Turnikdən bir dəqiqə sallanmanın — FAYDALARI
Idman
Oxunub: 1 139
14 sen 2019 | 14:17
Turnikdən bir dəqiqə sallanmanın — FAYDALARI

Turnikdən bir dəqiqə sallanma bədənə və bütövlükdə sağlamlığa müsbət təsir göstərir.
Qafqazinfo bu vasitənin faydaları təqdim edir.

Qamət və onurğa üçün fayda

Hər bir idman zalında, hər bir məhəllənin idman meydançasında və çoxlarının evində turnik var. Turnikdən asılma bədənin yuxarı hissəsinin formalaşmasına, tonusun yüksəlməsinə, kürək əzələlərinin bərabər inkişafına kömək edir. Müntəzəm olaraq turnikdən asılan insanlarda onurğa düzgün formalaşır və fəaliyyət göstərir, distrofik pozulmalar təhlükəsi azalır.

Onurğa daim təzyiq altındadır. 26 fəqərə arasında disklər amortizator rolu oyanır, lakin yük çox olanda disklər sıxılır və bu da funksiyaların və onurğanın hərəkət fəallığının pozulmasına gətirib çıxarır. İnsanda osteoxondroz, skolioz və onurğa sütunu toxumalarının digər deformasiyaları inkişaf edir.

Turnikdən asılma gərginliyi aradan qaldırır

Ayrı-ayrı fəqərələrin sıxılmasının qarşısı alınır. Onurğa sanki dincəlir. Hərəkət zamanı əzələlər qızır, qan dövranı güclənir. Damarlar da bir növ məşq edir və möhkəmlənir.

Beləliklə, turnikdən asılma aşağıdakı faydalı təsirlər göstərir: onurğa üzərində yükü bərabər paylaşdırır; fəqərələrarası diskləri rahatladır, gərginliyi götürür; qan dövranını stimullaşdırır; distrofik pozulmalar üçün profilaktika rolu oynayır.
Turnikdən asılma hətta kürəyində problemləri olan insanlara da faydalıdır. Fəqərələrarası disklərin patologiyası qığırdaq toxumalarını incəldir. Deformasiya nəticəsində qan dövranı pozulur. Yetərincə qidalanmama oynaqların pis işləməsinə, hərəkətliliyin pozulmasına, kürəkdə ağrılara gətirib çıxarır. Hər gün turnikdən asılmanın köməyi ilə bu durumu yüngülləşdirmək və yaxşılaşdırmaq olar.

Əzələlərin inkişafı üçün fayda

Atletlər turnikdən asılmanın köməyi ilə gözəl relyefli kürəyə, güclü əzələlərə sahib olurlar. Ədalət naminə deyək ki, bu hərəkət əzələlərin inkişafına bir o qədər də kömək etmir, lakin məşqlər nəticəsində formalaşmış əzələləri saxlamağa kömək edir. Razılaşın ki, turnikdən asılma əzələləri saxlamağın yetərincə sadə üsuludur.

Enlikürəkli adam turnikdən qollarını geniş açaraq asılmalıdır. Qolların geniş açılmaması sinə və qol əzələlərini işə salmağa kömək edir. Turnikdən asılma zamanı qollar düz və bükülmüş vəziyyətdə ola bilər.

Turnikdən asılma press əzələlərini möhkəmləndirməyə kömək edir. Onun səmərəliliyi hətta trenajorların səmərəsi ilə də rəqabət apara bilər. Amma bunun üçün turnikdən asılma düz vəziyyətdə olan ayaqların qaldırılması ilə uyğunlaşdırılmalıdır.

Bu hərəkət bazuönünü gücləndirir. Ən güclü atletlər turnikdən bir əllə asılmanı növbələşdirirlər. Bunun nəticəsi tezliklə özünü əl tutub görüşəndə göstərir.

Turnikdən asılma az hərəkətli həyat tərzi keçirən insanlar üçün idealdır. Gündə bir dəqiqə turnikdən asılmaqla biz özümüzü hipodinamiyanın inkişafı təhlükəsindən xilas edir, qan dövranı sisteminin sağlamlığının qayğısına qalır və əzələlərin tonusunu xeyli yüksəldirik.
Bu gün, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Bu gün, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Bu gün, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Bu gün, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib