Nikola Yurçeviç: “Qrupda böyük ehtimalla 5-ci pillədə qalacağıq”
Idman
Oxunub: 844
9 sen 2019 | 09:48
Nikola Yurçeviç: “Qrupda böyük ehtimalla 5-ci pillədə qalacağıq”

“Sabah bizi böyük oyun gözləyir. Son dünya çempionatının finalçısı ilə qarşılaşacağıq”.

APA-nın məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç deyib.

Milli komanda Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sabah Xorvatiya millisini qəbul edəcək.
Qarşılaşma öncəsi təşkil olunan mətbuat konfransında 53 yaşlı çalışdırıcı bildirib ki, oyunda qələbə şansları az deyil: “Motivasiyamız yüksəkdir. Kardiffdə məyusedici nəticə qazandıq. Təəssüf ki, son dəqiqələrdə qol buraxdıq. Düşünürəm ki, seçmə mərhələdə ən yaxşı oyunumuzu Uelsə qarşı keçirdik. Hətta Xorvatiya ilə matçdan da yaxşı çıxış etdiyimizi deyərdim. Bəzi zədəlilərimiz var. Məşq zamanı bilinəcək. Rəqib ulduz oyunçulara sahibdir. Bratislavada Slovakiyaya qarşı əla oyun keçirdilər. Amma bu o demək deyil ki, şansımız yoxdur. Əks-hücumlardan istifadə etməyə çalışacağıq”.

– Son vaxtlar yaxşı formada olan Ağabala Ramazanovun sabah start heyətində yer almaq şansı nə qədərdir?
– Oyunçuların bəzilərinin kiçik zədələri var. Onlarla danışdıqdan sonra qərar verəcəyəm. Sabah Ağabalanın çıxış etmək şansı var.

– Qapıçı kimi Səlahət Ağayevə, yoxsa Emil Balayevə şans verəcəksiniz?
– Bu barədə hələ qərar verməmişəm. Start heyətini ilk olaraq oyunçularıma açıqlayacağam.

– Seçmə mərhələdə səfər matçlarında evdəkindən daha yaxşı çıxış etmişik. Bunun səbəbi nədir?
– Ev oyunlarımız iyun ayına təsadüf etdi. Həmin vaxt yaxşı formada deyildik. Üstəlik, erkən qollar buraxdıq. Standart vəziyyətdən gələn qollar mənfi nəticənin səbəbi idi.

– Emin Mahmudov ölkənin ən yaxşı yarımmüdafiəçilərindən sayılır. Onun əsas heyətdə yer almaması nə ilə bağlıdır?
– Emini çox bəyənirəm, çox yaxşı futbolçudur, texnikası var. Oynamamasının səbəbi isə odur ki, biz daha çox ikinci nömrə kimi çıxış edirik. Belədə meydanda daha çox qaçmaq lazım gəlir. Əlbəttə ki, o da şans əldə edəcək.

– Nəticənin uğurlu olması üçün sizə nə qədər vaxt lazımdır?
– Reytinqə baxsaq, qrupdakı komandalar arasında beşinci yerdəyik. Hər oyunda yaxşı nəticə əldə etmək mümkün olmur. Rəqibdən də asılı olur. İki oyunda 1 xal qazanmağa yaxın olduq. Növbəti matçda uğurlu nəticə qazanmağa çalışacağıq.

– Zaqreb və Kardiffdəki model bənzər idi. Sabahkı matçda bu modeli görəcəyik, yoxsa başqa variant hazırlamısınız?
– Üçüncü model olacaq, bir az ikinciyə yaxın. Taktiki cəhətdən bir qədər dəyişilmiş formada. Kompakt olmalıyıq, təkcə müdafiədə yox, hücumda da nəsə əldə etməyə çalışmalıyıq.

– Hər bir komandanın zəif nöqtəsi var. Xorvatiyanın zəif cəhətini tapa bilmisinizmi?
– Əlbəttə, hər komandanın zəif yeri olur. Xorvatiya Slovakiya ilə oyunda yaxşı çıxış etməmişdi. Hamı deyirdi ki, əvvəlki komanda deyil. Ancaq ikinci oyunda ideala yaxın çıxış etdilər. Ardıcıl iki oyunu eyni səviyyədə keçirmək çətin olur. Ümid edirəm ki, Slovakiya ilə matçdakı motivasiyaları sabah olmaz.

– Eddi İsrafilov dünən klubunun heyətində meydana çıxıb. Halbuki onun zədəli olduğunu demişdiniz…
– Eddi bizim üçün önəmli futbolçudur. Son 2-3 həftə ərzində bir neçə dəfə danışmışıq. Mənə demişdi ki, 10-15 dəqiqə oynaya bilər. Bu üzdən çağırmadıq.

– “Kayserispor”da oynayan Hüseyn Hasan Acar yığmamızda oynamaq istəyir. Onun barəsində məlumatınız varmı?
– Yığmaya namizədlərin hamısını izləyirik. Amma hazırda oyuna köklənmişik.

– İş elə gətirib ki, məğlubiyyətləri müqayisə edirik. Sizcə, hansı məğlubiyyətimiz daha yaxşıdır?
– Məğlubiyyətləri müqayisə etmək istəmirəm. Amma Uelsə qarşı son matçımız seçmə mərhələdəki ən yaxşı oyunumuz idi.

– Bundan sonra qrupu neçənci yerdə bitirməyi düşünürsünüz?
– Hazırda sonuncu yerdəyik. Real vəziyyət onu göstərir ki, böyük ehtimalla 5-ci pillədə qalacağıq. Amma yenə də durumla barışmayacaq, qollar vurmağa və xallar qazanmağa çalışacağıq. Əgər bir qələbə qazansaq, vəziyyət dəyişə bilər.
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib