ABŞ-ın iki idmançısı himn səslənərkən etiraz edib – VİDEO
Idman / Video
Oxunub: 667
13 avq 2019 | 11:44
ABŞ-ın iki idmançısı himn səslənərkən etiraz edib – VİDEO

Perunun paytaxtı Limada keçirilən Pan Amerikan Oyunlarında iki ABŞ idmançısı öz ölkələrinin dövlət himni səslənən zaman etiraz edib.

Oxu.Az xəbər verir ki, komanda yarışlarında qızıl medal qazanmış qılıncoynadan Reys İmboden ABŞ himni səslənən zaman dizi üstə oturub.

26 yaşlı Rio Olimpiadasının bürünc mükafatçısı “Twitter”də bunu ölkəsinin siyasətinə etiraz əlaməti olaraq etdiyini bildirib: “Biz dəyişikliyə çağırmalıyıq. ABŞ komandasını Pan Amerikan Oyunlarında təmsil etmək şərəflidir. Evə komanda yarışlarından qızıl və fərdi yarışdan bürünc medalla qayıdıram. Ancaq qürurum mənim üçün çox əziz olan ölkəmin çoxsaylı nöqsanları – irqçilik, silah nəzarəti, immiqrantlarla rəftara görə sınıb”.

Onu da bildirək ki, model fəaliyyəti ilə də məşğul olan İmboden 2017-ci ildə Misirdə keçirilmiş Dünya Kubokunda da komanda yoldaşı ilə birgə oxşar etiraza əl atımışdı.
Etiraz edən digər idmançı çəkicatan atlet Quen Beri olub. 30 yaşlı xanım idmançı himn səslənərkən yumruğunu yuxarı qaldırıb ki, bu da ölkəsinə etiraz əlaməti sayılır.

ABŞ Olimpiya və Paralimpiya Komitəsinin kommunikasiya üzrə vitse-prezidenti Mark Cons Reys İmbodenin cəzalandırılacağını bildirib. O vurğulayıb ki, idmançı öz siyasi baxışlarını ifadə etməkdə sərbəst olsa da, himn səslənərkən öz öhdəliyini yerinə yetirmədiyi üçün onları məyus edib.

Oxşar etirazlar 2016-cı ildən bəri artıb. ABŞ idmançıları öz ölkələrinin himni səslənərkən ya diz üstə çökür, ya da yumruqlarını qaldırırlar.

Amerikan futbolu üzrə oyunçu Kolin Kapernik 2016-cı ildə dizi üstə oturmaqla bu cür etiraza əl atan ilk idmançı olub. O, silahsız qaradərili insanların polis tərəfindən öldürülməsinə etiraz edib.

Amma bu etirazların tarixi daha əvvələ gedir. Belə ki, 1968-ci il Olimpiadasında isə 200 metr məsafəyə qaçışda qızıl medalçı Tomi Smit və bürünc medalçı Con Karlos irqçiliyə etiraz olaraq yumruqlarını qaldırıblar.
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib