“Sevilya”nın adı, titulları bizi qorxutmur” – Qara Qarayev
Idman
Oxunub: 1 018
28 noy 2019 | 21:48
“Sevilya”nın adı, titulları bizi qorxutmur” – Qara Qarayev


“Qarabağ”ın futbolçusu Qara Qarayev Qol.az-a müsahibə verib. O, Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda bu gün səfərdə “Sevilya” ilə qarşılaşacaqları oyundan söz açıb.

– İspaniyaya hansı əhval-ruhiyyə, ümidlərlə getmisiniz?

– Əhval-ruhiyyəmiz yaxşıdır. Ümumi olaraq, komandamızda vəziyyət qaydasındadır. Düşünürəm ki, əhval-ruhiyyə ilə bağlı heç bir problemimiz yoxdur.

– Qrupdan çıxmaq şansınızı necə dəyərləndirirsiniz? Nəzərə alaq ki, həm sizin, həm də APOEL-in qrupda 4 xalı var.

– Qrupdan çıxmaq şansımız artıq öz əlimizdə deyil. Şansları əlimizdən verdik. Artıq yalnız APOEL-in xal itkisi qrupdan çıxmaq şanslarımızı təmin edə bilər. Qrup mərhələsinin son 2 turunu gözləməliyik. Bundan sonra hər şeyə aydınlıq gələcək.

– “Düdelanj” ilk oyunda səfərdə APOEL-i məğlub etmişdi. Lüksemburq təmsilçisinin yenidən APOEL-dən xal alacağına ümid edirsiniz?

– Əlbəttə. Buradakı oyun qədər, Lüksemburqdakı oyun da bizim üçün vacib olacaq. Ümid edirəm ki, istənilən halda komandamızın növbəti mərhələyə yüksəlməsinə ehtimalları artıran nəticə olar.

– “Sevilya” hazırda ölkə çempionatında “Barselona” və “Real”dan sadəcə 1 xal geridədir və 3-cü pillədə qərarlaşıb. Yəni, komanda formadadır. Bu, sizi qorxutmur?

– “Sevilya”nın haqqında ancaq xoş sözlər demək olar. Qrup oyunları başlayandan sonra da “Sevilya” ölkə çempionatının ilk turlarında 1-ci yerdə idi. Xüsusilə, Avropa Liqasında yüksək nəticələr qazanmış komandalardan biridir. Səhv etmirəmsə, 5 dəfə ard-arda bu titulu qazanıblar. Bu da onların heç də zəif olmadığının sübutudur, əksinə, güclü kollektivləri var. Amma rəqibin adı, titulları bizi heç də qorxutmur. Sadəcə olaraq, hörmətimiz var və əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq. “Sevilya”nın adı bizi daha da yaxşı motivasiya edir, nəinki qorxutmaq.

– “Qarabağ”ın adətən səfər komandası olduğu, səfərdə daha yaxşı çıxış etdiyi deyilir. Buna ümid edib, İspaniyadan müsbət nəticə ilə dönəcəyinizi gözləmək olar?

– Artıq futbol elə bir dövrə gəlib çıxıb ki, istənilən komanda istənilən səfərdən yaxşı nəticə ilə dönə bilər. Biz də buna ümid edirik ki, müsbət nəticə ilə evə qayıdacağıq, azarkeşlərimizi sevindirəcəyik. Sona qədər ümidimizi üzməməliyik. Əlimizdən gələni edəcəyik ki, səfərdə yaxşı nəticə qazanaq.

– “Atletiko”dan xal almışdınız, bunu “Sevilya” ilə oyunda etmək olarmı?

– Hər şey ola bilər. Mümkünsüz deyil. Ancaq çətin oyun olacaq.

– Komanda yoldaşınız Xayme Romero oyunla bağlı ümidsiz danışıb. Deyib ki, əvvəlki kimi çıxış edə bilmirik. Həqiqətən də komandanız çempionatda ardıcıl xallar itirdi və son turda da məğlub oldunuz. Bu, “Qarabağ”ın enişdə olması deməkdir, yoxsa?

– Hər bir komandada belə bir dövr olur. Yəni, istədiyi oyunu sərgiləyə, istədiyi nəticəni qazana bilmir. Bu, o demək deyil ki, komandamızda eniş var. Məşqlər, oyuna hazırlıqlar – futbolçuların formada qalması üçün hər gün, hər saat işlər gedir. Bu, həm yerli çempionatda, həm də Avroliqada belədir. Baxmayaraq ki, son zamanlar “Qarabağ” digər klublara nisbətən daha çox yüklənib. İstər milli komandaların matçlarına, istər Avroliqadakı görüşlərimizə, istərsə də Premyer Liqadakı qarşılaşmalarımıza görə oyunlarımız sıx qrafikdə olur. Xal itirməyimiz də normaldır. Böyük klubların hamısı xal itirə bilir. Yenə də çempionatda ilk pillədəyik. Düşünürəm ki, Avropa Liqasındakı şanslarımız son tura qədər qalacaq. “Qarabağ”ın enişdə olduğunu deməzdim. Bütün komandalarda belə hallar yaşana bilər.
Bu gün, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Bu gün, 13:25
İlham Əliyev fərman imzaladı
Bu gün, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Bu gün, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO