” keçirildi - FOTOLAR
Dünən, 11:37
Laçında kanat yolunun istifadəyə veriləcəyi tarix açıqlandı
Dünən, 11:33
Bu gündən iki marşrutda gedişhaqqı bahalaşdı
Dünən, 10:23
ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO-nun taleyini həll edir
Dünən, 10:19
Müəllimlərə ŞAD XƏBƏR - Yeni qanun
Dünən, 10:15
BDYPİ-dən gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT
16-01-2026, 22:49
Rauf Vəliyev vəzifəsindən azad edildi: yerinə təyinat - SƏRƏNCAM
16-01-2026, 16:00
İranla ticarətdə çətinliklər: qiymət artımı gözlənilirmi?- İqtisadçılardan VACİB açıqlamalar
16-01-2026, 16:00
Rəqəmsal dünya planetin suyunu içir - Süni intellekt su böhranı yarada bilər
16-01-2026, 14:22
6 min metr dərinlikdə inqilab: Okeanın dibindən sərvət çıxaracaqlar
16-01-2026, 14:05
İrəvanda türk-rus qarşıdurması
16-01-2026, 13:56
Təhsilini bitirməyənlərin NƏZƏRİNƏ - İmtahan olacaq
16-01-2026, 13:50
Azərbaycanda keçən il sürücülük vəsiqəsi alanların sayı 2 dəfədən çox azalıb
16-01-2026, 11:50
Kremldən Londona - Cavabımız dəhşətli olacaq
16-01-2026, 11:43
Ankaradan İrəvana açıq mesaj: Paşinyanı dəstəkləyirik
16-01-2026, 11:32
"Qarabağ" klubu dünya reytinqində bir pillə geriləyib
16-01-2026, 10:42
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
16-01-2026, 10:13
Maçado Nobel Sülh Mükafatını Trampa təqdim edib
16-01-2026, 10:10
Bu şəxslər metroda əlavə pul ödəyəcək
16-01-2026, 10:04
İran küçələrində qan - Hadisə şahidindən sarsıdıcı açıqlama
16-01-2026, 09:52
Azərbaycan benzini İrəvanda hər şeyi "alt-üst" etdi: benzin və maye qaz bazarı çalxalanır
16-01-2026, 09:44
Qəzza üzrə Sülh Şurası yaradıldı
16-01-2026, 09:30
İran 800 etirazçının edamını ləğv edib - Ağ Evdən AÇIQLAMA
16-01-2026, 09:30
İran 800 etirazçının edamını ləğv edib - Ağ Evdən AÇIQLAMA
16-01-2026, 09:25
Maduronun mühafizəçilərinin tabutları niyə kiçikdir? - Şok iddia
16-01-2026, 09:25
Maduronun mühafizəçilərinin tabutları niyə kiçikdir? - Şok iddia
16-01-2026, 09:22
Bakıya niyə qar yağmadı? – Yanlış olan proqnozun SƏBƏBLƏRİ
16-01-2026, 09:11
“Evlər bu il də bahalaşacaq...” – Ekspert səbəblərdən danışdı