“Qarabağ” səfərdə İrlandiya klubu ilə heç-heçə edib
Idman
Oxunub: 792
25 iy 2019 | 09:44
“Qarabağ” səfərdə İrlandiya klubu ilə heç-heçə edib

Qarabağ” komandası UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununu keçirib.

“Report”un məlumatına görə, rəqib İrlandiya çempionu “Dandolk” olub. Eyniadlı şəhərin “Oriel Park” stadionunda təşkil olunmuş qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.

Hər iki qol künc zərbəsindən sonra vurulub. 4-cü dəqiqədə Mahir Emreli, 78-ci dəqiqədə isə Patrik Hoban fərqlənib.

Matçın böyük hissəsi “Qarabağ”ın üstünlüyü şəraitində keçsə də, əlverişli imkanlardan fərqlənmək mümkün olmayıb. İkinci hissənin əvvəllərində isə Ağdam təmsilçisi itki ilə üzləşib. Müdafiəçi Maksim Medvedev zədələnərək, yerini komanda yoldaşı Abbas Hüseynova verib. Bu, baş məşqçi Qurban Qurbanovun ilk əvəzləməsi olub. Növbəti əvəzetmə isə 87-ci dəqiqədə gerçəkləşib – Xayme Romeronu Araz Abdullayev əvəzləyib.

Bu komandalar arasında cavab görüşü iyulun 31-də “Dalğa Arena”da keçiriləcək.

“Qarabağ” I təsnifat mərhələsində “Partizani” ilə Albaniyada qolsuz heç-heçə etmiş, Bakıdakı cavab görüşündə isə qələbə qazanmağı bacarmışdı – 2:0. “Dandolk” isə Latviya “Riqa”sını penaltilər seriyasında üstələməyi bacarmışdı.

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

22:45. “Dandolk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan) – 1:1

Qollar: Patrik Hoban, 78 – Mahir Emreli, 4

Baş hakim: Bartoş Frankovski
Bu gün, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Bu gün, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Bu gün, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Bu gün, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib